Страница 4 из 4 · 75%

– Sən Sakitlə bağa nahaq getmisən, Nadirə. — dedi. — Sakitə mənim böyük hörmətim var, ancaq indi mən daha heç kəsə etibar eləmirəm, Nadirə, mən bilmirəm ki, Sakit də, o biri nəməkbəharam, namərd dostlarım kimi nə vaxt, necə bıçağı kürəyimə saplayacaq. Sən ki öz qulağınla eşitdin, Gülmirə avtoqraf məsələsini deyəndə, yerindən necə də qəzəblə: «Bu ki vicdansızlıqdı» — söylədi Sakit. Özü də bərkdən dedi, hamı eşitsin deyə. Sən hələ bilmirsən həqiqəti, kimin haqlı, kimin haqsız olduğunu bilmirsən, yoldaş Sakit. Bəs niyə hökm verirsən? Bəs bu özü vicdansızlıq deyil? Gördün, İltifat da ağzına su alıb susdu, bir kəlmə demədi? Az yaxşılıq eləmişəm? Eh, Gülmirə — öz dostumun qızı, əlindən tutub bu instituta gətirdiyim, müdafiəsini təşkil elədiyim Gülmirə belə nəməkbəharamlıq, namərdlik eləyəndən sonra, nə İltifatdan, nə Sakitdən, nə də başqa birisindən heç nə ummağa haqqım yoxdu mənim, Nadirə. Bunu yadında saxla ki, indi heç kəsdə kişilik, dəyanət qalmayıb. Elə üzünü yana çevirməyini görürsən — vururlar. Vəzifədən düşdün—vururlar, bu, dəhşətdi. Kimsə yaxşı deyib ki, «yaxşı kişilər yaxşı atlara minib getdilər», Nadirə. Qalanlar zir-zibil, tör-töküntüdü.

– Sən nahaq hamının haqqında elə düşünürsən, Salman. Mirzə Yanar, Orxan pis kişi idimi məgər? Sakit pis kişidi məgər?

– Orxan — Salman piyalənin yarısını boşaltdı —yaxşı ata minib gedən kişilərdən idi. «Goru çatlasın — dedi ürəyində — odur məni bu hala salan. Ölüb gedəndən sonra da yaxamdan əl çəkmir. Gecələr yuxularımı mənə haram eləyib». — Sonra ucadan davam etdi. — Sakit də yazandı. Səhər bir də gördün bəzəyib-düzədi səni, məni. Gördün o kitabında necə yazmışdı? Adamların adını dəyişmişdi, vəssalam. Oxuyan kimi bilirdin ki, bu kimdi, o kimdi! Ona görə də o institutdan mitilini atdılar bayıra. İndi gəlib bura. Xımır-xımır yazır. Ona qətiyyən material vermək lazım deyil.

– Mən onun yaradıcılığına böyük hörmət bəsləyirəm — həqiqətin, həyatın özünü yazır. İnsan kimi də alicənab və xeyirxahdır, Salman.

– Hər halda, mən sənə yenə deyirəm, onunla bağa getməkdə səhv eləmisən, Nadirə. Birdə belə şey eləmə.

– Gərək sən gedəndə mənə deyəydin. Mən nigaran qalmışdım axı, Salman. Ürəyimə gəldi ki...

– Hə, ürəyinə gəldi ki, yəqin Salman getdi bağa, özünü öldürməyə, hə. Yox, düzünü de, belə fikirləşdin, hə?! Hm. Sən onda məni tanımırmışsan, Nadirə! Mənə Salman, Qurbanzadə deyərlər — hər uşaq-muşaq mənim arxamı yerə qoysaydı, onda mən mən olmazdım.

Salman çox içmişdi. Ancaq kefləndiyi qətiyyən hiss olunmurdu. Nə mühakiməsi, nə xasiyyəti dəyişmişdi. Elə bil şərab yox, su içirdi.

– Sən heç nəyin fikrini eləmə, Nadirə. Hər şeyi burax zamanın ixtiyarına — zaman ən müdrik kişidir. Vaxtı gələndə hər şeyi özü elə yerbəyer eləyir ki, heyran qalırsan. Nə mənim dərdimi çək, nə Ceyhunun. Alimi tənqid eləyərlər, vurarlar, gərək dözəsən. Oğul içər—qoy içsin Ceyhun. O mənim oğlumdursa, heç qorxub-eləmə; başını saxlayacaq, Nadirə! Sən alim də olsan, arvadsan. Arvadlar həmişə belə olublar, belə də olacaqlar. Arvad dahi də olsa, yenə arvaddı. Siz həyatı tam mənasıyla başa düşmürsünüz. Siz həyatın bir üzünü görürsünüz o biri üzündən xəbəriniz yoxdur. Ona görə, ərlərinizin, oğul-uşaqlarınızın iki ayağını bir başmağa tıxayıb özünüz istəyən kimi yaşamağa məcbur edirsiniz. Elə yaşamayanda, sizin ürəyinizcə ola bilməyəndə bunu faciə hesab edirsiniz. Qocalırsınız, dəli olursunuz, infarkt olursunuz. Amma lazım deyil, Nadirə, Salmanın ölmüşünə, vallah-billah, lazım deyil. O şey ki olacaq — sənin iradəndən asılı olmayaraq — baş verəcək. Buna sənin heç şübhən olmasın. Ona görə ye, kefini çək; beşgünlük dünyanı kişi kimi yaşamaq lazımdır.

Nadirə xanım başa düşdü ki, artıq Salman keflənməyə başlayıb. İndi filosofluq eləyəcək, nəsihət verəcək, özünün həyat «hikmətini» qiymətli boxça kimi açıb tökəcək ortalığa. Daha bundan o yana Salmanla söz güləşdirməyi yersiz-məqamsız sayıb ürəyindəkilərin heç birini dilinə gətirə bilmədiyinə dərindən təəssüflənərək mənalı-mənalı:

– Hə, düz deyirsən, dünyanı kişi kimi yaşamaq gərəkdi,— söylədi və sinəsində dərdli bir ürək qalxıb-yataq otağına keçdi. Elə yorğun, əzgin və süst idi ki, düşünmədən, fikirləşmədən, eləcə pallı-paltarlı, üzüqoylu yorğan-döşəyin üstünə yıxılıb yatmaq ən böyük istəyi idi. Ancaq o ürək ki, Nadirə xanımda vardı, gözünə çətin yuxu gedəcəkdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, doqquzuncu fəsil

Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.

8 мин
Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 мин
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 мин
Dördüncü hissə, on ikinci fəsil

Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.

11 мин

Стихи других поэтов