İkinci hissə, on üçüncü fəsil
Страница 2 из 2 · 50%
Bu zaman Elməddin gəlib çıxdı. Dünya xanımı görən kimi gülə-gülə:
– Xoş gəlibsən, ay Dünya xanım. Necəsən, ağamız necədir — dedi. Dünya xanım közucu Elməddinə diqqət yetirdi. Şıq geyinmişdi, bir az arıqlamışdısa, ancaq ağarıb qəşəngləşmişdi də. Əynindəki qara kostyum bədəninə kip oturduğundan onu lap cavan göstərirdi.
– Çox sağ ol, Elməddin. Yaxşıyıq. Siz yoxlayandan çox yaxşıyıq, — deyə Dünya giley dolu səslə cavab verdi.
– Vallah, başımız yaman qarışıqdı, iş də çoxdur, Zərrintac xanım da təkdi. İdarəyə gedirəm, işdən azad olan kimi də evə qaçıram.
– Onu yaxşı eləyirsən, Elməddin. Daha əliuşaqlısan də. — Elə hesab et ki, Zərrintac xanım sənin körpəndi. Gərək vaxt-bivaxt onun, mənim bu gül balamın qulluğunda durasan. Yoxsa — o, ərklə barmağını silkələdi, — vallah başının tükünü bir-bir yolaram, verərəm yelin ağzına.
Elməddin pencəyini çıxarıb stolun başına keçirə-keçirə güldü:
– Yalan deyirsən məgər?!
Sonra üzünü Zərrintac xanıma çevirdi:
– Necəsən, Zəri?
Zərrintac yerindən tərpənmədən soyuq bir tərzdə:
– Yaxşıyam, — söylədi.
– Niyə belə süstsən?
– Heç. Yorğunam. Evlərə əl gəzdirmişəm bir balaca.
– Evlərə nə olmuşdu ki, gül kimidi. Demişəm heç nə eləmə də.
Dünya sözə qarışdı:
– Bir qulluqçu niyə tutmursan, Elməddin?
– Soraqlaşıram. Bir abırlı-başlı adam axtarıram. Düzdü, Zərrintac xanım özü istəmir, ancaq çarəsi yoxdu, gərək tapaq.
– Mənə qulluqçu-zad lazım deyil.
– Niyə, qız?
– İstəmirəm. Qoy hamısı rədd olsun. Özüm eləyərəm hər şeyi. Bazarlığı o özü eləyər, biş-düşü də mən. Qulluqçu nəyimə gərəkdi?
– Axı əziyyət çəkirsən, Zəri, — deyə Elməddin qayğıkeşliklə söylədi.
– Heç əziyyəti yoxdu.
– Özün bilən məsləhətdi. İndi bərk acmışam, Zəri. Yeməyə nəyin var, gətir yeyək.
Zərrintac cavab vermədən tənbəl-tənbəl ayağa durdu, çəkələklərini sürüyə-sürüyə mətbəxə keçdi. Dünya Elməddinə nəzər salıb:
– Hə, necədi bizim qız? Səni incidib eləmir ki? — deyə xəbər aldıqda Elməddin qanrılıb mətbəxə sarı baxdı, ehtiyatla söylədi:
– Yoox. Yaxşıdı. — Dedi və mənalı-mənalı gülümsündü. Dünya bu gülüşü özünə xas ustalıqla aldı:
– Sözlü adama oxşayırsan deyəsən? Elməddin başını yırğaladı:
– Nə narazılığım ola bilər ki? Gül kimi qızdı.
– Uşaqdı hələ. Çox şeyləri başa düşmür. Yavaş-yavaş öyrənəcək. Sən onun, o sənin xasiyyətinə bələd olacaq, xoş günlər görəcəksiniz.
Elməddin:
– Təki olsun, Dünya xanım, — dedi və ah çəkdi.
Zərrintac buluda çəkilmiş qovurmaplovu ortalığa gətirdi. Təzə xiyar, pomidor, göy-göyərti düzdü stolun üstünə.
Elməddin həyətə düşüb əl-üzünü yudu, yuxarı qalxdı. Üçü də süfrə başında oturdu. Dünya süfrədə içki dəsgahı körməyib xəbər aldı:
– Bəs nə əcəb içmirsiniz?
– Tərgitmişik! — dedi Elməddin. — Ağayi Nəcməddin gələndən-gələnə içirik. Kişi bizi zorla içirdir. Ürəyin istəyir, gətirim?
– Yox, mən də daha içmirəm.
– Nə əcəb, Dünya xanım? — Elməddin soruşdu.
– Olmaz mənə. Ürəyim istəmir.
