Birinci hissə, ikinci fəsil
Страница 2 из 2 · 50%
– Hə, gəl.mi...şəmm! — deyə Salman siqaret yandırandan sonra direktorun sualına cavab verdi və qüssəli-qüssəli gülümsəyib əlavə etdi: — görürsən də necə cavanlarımız əmələ gəlib? Sən bəlkə də bilmirsən, mən o qıza o qədər yaxşılıqlar eləmişəm ki, başının tükü sanı. Gözündən gəlsin. Az qala infarkt olmuşdum. Çörəyimin duzu yoxdu da. Allah göstərməsin, belələrinin əlinə imkan düşə, adamın lap uf demədən başını da kəsərlər!
Salman danışdıqca Aslanzadə onun gözlərinin içinə baxırdı. Ürəyində neçə illər bir yerdə işlədiyi, etibar eləyib şöbə tapşırdığı bu adama olan inamı, hiss edirdi ki, çiliklənib yerə, ayaqları altına tökülür — bunu o, istəmirdi, bu fikri özündən uzaqlaşdırmağa çalışırdı, ancaq deyəsən bacarmırdı. Bu boyda yalan olmaz, böhtan olmaz!
– Yəni deyirsən bunların hamısı yalandı, Salman? — nəhayət Aslanzadə beyninin, düşüncələrinin düyün, qatmaqarışıq düşmüş kələfinin yavaş-yavaş açıldığını, fikrinin durulduğunu duyub mətləb üstünə gəldi.
Aslanzadənin bu sözlərini eşidəndə Salman qalxdı, eynək altında gözlərini qıyıb incidiyini bildirən bir tərzdə başını buladı və:
– Olmaya sən də ağzından süd iyi gələn, başdan xarab o qızın sözlərinə inanırsan, hə? — deyə ərklə otaqda var-gəl eləməyə başladı. — Yəni mən o günə qalmışam ki,.. — Nə düşündüsə demək istədiyini uddu və: — əgər belədirsə, mən tələb eləyirəm, komissiya yaradın, yoxlasın, hökm versin. Lap istəyirsiniz Orxanı da dirildin, gətirin, soruşun, görün onu mən öldürmüşəm ya yox. Mirzə Yanarı da gətirin! — deyərək çox ucadan, əsəbi-əsəbi danışmağa başladı. — Mən bunu biabırçılıq hesab eləyirəm. Buna dözmək olmaz.
– Sakit, ay Salman. — Salmanın özündən çıxdığını görən Aslanzadə onu sakitləşdirmək istədi. Sən lap hövsələsiz olmusan son vaxtlar. Barıt çəlləyinə dönmüsən. Söz demək olmur.
– Bu sözlərin bircəciyini sizin haqqınızda desəydilər, dözərdiz? Yox, dözməzdiz. Özü də siz düzgün hərəkət eləmədiniz, yoldaş Aslanzadə. Gərək kollektivin içində qoymayaydınız o uşaq dişinin dibindən çıxanı mənə desin. İş elə görəndə gərək deyəydiniz gələrsən yanıma, orda qarnının nə ağrı-acısı var, deyərsən, ayırd eləyərik. Gərək siz belə eləyəydiniz. Amma siz hələ bir sorğu-suala da tuturdunuz. «Hə, de, birdən çəkinib eləyərsən, qorxma, de.» Amma sizin barənizdə belə bir söhbət ortalığa gəlsəydi, mən elə eləməzdim. — Aslanzadə qımışdı, nəsə demək istəyirdi ki, Şərqiyyə qapını açıb başını içəri uzatdı və:
– Professor, telefonu götürün! — deyib geri çəkildi, Aslanzadə tənbəl bir hərəkətlə dəstəyi qaldırdı:
– Bəli, eşidirəm. A, salam yoldaş prezident! Bəli, sağ olun, yaxşıyam. Elə indi? Prezidiuma? Hə, hə, bilirəm, az qala yadımdan çıxmışdı. Bu dəqiqə gəlirəm. O, dəstəyi asdı, ani fikrə getdi, təzədən bir siqaret yandırdı.
– Məni iclasa çağırır kişi. Mən aşağı düşməliyəm. Qoy bu söhbətimiz qalsın sonraya, Salman, - deyib stolun üstündəki siqaretini götürüb cibinə qoydu.
– Mənim də elə bu barədə danışmağa indi hövsələm yoxdu. — Aslanzadə stolun başına fırlanıb çıxmaq istəyəndə Salman qovluğa işarə elədi:
– Onu xahiş eləyirəm seyfə qoy. İtib-batar. O, bizə lazım olacaq. Burda mənim ləyaqət məsələm həll olunur.
– Hə, hə, lap yadımdan çıxmışdı. — Qayıdıb küncdə qoyulmuş dəmir seyfi açdı və o qovluğu içəri atıb kilidlədi. Salman siqaretinə dərin bir qüllab vurub seyfin açarını cibinə qoyan Aslana baxdı:
– Deyəsən prezidentin yanına gedirsiniz?
– Hə, prezidiumun iclası var...
– Aslan müəllim, sizdən çox xahiş edirəm, bu məsələ barədə hələ prezidentə, bir söz deməyin. Necə olsa, yaxşı söhbət deyil. Deyir, milçək bir şey deyil, amma ürək bulandırır. Qoy su durulsun, sonra...
Aslan fikirli-fikirli gülümsündü:
– Yaxşı, demərəm hələ.
Salman ondan qabaq kabinetdən çıxdı və tənəffüs vaxtı olduğundan koridorda ikibir-üçbir dayanıb söhbət eləyən — yəqin indi hamı ondan danışırdı — adamların üzünə baxmadan pilləkənləri ağır-ağır düşməyə başladı.
Qəzetin arasındakı qovluq əlini yandırırdı elə bil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Üçüncü hissə, on dördüncü fəsilGülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!
Üçüncü hissə, on beşinci fəsilSalman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Стихи других поэтов
Təalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən