Mərdlik
Страница 5 из 7 · 57%
– Hə, yaxşı oldu?
Adil çarəsiz qalıb qımışdı, hiss eləyirdi ki, uşaq bayaqdan yamanca qanadlanıb, getmək üçün uçur. Boyun qaçırsa olmayacaq. Ondan sonra axşamacan ağlayıb sıtqayacaq, günlərini göy əsgiyə düyəcək. Həm də fikirləşdi ki, özünü saxlaya bilməyib dünən başladığı o söhbəti getməməklə bir az da dərinləşdirə bilər: indi o, çalışmalıdır ki, Arzunun könlünü alsın, barışsın, hətta yeri düşəndə desin ki, mən səninlə zarafat eləyirdim, sınayırdım səni. Adil belə düşünüb ayağa qalxdı, üzünü arvadına tutub:
– Geyin gedək, hava doğrudan da bağ havasıdır, kabab havasıdır
– dedi.
Arzu əvvəlcə qulaqlarına inanmadı, sonra üzündən, gözündən kədər tökülən, daxili bir sarsıntıdan sınmış kimi görünən Adilin geydiyini görəndə ürəyində nədənsə tutqun bir sevinc duydu.
Adil qabaqda Nüsrətin yanında oturmuşdu. Arzu ilə Könül arxada. Şəhərdən çıxana qədər heç biri danışmadı. Buzovna – Mərdəkan yoluna çıxandan sonra Nüsrət maşınının sürətini artırdı, geniş, hamar yolda “Jiquli” qol-qanad açıb uçmağa başladı. Bu, hamıdan çox Könülə ləzzət verirdi, maşınları bir-bir ötüb keçdikcə qız fərəhlənir, dalda qalan avtomobilləri sayır, anasına nəsə deyir, atasının çiyni üstündən boylanıb tez-tez sürətölçənə baxırdı.
Nüsrətin maşın sürməyindən Arzunun xoşu gəlirdi: cəld idi, çevik idi, özünə arxayın idi, maşın onun əlində yüyənli ata oxşayırdı. Bununla belə Arzu bu maşına minəndə həmişə gizli bir qorxu da keçirirdi, lakin heç nə demirdi. İndi isə Arzu həyəcanlanmışdı, sürət bir az da artanda gəlin daxili bir nigarançılıq hissi ilə Nüsrətə söylədi:
– Yavaş sür, ay Nüsrət, sən allah. Hara tələsirik - Nüsrət ayağını qazdan çəkdi, maşın yavaşıdı.
– Hə, düz deyirsən, ocaqda yağımız daşmır ki. Son vaxtlar yaman maşın qəzaları olur.
– Nə qədər yavaş sürsən, o qədər salamatlıq olar.
– Adət eləməmişəm, yavaş sürəndə darıxıram.
Bu söhbət Adili pərt elədi, o, dillənmədisə də qanrılıb geri – Arzuya baxdı: gəlin susdu.
Hər şeyi unutmağa çalışırdı, ürəyindəki qara fikirləri özündən uzaqlaşdırmaq istəyirdi, ancaq Arzunun belə deməsi Adili təzədən yerindən elədi. Yadına dünənki əhvalat – arvadının geyinib kecinərək işə getməsi, özünün dəli kimi gedib maşını yoxlaması düşdü, dilxor oldu. “Gör nə canıyananlıq eləyir?” – deyə beynində dolandırdı. Qeyri-iradi olaraq ah çəkdi.
Nüsrət sağ əlini atıb maqnitofonu işə saldı. Müğənni məlahətli səslə oxuyurdu.
– Elə bu dəm Nüsrət maşını yolun kənarına verib saxladı, üzünü Adilə tutdu:
– Gəl, sür, Adil. Sən məndən ehtiyatlı və yavaş sürürsən, - deyib onun cavabını gözləmədən qapını açıb çıxdı. Adil ani tərəddüdən sonra keçib sükan arxasında oturdu. Maşın sürməyi ona Nüsrət öyrətmişdi. İnsafən pis sürmürdü, o, ehtiyatlı idi. O, maşın sürəndə uşaqtək sevinir, hər şeyi unudurdu. Son vaxtlar lap həvəslənmişdi, maşın almaq qərarına gəlmişdi. Hər ay maaşından bir qədər ayırıb kənara qoyurdu.
