İkinci hissə
Содержание
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Страница 18 из 32 · 53%
Gecə. Samirənin uzun küçələri.
Afşin yüyürüb xəlifənin sarayından çıxdı. Küçədə atının üstünə sıçradı. Sonra məşəlçilərindən birinin əlindən məşəlin qapıb atını çapdı. Afşinin silahlı qulamları da dərhal onun arxasınca çapdılar, lakin Afşinə çata bilmədilər və yalnız qarşıda, gecə qaranlığında da bir məşəl alovunun sərxoş dairələr cızaraq uzaqlaşdığını görə bildilər...
Gecə. Afşinin sarayı.
Afşin atından yerə sıçradı, məşəli kənara atdı və sarayın içəri həyətinə yüyürdü. Sonra pilləkənlə yuxarı cumdu və pərdələri bir-birinin arxasınca qarşısından ataraq salondan-salona keçdi, xeyli getdi və nəhayət gəlib ən dərindəki məxfi bir otağa girdi, divardan asılmış bir xalını qopardıb yerə saldı və xalı arxasındakı taxçada oturmuş gözləri qırmızı yaqutlu bir bütün boğazından tutub qaldırdı, gətirib alçaq miz üstünə qoydu, sonra taqətsiz bir halda bütün qarşısında yerə çökdü və qara qızdırmaya tutulmuş kimi gah yavaşdan pıçıldadı, gah səsin ucaltdı:
– Ey Zarvah, xeyir-dua ver ki, gedirəm və bəlkə son dəfədir ki, sənə səcdə edirəm. Və çox da ki, sən cansız bir taxtasan, amma yadlar icadı bütün tanrılardın daha artıq sən ürəyimə yaxınsan, çünki əcaibsən, amma doğmasan və əbədi bir susqunsan ki, qulaq asırsan və mən bu islam dənizində qərq olduğum gündən yeganə həmdəmim və gizli sirdaşım sənsən. Və yalnız sən bilirsən ki, nifrət etdiyim bir dinin qalibiyyəti uğrunda qılınc çalan mən, kiçik vətənimi ona görə tapdadım ki, zirvəyə qalxım və böyük üsyanları ona görə boğdum ki, sonra bir gün öz üsyanım, öz qiyamım, öz intiqamım üçün qüdrətim olsun! Və indi yubanma, xeyir-dua ver ki, mən artıq öz taleyimin üstünə gedirəm, çünki Xorasan həsrəti ilə yanıb quru səhraya dönmüşdür ürəyim. Və o gün ki, Xorasan mənim oldu, Mavərayinəhr də mənimdir, Üsrüşana da mənimdir və bütün İran, bütün Turan mənimdir və o vaxt islamın əmirəlmöminin sənin kimi bir büt olacaq əlimdə, elə bir büt ki, lazım gələndə səcdə edəcəyəm və lazım gələndə tutacağam boğazından...
Və Afşin bütün boğazından tutub elə sıxdı ki, taxta şaqqıldadı və sanki bütün qırmızı yaqutlu gözlərindən od çıxdı və Afşin diksinərək bütün boğazından əlini geri çəkdi...
Araz qırağı. Qalın və uca qamışlıq.
Sıx və keçilməz qamışlıq o qədər uca idi ki, qaban sürülərinin açdığı cığırla hərəkət edən dörd nəfər atlının başlarından çox yuxarıda dalğalanırdı...
Atlılar qamışı biçilmiş bir talaya çıxdılar. Burda, qamışdan hörülmüş iki komanın dövrəsində qılınclı və nizəli adamlar oturmuşdular və hər tərəfdə yəhərli atlar və yüklü qatırlar görünürdü. Talaya çıxanlar atlarından endilər və başçıları Fəzlun bir nəfərə müraciət edərək dedi:
– Ey Abdus, sənin gözətçilərin çörək istəyirlər.
Taladakı adamlar bir-birinin üzünə baxdılar və Abdus dedi:
– Çörək nədir, ey Fəzlun, bir ovuc qovutumuz da yoxdur və çörək dalınca Barsis səni göndərmişdi.
