Birinci hissə
Страница 2 из 47 · 2%
Və həmin bu illər ərzində xilafəti iki qardaş – Məşriqdə Məmunun xorasanlı vəziri Fəzl ibn Səhl, Məğribdə isə vəzirin kiçik qardaşı Həsən ibn Səhl idarə edərək, xəlifəni fəlsəfi məşğuliyyətlərindən ayırmamışdılar.
Nəhayət, Xorasanlı şiyə vəzirinin məsləhəti və təkidi ilə Məmun “yaşıl inqilabı”nda son və qəti addımı atmış, şiyələrin səkkizinci imamı Əli ibn Musanı uzaq Mədinədən çağırıb Mərvə gətirmiş və özünə vəliəhd təyin edərək “İmam Rza” fəxri ləqəbilə şərəfləndirmişdi.
Vəliəhd təyin edilmiş İmam Rza isə dərhal xilafətin bütün əyalətlərinə və şəhərlərinə məktublar göndərərək bütün şiyə təbəqələrinə elan eləmişdi ki, Məmundan sonra xəlifəlik taxt-tacı bizimdir, birinci mənimdir, məndən sonra oğlumundur və oğlumdan sonra onun oğlunundu. Ta qiyamətə kimi...
...Lakin imam çox tələsmişdi və elə bu zaman Məmunun “yaşıl inqilabı”nın zirvə dalğası uzaq Bağdadda kükrəyib şahə qalxan “Qara dalğaya” çarparaq geri atıldı.
Hican şəhəri abbasilərin qara bayrağı altında ayağa qalxdı. Mərvin itaətindən çıxdı və “yaşıl inqilabı” rədd elədi, amma Məmunun bundan xəbəri olmadı.
Sonra Bağdad qılınca əl atdı. Məmunun xorasanlı vəzirinin qardaşı İraq valisini qoşunları ilə bərabər qovub şəhərdən çıxartdı. Amma Məmunun bundan xəbəri olmadı.
Və nəhayət, qiyamçı Bağdad uzaq Mərvdə oturmuş Məmunu xəlifəlikdən çıxardığını elan elədi və onun yerinə əmisi İbrahim ibn Həmidi yeni xəlifə kimi Bağdadda taxtda oturtdu və bu bütün xilafətdə bəstəkar, şair və nəğməçi kimi məşhur olan İbrahim ibn Həmid dərhal öz adına “mübarək” ləqəbi əlavə elədi. Amma Məmunun bundan da xəbəri olmadı. Ona görə xəbəri olmadı ki, aylardan bəri biri-birini izləyən bu qorxunc hadisələri xorasanlı vəziri Məmundan gizli saxlamışdı. Ümid eləmişdi ki, İraq valisi olan kiçik qardaşı gec-tez Bağdadda asayişi bərpa edəcəkdir və o vaxt o Məmuna deyəcəkdi ki, Dəclə sahillərində bir balaca şuluxluq olmuşdu, cənabınıza ərz etməyə dəyməzdi.
Məmun isə bunlardan o vaxt xəbər tutdu ki, artıq iş işdən keçmişdi və indi o ikinci dəfə Hican şəhəri Bağdadı ram etmək üçün birdəfəlik Mərvə əlvida edərək, bütün sarayı və saray qvardiyası ilə özü Bağdadın üstünə getməyi qət elədi...
2
...Qapı yerindən qırmızı çiçəkli çin dibacıncan¹ pərdə asılmışdı və bu pərdə azacıq titrəyib tərpənəndən sonra pərdə arxasından çıxan Məmunun mülazimi², sadiq sirdaşı və yediyini-içdiyini onun əlindən aldığı lələsi Sirac içəri gəldi və dedi:
– Səfər hazırlığı tamamdır, ya Əmirəlmöminin, qoşunun pişdarlar³ dəstəsi hərəkət elədi. Kitabların da altmış dəvəyə yüklənib qurtardı. Və bütün sandıqlar üstünə işarə vurulub, yolda hansı kitabı istəsən, katiblər fərən⁴ hüzuruna gətirəcəklər. Çaparlar da yola düşdülər ki, Sərəks, Tus, Rey, Kürgan və Hamadan valiləri istiqbal üçün hazır olsunlar və indi ancaq vəliəhd ilə vəzir yatmayıb, hər ikisi əmrə müntəzirdir.