Maşın yerindən tərpəndi, Adilin kefi duruldu. Fikri uzaqlara uçdu, ona elə gəldi ki, özü də maşın alıb, içində Arzu oturub, Könül oturub. Nüsrət yoxdu yanlarında. Harasa gedirlər. Yolda saxlayıb kabab yeyirlər, yenə gedirlər. Bu vaxt Nüsrət daldan gəlir. Nə qədər qovur, onlara çatmır: çata da bilməz, buna Adil imkan verməz, çünki Nüsrət Arzunu görmək üçün can atır yəqin.
– Maşallah, daha ustalaşıbsan, Adil – deyə Nüsrət dillənəndə o, xəyaldan ayrıldı, gülümsündü.
– Yavaş-yavaş öyrənirəm, - dedi.
– Hər şey vərdişdən asılıdır. Mən beş gün maşın sürməyəndə yadırğayıram.
– İndi qızlar da maşın sürürlər.
– Mən heç görməmişəm.
– Bir dəfə göstərərəm.
Maşın qırmızı darvazanın qabağında dayandı.
Bağda payızın soyuq əli gəzmişdi. Ağaclar, meynələr yarpağını töküb çılpaqlaşmışdı. Həzin, qərib bir sakitlik vardı bağda. Həyət-baca elə bil insan üçün darıxmışdı.
Nüsrətin bağı Buzovna qayalarının yanında idi. Yüksəklikdə tikilmiş iki çeşməli evin eyvanından dəniz əl içi kimi aydın görünürdü. Hava sakit olduğundan dəniz də dalğasızdı. Buraya gələndə Arzu eyvanda sütuna söykənərək qayaların dibində quzu kimi xumarlanan, bəzən isə coşub şahə qalxan dənizə baxıb xəyala dalmağı xoşlayırdı. Onda Arzunun əsəbləri dincələr, yorğunluğu çıxardı canından. Dəniz bu bağın yaraşığı idi, gözəlliyi idi.
Nüsrət qapını açıb içəridə tələsik səliqə-sahman yaratdıqdan sonra onları evə dəvət etdi. Elektrik peçini yandırıb çay qoydu, televizoru yandırdı.
– Hə, siz oturun, dincəlin, mən kabab məsələsinə baxım, - deyə Nüsrət əti ortalığa gətirdi, doğrayıb duzladı. Az sonra manqal eyvanda çatıltı-patıltı ilə yanırdı. Adil əti şişlərə çəkmişdi, Arzu çayı dəmləmişdi, stəkan-nəlbəkini suya çəkib stolun üstünə düzmüşdü. Könül multfilmə baxır, gülürdü.
Nəhayət, kabab hazır oldu, hamısı gəlib süfrə başında əyləşdi.
– Hə, başlayın, Adil, gərək bu kababdan sonra sənin başının ağrısı keçib getsin, elə deyil, şeytan? – deyə Nüsrət Könülə müraciət etdi.
– Ta ağrımır ki, atanın başı?
– Könül kababı mırtıq dişinə çəkə-çəkə dilləndi:
– Ağrıyır, ata?
– Yox, qızım, keçdi getdi.
– Hə, bax, belə – Nüsrət birdən yadına nə düşdüsə, yerindən qalxdı. – Gör ey, şərab tamam yadımdan çıxıb. Deyirəm axı, süfrəmizdə nəsə çatışmır.
– Kimdi içən? – deyə Adil ətli dodağını büzdü. Ancaq Nüsrət cavab verməyərək mətbəxdən şərab balonunu gətirib stolun üstünə qoydu.
– Ağ şanı şərabıdı bu. Özüm çəkmişəm. Kababla ləzzət eləyər.
Adil dedi:
– Maşınla içki tutmur, Nüsrət.
– Hə, düz deyirsən, - deyə o, ah çəkdi. - Zəhrimar bu maşın adamı toyda-qonaqlıqda içməkdən yaman qoyur. Mən içmirəm, sən iç heç olmasa.
– Yox, mən içmirəm.
– Yaxşı, onda mən içim, sən sürərsən, hə?
Adil gülümsünüb çiyinlərini çəkdi. Bayaqdan kəlmə belə kəsməyən Arzu astadan dedi :
– Heç sənin də içməyin məsləhət deyil, Nüsrət.
– Hə? Məsləhət deyilsə, içmərəm. Madam ki, bacım deyir içmə, içmərəm.
