Mərdlik
Страница 7 из 7 · 86%
Arzu ona diqqətlə, heyranlıqla baxır, bir gözü ilə ağlayırdı, bir gözü ilə gülürdü.
– Otursana.
Nüsrət həmişə bura gələndə oturduğu kresloda əyləşdi.
Yavaş-yavaş özünə gələn Arzu indi “xoş gəldin” eləmədiyini xatırladı:
– Xoş gəlibsən, Nüsrət. Həmişə evində-eşiyində.
– Çox sağ ol, Arzu.
– Necəsən?
– Gördüyün kimi.
– Yox, maşallah, yaxşısan. Ancaq bir azca saçların ağarıb.
– Ağarmayıb, Arzu. Qar yağıb saçlarıma.
– Eybi yoxdur. Ağ saçlar sənə daha yaxşı yaraşır, Nüsrət.
Araya sükut çökdü, Nüsərt başını aşağı salıb stol süfrəsinin saçaqlarını qurdalamağa başladı. Arzu sevincdən alışıb yanan baxışlarını onun saçlarında, sifətində gəzdirib köks ötürdü və sonra soruşdu:
– Haçan gəlmisən?
– Dünən.
– Axı, mənim hesabıma görə vaxtından hələ altı ay qalırdı?
– Hə, altı ay tez buraxdılar.
– Nə yaxşı, nə yaxşı. Bəs niyə bizə xəbər eləməmisən, Nüsrət?
– Nə bilim, dedim elə birdən gələrəm.
– Gərək xəbər verəydin. Səni görəndə doğrusu, gözlərimə inanmadım. Dedim, yəqin yuxu görürəm. Mən hesablamışdım.
– Yəni hesablayırdınız da?
Arzu başını aşağı salaraq:
– Hə, - dedi və bu sözdən bədəninin alışıb yandığını hiss elədi. Nüsrət ani sükutdan sonra xəbər aldı:
– Bəs mənim qardaşım hanı? Kefi necədir?
– Bazara gedib, indi gələr. Yaxşıdı, yaşayır özü üçün. - Arzu ah çəkdi, əri haqıqnda düşündüklərini Nüsrətə söyləmək istədi, ancaq pis məna verəcəyini fikirləşib sözünü uddu: “Qoy bilməsin, onun da gözündən düşər”. Lakin dil-ağız eləməyi borc bildi:
– Gərək bizi bağışlayasan, Nüsrət. Sən bizim üstümüzdə…
Nüsrət onun sözünü kəsdi:
– O barədə gəl heç danışmayaq, Arzu. Dost yolunda boran olar, qar olar. Elə etmək lazımdır ki, Adil sıxılmasın, utanmasın.
– Sənin qəribə ürəyin varmış, Nüsrət. Heç kəsdə belə ürək olmaz, lap elə Adilin özündə.
– Adil yaxşı insandı, Arzu.
Nüsrət susub siqaret yandırdı. Bu, Arzunu nədənsə yamanca kədərləndirdi.
– Sən siqaret çəkirsən?
– Hə, öyrəndim orda. Darıxdım, çəkdim. – Nüsrət sözü dəyişmək üçün: - İşdə nə var, nə yox? – deyə soruşdu. Arzu qəmli-qəmli dedi:
– Salamatlıqdır, Nüsrət. Hər şey sən görən kimidir, elə bir dəyişiklik yoxdur. Sənin yerin yaman görünürdü, Nüsrət. Hamı deyirdi ki, Nüsrət bu idarənin yaraşığı imiş. Hamımız darıxmışıq sənin üçün. Bir az istirahət eləyərsən, sonra işə başlayarsan.
– Hə, mən də elə düşünürəm. İş stolumdan sarı elə darıxmışam ki, deməklə başa gəlməz. Gələn kimi gərək yarımçıq layihələrimi qurtaram. Çoxlu planlarım var, Arzu. Özüm orda olsam da, xəyalən şəhərimizi başdan-ayağa gəzmişəm, köhnə, ucqar küçələrə nəzər salmışam. Ürəyimdə onların yerində yeni, bağ-bağatlı küçələr, meydançalar, işıqlı binalar ucaltmışam. Bu illər ərzində bir an da olsa işimdən, sənətimdən fikrən ayrılmamışam. Nə bilim, bu arzularımı həyata keçirə bilsəm.
– Keçirərsən inşallah, Nüsrət. Qocalmamısan, qarımamısan.