– Yaxşı eləyirsən. Bizim məmləkətimiz müsəlman ölkəsi olduğuna görə, içki qadağandır. Əgər ruhanilər bilsə ki, biz içirik, bizi kafir adlandırıb təkfir eləyərlər. Ağayi Nəcməddin heç kəsdən qorxmur, ona görə içir.
– Sənin ağayi Nəcməddinin özünə təzə badə yoldaşı tapıb.
– Hə? Kimdi?
– Kim olacaq, Əbdül.
– Əbdül?
– Hə. O gün içirdib kişini zorla, — deyə o əhvalatı Dünya təfsilatı ilə Elməddinə də danışdı... Elməddin şaqqanaq çəkib güldü.
Yeyib doyandan sonra Dünya Elməddinə üz tutdu:
– Daha bizim kişiyə şer vermirsən, xeyir ola?
– Şer? Hə. Şer yazıram ki, ona da verəm?
– Niyə yazmırsan ki?
– Yaza bilmirəm daha! Zərrintac özünü saxlaya bilmədi:
– Yaza bilmirsən, bəs gecə səhərəcən o kağız-kuğuzla niyə əlləşirsən?
Elməddin onun səsindəki narazılığı tutdu, təəssüf dolu nəzərlə Zərrintaca baxdı və:
– Qoyursan ki? — dedi.
Zərrintac əlini sinəsinə qoyub dikəldi:
– Mən? Mən qoymuram səni? Əlini tuturam sənin, qələmini alıram sənin, ya neynirəm?
– Heç nə eləmirsən, Zəri! — Elməddin mümkün qədər yumşaq cavab verdi. — Sən nə əlimi tutursan, nə qələmimi alırsan... Mən şeri neynirəm. Sən özün mənim ən gözəl şerimsən, Zəri. Şerdən aldığım ləzzəti səndən alıram, — deyə o, evlənəndən bəri ilk dəfə olaraq dilinə gətirmək istədiyi həqiqəti udub əvəzində tamam ayrı şeylər söylədi. Onu bu məsələ çox narahat edirdi. Ancaq düşünürdü ki, keçib-gedən haldı, zaman-vaxt ötdükcə Zərrintac ondan doyacaq, Elməddin onun üçün adiləşəcək, elə oğlan özü də onun bu xasiyyətinə bələd olub sakitləşəcəkdi. Elməddinin daxili bir kinayə ilə dediyi bu son sözlərin əsl mənasını anlamadığı üçün idi ki, Zərrintacın coşub-daşmaqda olan hirsi-hikkəsi soyudu, o sözlər canına yağ kimi yayıldı. Dünya əsl mətləbi başa düşüb aranı bir az da yumşaltmaq məqsədilə dedi:
– Amma şair ki, şair. Elə bax, indicə, süfrə başında bir şer yazdı, Zəri.
– Hanı? — deyə Zərrintac Elməddinin qarşısına baxdı, kağız-qələm görməyib soruşdu: — Hanı? Dünya əlini Zərrintacın çiyninə vurdu:
– Ay sənin canınacan. Eşitmədin ki, dedi sən mənim ən gözəl şerimsən? Şerdən aldığım ləzzəti səndən alıram? Bu özü elə şer deyilmi?
Elməddin üzünü yana çevirib gizli bir ah çəkdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-on-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…
Dördüncü hissə, ikinci fəsilNəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.
Dördüncü hissə, üçüncü fəsilBu gün qəribə gün idi — onun ad günüydü. Yəqin Bikə xanım evdə tək-tənha, ürəyində, yada qızlarının birinin yanında təmtəraqsız, sevincsiz ya da eləyirdi bu günü. Bəxtəvər çağlarında bu gün tezdən, yerindən qalxanda cavanlıq illərindən adət elədiyi kimi, Bikə gəlib ərinin alnından öpərdi və gülə-gülə:– Böyük oğlan olasan, Nəzərim. – deyərdi. Qocalanan bura düşməmişdən qabaqkı il də Bikə elə belə demişdi:
Dördüncü hissə, dördüncü fəsil…Bu gün doğrudan da qəribə gün imiş …Nəzər dəftərxanadan lazımi sənədləri almış, Şirinlə qardaş kimi qucaqlaşıb öpüşmüş: «Səni ömrüm boyu unutmayacağam, Şirin.»-deyib and içmiş, kluba gəlmiş, ortada dayanıb son dəfə dər-divarı gözdən keçirmiş, bu illərdə dostlaşıb qaynayıb-qarışdığı, indi işdə olan iki dostluq yoldaşına məktub yazaraq vidalaşmışdı.
Стихи других поэтов
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
İnsanlığın tarixiyləYurddaşlarım qonaqları xoşlayır,İnsanlığa yasaqları daşlayır.