Məmun başını qaldırmadan dedi:
– Gecə hamilədir və sənin oyaq qalmağın kifayətdir.
– Bəs onlar ya əmirəlmöminin, – dedi Sirac, – o dörd nəfər kafir ki, bu saat zirzəmidə biri gəbərdi, altı nəfəri qaradaşla qumar oynayırlar.
Məmun başını qaldırdı:
– Qumar oynayırlar?
– Əlbəttə ki, nisyə, ya əmirəlmöminin o mələkləri ki, sənin adından onlara vəd eləmişəm, indidən qumara qoyublar öz aralarında...
¹ İpəyindən
² Nökəri
³ Əsas hissənin təhlükəsizliyini təmin edən kəşfiyyat dəstəsi.
⁴ Dərhal
– Nəqd ya nisyə, – dedi Məmun, – o kəski hər gün həyatı ilə qumar oynayıb, gərək davam elətdirsin bu oyunu axıra qədər... Və apar o manqalı, daha lazım deyil!
Salonun o biri başında qızıl manqal içində yandırılan ud içərini çox qəliz rayihə ilə doldurmuşdu. Sirac getdi manqalı götürdü və çəkildi pərdə arxasında yox oldu...
...Bu gün Məmun yalnız bir nəfəri qəbul eləmişdi, daha doğrusu boynu qızıl çəlipalı¹ qoca Qavril ki, ərəbləşmiş adı Cəbrayıl ibn Bəhşu idi. Özü səhər tezdən qoltuğunda üstü qızıl naxışlı qara mücrüsü ilə yataqdan təzəcə qalxmış Məmunun hüzuruna gəlmişdi və xəlifənin gözlərinə qan sağıldığını görüb çox həyəcanlanmışdı.
Və indiki kimi burda qara atlas döşəkçə üstündə bardaş qurub oturmuş Məmun qocaya demişdi:
– İşində ol ya Cəbrayıl. Sonra bəlkə bir az söhbət elədik.
Qoca təbibin hər günkü ən birinci işi bu olurdu ki, diz çöküb xəlifənin qarşısında otururdu və əlindəki nazik qızıl çubuğun ucunu qara mücrü içindəki göyümtül-qara maddəyə batırıb çıxardaraq Məmunun zil qara gözlərinə sürmə çəkməyə başlayırdı.
Zamanın təbiətinə görə qızıl çubuqla gözə çəkilən sürmə gözün işıltısını və görmə qüvvəsini artırırdı və eyni zamanda gözləri şəbkorluq kimi xəstəliklərdən qoruyub sağlam saxlayırdı.
Məmun isə ehtiraslı mütaliəçi idi. Çox oxuyurdu və gözlərini çox yorurdu.
İcazəsiz olaraq xəlifənin hüzurunda heç kəs birinci sözə başlaya bilməzdi, amma Məmun çoxdan qoca təbibini saray təşrifatının bu yasağından azad elədiyi üçün Cəbrail ibn Bəhşu bir az kənarda bir yarısı rəhlin sağ qanadı, o biri yarısı rəhlin sol qanadı üstünə sərilmiş qalın bir kitaba tərəf baxdı və qayğıkeşliklə dedi:
– Bu gecə yenə çox mütaliə eləmisiz ya əmirəlmöminin və mübarək gözlərinizi çox yormusunuz.
Rəhil üstündə açıq qalmış kitab Aristotelin “Ərğanun” əsəri idi ki, ərəbcə tərcüməsi “Kitab-məntiq” adlandırılmışdı və xəlifə dedi:
– Təşvişə düşmə ya Cəbrayıl, zamani ki, gözlərimiz bizə çox cəza verir sən gəlirsən, çarəsin qılırsan... Amma beynimizi didən, elə fikirlər var ki, gecələr bizə sirli röyalar göstərir və o röyaların heç birini təbir etmək mümkün deyil...