Fəzlun. Biz qara bir xəyanətə qurban getdik, ey Abdus... Mərəndin sahibi məlun ibn Bəis ki, uzun illərdən bəri Babəkə qulluq edirdi və qoşunlarına sursat göndərirdi, nəhayət axırıncı qanlı ziyafəti ilə bizi tora saldı. Adamlarımızı içirdib qılıncdan keçirtdi... qurtulan bir mən və üç nəfər yoldaşımdır...
Barsis hardadır?
Abdus. Babəkin yanındadır.
Babəkin koması.
Qamışdan hörülmüş komada başı sarıqlı və qolları arxasında bağlı olan Babək küləş yatağı üstündə oturmuşdu və başını aşağı salmışdı.
Və bir nəfər silahlı adam Babəkin qarşısında diz çökmüşdü ki, bu Kuhistan xürrəmilərinin başçısı Barsis idi.
Barsis. ...Ey Babək, ey ulu sərvər! Axırda məcbur oldum qollarını bağladım. Və indi qarşında diz çökük yalvarıram. Allahı sevərsən inadı burax. Bir aydan çoxdur ki, yol gəlmişik, gecələr hərəkət etmişik, gündüzlər dağlarda, meşələrdə gizlənmişik. Və sən ki, ölümcül yaralanmışdın, Həmədan qapılarından ta buraya, bu Araz qırağına qədər huşsuz halda mənim çiynimdə və mənim döyüşçülərimin çiynində gəlmisən, və bu bir ayda bacım Cunay sənin yaralarını sarıdı, pərvanə kimi başına dolandı və nəhayət səni ölümdən geri qaytardı... indi bu axşam hava qaralana kimi biz yenə tərpənməliyik. Və əgər Ərməniyyədən səlamət keçsək, sonra Rum torpağındayıq. Və mən ki, sənin ölünü düşmənə vermədim, indi dirini də düşmənə verə bilmərəm. Və bil ki, bir nəfər də olsun səninlə geri qayıtmağa razı deyil, çünki geri qayıtmaq – ölümdür və Həmədan fəlakətindən sonra burda hər şey qurtardı. Və indi bizim nicatımız – yalnız Rumdur. Orda, Rum imperatorunun qulluğunda isə bizim sərvərimiz və sərkərdəmiz yenə sən olacaqsan...
Babək ağır-ağır başını qaldırdı və dedi:
– Vay olsun sənə, ey Barsis ki, Həmədan fəlakətinə sən bais oldun.
Barsis. Mən?
Babək. Sənin qoşunların Əlvənd dağının keçidlərində pusquda durmalı idi və düşməni arxadan vurmalı idi. Sonra mən xəbər tutanda ki, sən Həmədan valisinin sarayını mühasirəyə almısan və şəhər məclisindəki qızıl qəndilləri qarət edirsən, artıq iş-işdən keçmişdi...
Barsis bağırdı:
– Nə qəndil, nə qarət? Mən Həmədan valisinin sarayından əsir bacımı xilas etdim. Sonra xəbər gələndə ki, darvaza ağzındakı döyüşdə sən həlak olmusan, geri döndüm, mühasirə çəmbərini yardım ki, cənazən alçaq düşmən əlinə keçməsin!
Babək. Ölən Babəkə göstərdiyin hörmət üçün sənə minnətdaram, amma indi qorx diri Babəkin qəzəbindən və qollarımı aç!
Barsis. Heç vaxt! Ey, gətirin o xəbisi bura!
Dərhal Barsisin döyüşçülərindən bir dəstə adam səs-küy ilə komaya doldu və qolları bağlı bir nəfəri sürüyüb özlərilə bərabər içəri gətirdilər.