– Bəs Könül hardadı, Arzu? – deyə bayaqdan bəri soruşmaq istədiyi sualı nəhayət, verməyə imkan tapdı. – Yəqin indi böyük qız olub, şeytan, hə?
– Hə, böyüyüb. Dərsə gedir, əmisi. İndi həyətdədi, oynayır, - deyərək Arzu da sanki qızını indicə xatırladı: - Bu saat çağırım, gəlsin.
O, ayağa qalxaraq balkona çıxdı və elə oradan səslədi:
– Könül, ay Könül, evə gəl, qızım.
– Könül əlindəki qartopunu qonşu oğlanın kürəiynə çırpıb yalvardı:
– Qoy bir az oynayım, ana.
– Nüsrət əmin gəlib, Könül. Nüsrətin adını eşidən kimi qız yuxarı yüyürdü, təngnəfəs halda özünü içəri saldı. Əvvəlcə tanımadı, sonra elə pallı-paltarlı ona sarı qaçdı və sevinə-sevinə qışqırdı:
– Urra, Nüsrət əmi gəldi.
Nüsrət onu qucaqlayıb mehribanlıqla öpdü. Arzu onların bu görüşünə baxıb fərəhləndi: qız nə sirr idisə, onu çox istəyirdi, keçən müddət ərzində heç yadından çıxartmamışdı Nüsrəti.
Qapının zəngi səsləndi, Arzu ayağa qalxdı:
– Bu, Adildi yəqin.
Gələn doğrudan da o idi. Arzu elə qapının ağzındaca xəbər verdi:
– Nüsrət gəlib, Adil
– Hə? – Arzu ərinin bu xəbəri necə qarşılayacağını bilmək istəyirmiş kimi, onun gözlərinin içinə baxdı: onun baxışlarında ani bir sevinc yandı da, söndü də. Əlindəki zənbili yerə qoyub içəri adladı, qalxıb ona tərəf gələn Nüsrətlə görüşdü. Nüsrət onu qucaqladı, o da Nüsrəti. Bir-birindən hal-əhval tutdular. Adil onun haçan çıxdığını, səhhətini soruşdu. Nüsrət Arzuya danışdığı kimi, ona da hər şeyi yerli-yataqlı danışdı.
Bir az sonra Arzu süfrə açdı və gülə-gülə dedi:
– Qayınanan səni çox istəyirmiş, Nüsrət. Yaxşı düşbərə bişirmişəm.
Nüsrət güldü:
– Çox sağ ol. Ürəyim yaman istəyirdi. Gör nə vaxtdır düşbərə yeməmişəm? Dovğa, qutab dilimə dəyməyib.
Bu söhbət ortalığa gələndə Adil qorxu içində o yan, bu yana baxındı, araya söz qatmaq istədi, ancaq tərs kimi ağlına heç nə gəlmədi. Oğurluq üstündə tutulmuş adam kimi başını aşağı saldı, ümidi bircə buna qaldı ki, Arzu daha açıb ağartmaya, sözü dəqiqləşdirməyə. Lakin Arzu qulaqlarına inanmırmış kimi, təəccüb içində soruşdu:
-Necə yəni neçə ildi düşbərə, dovğa, qutab yeməmisən? Mən özüm üç-dörd dəfə bişirib Adilnən göndərmişəm.
Nüsrət nəsə xatırlamağa çalışan adam kimi qaşını dartdı, amma yadına sala bilmədi.
– Dovğa, düşbərə, qutab? Yox, Adil iki dəfə yanıma gəlib, onda da kabab və toyuq bozartması gətirib. Elə deyil, Adil?
Arzu hər şeyi indi başa düşdü: demək o, Arzunun bişirdiyi xörəkləri Nüsrətin yanına aparmırmış, yolda atırmış, əvəzinə başqa şeylər alırmış. Rəzalətə bax, ürəyə bax bunda. Arzu elə pərt olmuşdu ki, daha deməyə söz tapa bilmirdi, sanki onu da dirigözlü odun içinə atmışdılar. Əlləri qoynunda, mat-mat ərinə baxır, qəzəbindən alt dodağını dişləri arasına alıb sıxırdı.