Nüsrət balonu kənara sürüşdürdü. Adil arvadına tərs-tərs baxdı, ancaq yenə heç nə demədi. Arzu onun nəzərlərini tutdu, amma özünü o yerə qoymadı. Nədənsə Nüsrətin onun sözü ilə içkidən imtina eləməsi yaman xoşuna gəldi Arzunun. Adil isə ürəyini yeyə-yeyə düşünürdü: «Mən dedim içki lazım deyil, sözümə baxmadı, getdi, gətirdi. Hətta təkcə içmək istəyirdi. O deyən kimi içmə, içmədi. Yox, mən bircə öləcəyim günü bilmirəm. Bunların arasında nə isə var. Ona bax, görürsən tikələrin yaxşılarını seçib onun qabağına qoyur. «Bacı» sözü də gözdən pərdə asmaq üçündür. Biz çörəyi qulağımıza yemirik».
Bundan sonra Adil elə hey gözaltı onların hərəkətlərinə fikir verir, eyhamlı, mənalı bir şey axtarır, di gəl ki, tapa bilmirdi. Nüsrət həmişəki Nüsrətdi: hərəkətləri, danışığı əvvəllər necə idisə, indi də elə idi. Çünki qəlbində başqa niyyəti yox idi, üzdə bir cür, ürəkdə başqa cür düşünmürdü. Ər-arvadın pərtliyini hiss eləyirdi, görürdü ki, onlar həmişəki adam deyillər, ancaq soruşmurdu, daxili işlərinə qarışmaq istəmirdi: bəlkə elə şeydi ki, ona heç deyilməli deyildi. Özünü bu ailəyə nə qədər yaxın bilsə də belə hallarda o, susmağı, hər şeyi açıb ağartmamağı daha üstün tuturdu.
Arzu qabaqlar bu bağa gələndə yaxşıca istirahət eləyərdi, gümrahlaşardı, yüngülləşərdi, on səkkiz yaşında olan qız kimi xoşbəxtləşərdi. Çəkinmədən, sıxılmadan bir yerdə dənizdə çimərdilər, qayaların kölgəsində, kəhrəba qumların üstündə uzanıb dincələrdilər, deyərdilər, gülərdilər. Səmimiyyət, mehribanlıq vardı arada. Onda Adil Nüsrəti evin öz adamı, məhrəmi hesab eləyirdi. İndi Arzu həyətdə gəzə-gəzə düşünürdü ki, o, ərinin bu söz-söhbətindən sonra daha Nüsrətlə bir yerdə dənizdə çimə bilməz. Neçə saat idi bağda idilər, bütün bu vaxt ərzində Adil bircə an da olsa onları tək buraxmamışdı, iki kəlmə kəsməyə belə imkan verməmişdi. Əslində onların buna heç ehtiyacları da yox idi. Arzu sadəcə olaraq, ərini müşahidə eləyirdi, onun inamsızlığına, cılızlığına gah qəzəblənir, gah da gülürdü. Fikirləşirdi ki, qısqanclıq adamı necə də gülünc vəziyyətə qoyur, xırdalaşdırırmış. O, dünənə qədər ərini ləyaqətli, hər cür kiçik hisslərdən uzaq, təmiz qəlbli bir adam kimi tanımışdı. Qabağına Adil kimi insanın çıxdığına taleyindən razı qalmışdı. Ancaq indi… O, ərində bu vaxta qədər görmədiyi yeni bir keyfiyyət görür və çox narahat olurdu. Qarşılıqlı inam, etibar olmayan ailə gec-tez dağılır, məhv olur – düşünürdü Arzu. – Qısqanclıq nə zaman qılıncını siyirib ortalığa düşür? O zaman ki, kişi arvadını qısqandığı adamı özündən yüksək, ləayaqətli, istedadlı hesab edir. Bax, bu zaman qısqanclıq doğulur və o ürəyi tar-mar eləyir. Təbiəti həssas olan Arzu başa düşürdü ki, Adilin bu gün burada yediyi-içdiyi haram idi. Bu, onun üçün istirahət deyildi, işgəncə idi. Tək bu günmü? Gör neçə ay idi Adil belə narahatdı. Gecələr yata bilmirdi, iştahayla yeyə bilmirdi, ah-ufundan bezmişdi Arzu. Dərdini demirdi də. Dünən və bu gün Arzu ərinin dərdini yaxşıca başa düşmüşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-merdlik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!
Üçüncü hissə, on beşinci fəsilSalman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Üçüncü hissə, on altıncı fəsilVəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.
Birinci fəsil«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.
Стихи других поэтов
Ey həbibim, dilbərim, vey sevgili yarım mənim,Vey dilaramım, nigarım, bəxti-bidarım mənim.
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,