İkinci hissə
Содержание
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Страница 1 из 32
Azərbaycan dağları. Bilalabad kəndi.
Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
Bir dəstə atlı çaparaq kəndə girdi. Atlılar kənd içilə çaparaq uca hasarlı bir ev qarşısında dayandılar. Bir nəfər atdan yerə sıçradı, böyük darvazanın dəmir toxmağını çalmağa başladı. Handan-hana darvaza arxasından bir səs eşidildi:
– Ey adam, kimsən?
– Aç qapını – görərsən.
Yaşıl darvazanın bala qapısı açıldı, əlində qara çıraq tutmuş başı külahlı bir nəfər küçəyə çıxdı, lakin qarşısında bir nəfər əvəzinə bir dəstə atlı görərkən, qaşları çatıldı və başını geri çevirdi, kimi isə səslədi:
– Ey gecə çırağı, harda yubandın?
Dərhal pəhləvan cüssəli, qulaqları cüt sırğalı qapqara bir qul əlində məşəl, başını əyib bala qapıdan küçəyə çıxdı və ağasının arxasında əmrə müntəzir dayandı.
Atlıların başçısı ev sahibinə dedi:
– Zəncandan gəlirik, ey kətxuday, yolda yubandıq. Dağlarda çovğundur. İzin ver, bu gecəni sənin kəndində, sənin evində qalaq.
Kətxuday dinmədi, qaramat baxışlarilə məşəl işığında atlıları gözdən keçirməyə başladı. Aralığa sükut çökdü. Atından yerə sıçramış gənc dedi:
– Nə durub baxırsan, ey kətxuday? Tanımadın Cavidanı? Şəhrək oğlu Cavidanı ki, Bəzzeyn dağlarının hakimi, Bəzz qalasının sahibi və ağköynək xürrəmilərin sərvəridir?!
Kətxudayın əlindəki qara çıraq titrədi, lakin üzünü Cavidana tutub təmkinlə dedi:
– Ey Cavidan, bir dəfə Miyanıç bazarında mən sənə rast gəldim, amma qəsdən tanımadım səni, çünki mən divan adamı, sən isə bir asi idin. Və əgər tanısaydım səni, gərək dərhal yapışaydım yaxandan... Və indi də mən səni görmüşəm, nə sən məni!
Cavidan. Qulaq as, ibn Boyat, atlar yorulub, yolda qalmışıq. Ocaq ver bizə, çörək ver bizə atlara yem ver, və havayı istəmirik, al!
Və Cavidan qoltuğundan çıxartdığı kiçik pul kisəsini yuxarıdan aşağı kətxudayın üstünə atdı. Lakin ibn Boyat yerindən tərpənmədi və pul kisəsini arxasında dayanmış qara qul tutdu.
İbn Boyat. Bir də deyirəm, ey Cavidan, mən yatmışam və xəbərim yoxdur ki, kəndə kim gəlib və səhər tezdən xəbərim olmayacaq ki, kənddən kim çıxıb gedib...
Və İbn Boyat pul kisəsini qara quldan alaraq yuxarıya, Cavidanın üstünə atdı. Bu dəfə Cavidanın atlılarından biri pul kisəsini havada tutdu. Cavidan isə çəkməsinin quncuna keçirdiyi qamçını dartıb çıxartdı. İbn Boyat yerindən tərpənmədi və dedi:
– Toxunma mənə, ey Cavidan, əgər istəmirsən ki, qan tökülsün. Amma qəsdin evimi talan etməkdirsə, bu saat əmr edim, qul darvazanı açsın!
Cavidan əlini saxladı və dedi:
– Biz heç kəsin evin talan etməmişik, İbn Boyat! Biz ancaq xərac karvanlarından bac almışıq. Və sənin talan edilməli bir şeyin də yoxdur. Çünki dədə-baba torpaqlarını Əzd qəbiləsi çoxdan qapıb əlindən alıb və ibn Rəvvad qardaşları səni bir xoruza yük eləyiblər...
İbn Boyat sevər yerindən yaralanmış kimi bir an boğuldu. Sonra başını dik tutub dedi:
– Bu çərx-gərdundur, ey Cavidan, əvvəl bizə nə verirsə, sonra əlimizdən alır, amma əsil-nəsəbimiz həmişə bizimlə qalır. Və mənim ki, yeddi göbək yuxarıda yeddi arxa dönənlərim əcəm şahları və türk xaqanları ilə oturub-durublar, bu mənə bəsdir.
– Amma özün...
İbn Boyat. Özüm də haqq yolun tapıb müsəlman oldum və indi əmirolmöminin sadiq quluyam.
Hələ də atına minməmiş gənc xürrəmi davam gətirmədi, bağırdı:
– Sizi, namərd dehqanları hər yerdə belə gördüm. Siz o vaxt haqq yolun tapırsınız ki, yadelli əşrəflər qapıb torpaqlarınızı əlinizdən alırlar və o vaxt müsəlman olursunuz ki, hökumət xərac yığmağı sizə tapşırır. Və yenə başlayırsınız bizi soymağa, torpağa dən atanları, kirpiyi ilə od eşənləri...
Və gənc ibn Boyatın yaxasından yapışdı, lakin Cavidan əlini qaldırdı:
– İşin olmasın, nahaq qana bizim inandığımız izin vermir...
Və üzün qara olsun, ey kətxuday, çünki bir müsəlman qapısın döysəydik, indi çoxdan ocaq qırağında qızınırdıq...
Yaxasını gənc xürrəminin əlindən qoparan ibn Boyat birdən nə gördüsə diqqətlə baxmağa başladı, sonra istehzalı bir təbəssümlə dedi:
– Müsəlman qapısına niyə gedirsiniz ki, odur, ordan ucdakı daxmadan işıq gəlir, belə məlum Barmida arvad hələ yatmayıb və sizin kimi o da xürrəm – dindir... Deyirlər bu axşam böyük oğlu hardansa uzaq səfərdən gəlib... O arvada bir dirhəm versəniz, səhərə qədər can-başla qulluğunuzda durar.
Cavidan dönüb baxdı. Bütün işıqları sönmüş kənddə yalnız bir daxmadan işıq gəlirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.