Barsis. Bax! Bir aydır, bu xəbis qarabaqara bizi izləyirmiş və güdürmüş görsün səni harda dəfn edəcəyəm. Sonra qəbrini eşəcəkmiş ki, başını bədənindən üzüb aparsın. Çünki yeni xəlifə sənin başın üçün elə dəhşətli bir sərvət vəd edib ki, hər yetən anası qəhbə səni ovlamaq xəyalına düşüb və əgər sən təkbaşına Bəzz qalasına qayıtsan, bu qamışlıqdan çıxan kimi ovlanacaqsan. Ey Abdus, sən nə deyirsən?
Abdus. Ey Babək, ey ulu sərvər, adamlar acdırlar və hava qaralan kimi biz tərpənməliyik. Və biz ki, səni çiyinlərimiz üstündə buracan gətirmişik, lazımdır ki, burdan o yana sən də bizimlə bərabər Ruma gedəsən.
Babək. Ey Abdus, sizi, Kuhistan xürrəmilərini xilas etmək üçün mən 7 min azəri qəhrəmanını qurban verdim və mənim sərkərdələrimdən Rüstəm həlak oldu və İsfahan xürrəmilərinin hər on nəfərindən doqquzu məhv oldu... və indi bütün bunların əvəzində siz məni qolları bağlı Ruma aparacaqsınız?
I Döyüşçü. Başqa çarəmiz yoxdur, ey Babək, biz arvad-uşaqlarımızı itirdik, yurdumuzdan-yuvamızdan didərgin düşdük və indi Rum padşahı nə bizi tanıyır, nə Barsisi, amma səninlə ittifaq bağlamışdır və əgər sən bizi Rum imperatorunun hüzuruna aparsan, onun borcudur ki, bizi qulluğa götürsün...
Babək. Qulaq asın, ey Kuhistan xürrəmiləri, müsibətə dözmək lazımdır ki, müsibət asan olsun və bizi ki, azadlıq qulluğa götürmüşdür, öz bayrağımız altında məhv olmaq Rum imperatoruna sığınmaqdan daha üstündür.
II Döyüşçü. Ey Babək, bu vaxta qədər sən bizim üçün tanrı idin, xudavənd idin, çünki bu 20 ildə sən məğlubiyyət nə olduğunu bilməmişdin, amma indi biz gördük ki, sən də insansan və bəxti dönmüş bir qəhrəmansan... Və ey xürrəmilərin sərvəri, sən burda qalsan, məhv olacaqsan – ondansa öldür özünü, cənazəni Ruma aparaq, taki orda qəbrin bizim üçün ziyarətgah olsun.
Babək. Eşitdinmi, Barsis, sən deyə bilmədiyini bu adam dedi, və Babək sizə müqəddəs bir ölü kimi lazımdır ki, qürbətdə qəbrini ziyarət edib, ağlaşasınız. Amma Babək müqəddəs ölü deyil, və nə qədər ki, mən nəfəs alıram – burda, öz yurdumda, Azərbaycana lazımam. Və əmr edirəm sənə, bu saat qollarımı aç, və səndən iki şey tələb edirəm – bir qılınc və bir at.
Barsis dinmədi, Babək səsini qaldırdı:
– Bir daha qulaq as, Barsis, mən ki, bütün xürrəmilərin sərvəriyəm, əmrimdən boyun qaçıran hər bir xürrəmini edam etməyə mənim haqqım və ixtiyarım var.
Barsis diksindi və dedi:
– Məni təhdid edirsən, ey Babək? Arxasında 9 min döyüşçü dayanmış Barsisi?
Babək bağırdı:
– Və get o 9 min döyüşçünə elan et ki, Babək səni ölümə məhkum edir.
Aralığa dərin bir sükut çökdü. Sonra Barsis dedi:
– Görünür, sən Barsisi yaxşı tanımırsan, ey Babək... Və indi, iş bu məqama çatdı, aç deyirsən, açıram qollarımı, qılınc istəyirsən, qaytarıram qılıncını. Amma bir şərtlə. Elə bu saat burda təkə-tək vuruşacayıq. Və o vaxta qədər ki, ya sən məhv olacaqsan, ya mən...
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.