Adil qızarmışdı. Siqaretini tez-tez sümürür, heç birinin üzünə baxa bilmirdi. Xəyalında qəzəblə, nifrətlə üzünü arvadına tutub deyirdi:
– Hə, Arzu xanım, aparmırdım sənin bişirdiyin xörəkləri ona. İstəmirdim sənin bişirdiyin o dadlı xörəkləri o yesin. Bilirsən, istəmirdim. Ürəyim qoymurdu, qoymurdu, başa düşürsənmi, qoymurdu?
Nüsrət çaşıb qalmışdı, anlaya bilmirdi ki, bu nə sirdi. Anlaya bilmirdi ki, xatirini çox istədiyi, qardaş kimi sevdiyi, ömür-gününü yolunda qurban belə verməyə hazır olduğu Adil niyə belə eləsin, niyə Arzunun onun üçün bişirdiyi dovğanı, düşbərəni, qutabı gətirib verməsin? Bu, suallara cavab axtaran Nüsrət, nəzərlərini dolandırıb çaşqın halda dayanmış Arzuya zillədi: gəlinin gözləri dolmuşdu. O, titrək səslə Nüsrətə söylədi:
– Mən sənə danışaram hər şeyi, Nüsrət.
Adil qan sağılmış baxışlarını yuxarı qaldırıb acıqlı qışqırdı:
– Sən ona heç nə danışmayacaqsan, bildin, heç nə danışmayacaqsan?
Nüsrət vəziyyəti belə görüb yerindən qalxdı, otağa göz gəzdirdi, elə bil səssiz-səmirsiz vidalaşırdı bu evlə. Buraya böyük sevinclə gəlmişdi, indi isə ürəyində ağır, anlaşılmaz bir kədər gedirdi.
– Yaxşı, sağ olun, mən gedirəm.
– Gedirsən? – Arzu titrəyən səslə soruşdu və oturub çörək yeməyi təklif etməyi yersiz saydı, çünki bu söz-söhbətdən sonra Nüsrət onsuz da oturmazdı.
– Hə, gedirəm, Arzu xanım. Zəhmət çəkib bişirdiyin, mənim üçün göndərdiyin dovğa, düşbərə, qutab üçün sağ ol, Arzu. – Sən də sağ ol, Adil. Yanıma gətirdiyin dovğa, düşbərə, qutab üçün sağ ol. Nüsrətin geyinib getməyə hazırlaşdığını görən Könül qaçıb onun qıçlarını qucaqladı və altdan yuxarı başını qaldırıb dedi:
– Nə tez gedirsən, Nüsrət əmi? Heç mən səni doyunca görmədim? Nüsrət Könülün saçlarını sığalladı, ancaq dillənmədi, kədərlə gülümsündü. Arzuya baxdı.
Arzu ah çəkib dedi:
-İşi var Nüsrət əminin. Sonra gələcək.
Nüsrət astaca başını tərpətməklə: “yox” – işarəsi verdi, əyilib uşağı bağrına basdı, bərk-bərk öpdü, sanki həmişəlik ayrılırdı ondan. Arzu, bu vidalaşmanı görüb lap kövrəldi, amma özünü ağlamaqdan zorla saxlayıb nəmlənmiş gözlərini Nüsrətə dikib diqqətlə xeyli baxdı, sonra səsi tutula-tutula yenə soruşdu:
– Demək, gedirsən?
– Hə, gedirəm.
Nüsrət hüznlə cavab verdi. Arzu ağzını açıb nəsə demək istədi. Lakin sözlər boğazında ilişib qaldı, həya, ismət qoymadı ürəyinə gələn, dilənə gəlsin. Bu hissi Adildən də gizləmək olardı, lap Nüsrətdən də. Ancaq Arzu bax elə indicə bu qapı ağzında göylərdənmi, Nüsrətin qəmli baxışlarındanmı, hardansa axıb qəlbinə dolmuş bu gözəl, şirin, əsrarəngiz duyğunu özündən gizlədə bilməzdi: ona görə Arzu ürəyində, təkcə özü eşidə biləcəyi bir pıçıltı ilə Nüsrətə baxıb deyirdi:
– “Yox, Nüsrət, sən heç yerə getmirsən, sən mənim ürəyimdə təzəcə dünyaya gəlirsən, əzizim ”.
1987, Bakı
R O M A N
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-merdlik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!
Üçüncü hissə, on beşinci fəsilSalman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Üçüncü hissə, on altıncı fəsilVəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.
Birinci fəsil«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.
Стихи других поэтов
Ey həbibim, dilbərim, vey sevgili yarım mənim,Vey dilaramım, nigarım, bəxti-bidarım mənim.
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,