¹ Çəlipa – xaç
– Elədir, ya həzrət, – dedi qoca təbib, – beynimiz çox uzaqdakı ulduzlar dünyasına nüfuz etdiyi halda çox yaxında öz içində cərəyan edən hadisələr haqqında bizə heç bir şey deyə bilmir.
– Elə isə Sokratın kəlamı həqiqətdir ki, bizim bildiyimiz bir şey varsa, o da heç bir şeyi bilmədiyimizdir.
– Amma biz çox biləndən sonra, ya əmirəlmöminin, ən uca səviyyədə heç bir şey bilmədiyimizi dərk edərik.
Məmun gülümsündü. Özü kimi baş təbib də fəlsəfə və şətrənc həvəskarı idi və xəlifə başını sola tərəf çevirdi, ancaq miz üstündə şahmat taxtasını əvəz edən qırmızı qumac dərinin ağ və qara xanələrinə düzülmüş şahmat fiqurlarına yanakı bir nəzər saldı, qoca təbib isə dərhal başa düşdü ki, şahmat xəlifəni mücərrədlik buludlarından çəkib aşağı salır, konkret və ehtiraslı bir oyuna dəvət edir və qoca dərhal alçaq mizi irəli çəkdi, xəlifə ilə özü arasında yerləşdirdi və təbiidir ki, nəzakətlə ağ “daşları” və birinci gedişi xəlifənin ixtiyarına verdi.
Məmun sağdan dördüncü ağ piyadəni bir xanə irəli sürdü və dedi:
– Budur göylərdən yerə endi ya Cəbrayıl. Və fikri göydən yerə salan sərsərilikdən və pərakəndəlikdən dartıb yalnız bir nöqtəyə bənd elədin. Amma sabah doqquz ildən bəri iqamətgahım olan bu şəhərdən əbədi olaraq ayrıldığım üçün əlbəttə ki, mən çox təəssüf edirəm.
– İndi ki, sabah köçdür, ya həzrət, bu axırıncı günü şadlıq məclisi qursaydınız əlbəttə ki, fikriniz bir az dağılardı və könlünüz açılardı.
– Haşa, – dedi Məmun, – bu gündən başlayaraq ta ayağımız Bağdad torpağına dəyənə kimi əmirəlmöminin Məmun xəlifə Məmuna eyş-işrət məclislərini yasaq buyurmuşdur və xəlifə Məmun Əmirəlmömin Məmunun yasaqlarını həmişə qəbul eləmişdir.
– Və həqiqətən, – dedi qoca təbib, – Əmirəlmöminin Məmunun hər bir tədbiri çox uzaqgörənliyi ilə həmişə bizi səlamətlik sahillərinə doğru aparmışdır.
Məmun qocanın qırmızı tumac üstündəki növbəti gedişinə baxdı və cavab gedişi ilə eyni zamanda dedi:
– Bağdaddakı oğlundan sənə məktub gəlmişdir Ya Cəbrayıl və əlbət ki, oğlun o şəhərdəki qilü-qal haqqında Ruma dilində sənə bir çox şeyləri nəql eləmişdir.
Qocanın növbəti gedişi üçün uzanmış əli qırmızı tumac üstündə asılıb qaldı. Sonra bir an susub dinmədiyi özünə çox göründü, şahmat taxtasında növbəti gedişi yubatmaq olardı, amma xəlifənin sualına cavabı yubatmağa heç kəs cəsarət edə bilməzdi. Və qoca dedi:
– Ya Əmirəlmöminin oğluma rəhm elə ki, hələ çox cavandır və o, Bağdad küçələrində qaynaşan izdihamın, xüsusilə Bağdad ləşgərinin ağzından çıxan nə varsa hamısını mənə xəbər verdiyi, eşitdiyini təkrar elədiyi üçün böyük günah işlədiyini qanmamışdır. Və mən oğlumun əlimi yandıran o son məktubunu oda atıb yandırdım...
– Bilirəm yandırmısan, – dedi Məmun, – amma nəql küfr deyil və boynundakı bu çəlipaya and iç ki, oğlunun sənə yazdığı ən qəliz ibarələri belə bir-bir rumi dilindən ərəb dilinə tərcümə edərək, mənə söyləməlisən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.