Содержание
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Страница 8 из 32 · 22%

Meydan. And mərasimi.

Meydanda, izdiham qarşısında yerə öküz dərisi sərilmişdi, üstünə şərab dolu teşt qoyulmuşdu və teşt yanında bir qalaq doğranmış çörək vardı.

Babək ilə Zərnisə öküz dərisinin baş tərəfində ayaq üstə dayanmışdılar və öküzün dərisindən qoparılmamış buynuzlu başı hər ikisinin ayaqları arasında idi. İki nəfər ağköynəkli xürrəmi isə əllərində məşəllər Babək ilə Zərnisənin arxasında mövqe almışdılar. Başını aşağı salmış və rəngi qaçmış Zərnisə pıçıldadı:

– Ey Babək, bu saat onlar sənə tabe olacaqları barədə and içəcəklər... və bu gecə mən el süfrəsi açdırıram... və qoy bu xoşbəxt gecəmizdə üsyan barədə söhbət olmasın...

Babəkin üzü daşa döndü:

Yalnız üsyan haqqında and içiləndən sonra bu gecə mənim ömrümü işıqlandıracaq və yalnız o vaxt Babəkin səninlə xoşbəxt olmağa ixtiyarı var...

Və Babək bir addım irəli atdı, əyilib bir tikə çörək götürdü, tikəni teştdəki şəraba batırdı, sonra dikəldi, üzünü izdihama sarı tutub dedi:

– Mən, Babək xürrəmdin, bu uğurlu və müqəddəs tikəyə and içirəm və siz də and için ki, üç gün sonra mehran gecəsi yarıdan aşanda hücum edib hökumətin xərac divanların dağıdacayıq, qızıl kəmərindən gümüş xəncər asanların malikanələrinə od vuracayıq, yadelli qəsbkarları yurdumuzdan qovacayıq, istər özümüzdən, istər özgələrdən olsun, qan içən zalimləri öldürəcəyik və döyüşəcəyik o zamana qədər ki, torpaq əkənin, məhsul biçənin olsun və yenə vuruşacayıq o zamana qədər ki, yurdumuz başdan-başa azadlıq diyarı Xürrəmistana çevrilsin...

Babək bir addım geri çəkildi və yenə Zərnisənin yanında dayandı.

İzdiham isə sanki nəfəsini udmuşdu, ortalığa çökən sükut içərisində yalnız məşəllərin çatırtısı eşidilirdi... və Babək gözləyirdi...

Sonra rəngi qaçmış Babək yenidən bir addım atanda, Zərnisə əllərilə üzünü qapadı və qulaqlarında Babəkin boğulub partlayan səsi canlandı:

– Nə üçün susmusunuz, ey xürrəmilər? Öldürün Babəki, amma Mehrcan gecəsi tək qoymayın!

On beş yaşlarında gənc bir oğlan izdiham içərisindən irəli atıldı və bağırdı:

– Var ol, ey Babək və namərdəm əgər Mehrcan gecəsi səni tək qoysam... Və izin ver, birinci mən and içim!..

Babəkin gözləri işıqlandı:

– Adın nədir sənin, ey gənc?

– Azin!

– Gəl yanımda dur, ey Azin, sən artıq and içdin!..

Və Babək sol qolu ilə Azini qucaqlayıb yanına çəkdi. Sükut isə artıq pozulmuşdu, izdiham çalxanıb uğuldayırdı...

Və Rüstəm izdiham içərisindən irəli çıxdı, gəldi ayağını öküz dərisinin üstünə basdı, əyildi bir tikə çörək götürdü, tikəni teştdəki şəraba batırdı, sonra dikəldi və üzünü Babəkə tutaraq dedi:

– Ey Cavidanın seçgini! Bu müqəddəs və uğurlu tikəyə and içirik ki, bu gündən sənə tabe olacayıq və üç gün sonra Mehran gecəsi yarıdan aşanda, qılıncımız varsa, əlimizdə qılınc, xəncərimiz varsa, əlimizdə xəncər, baltamız varsa, əlimizdə balta, yabamız varsa, əlimizdə yaba evimizdən çıxacayıq ki, son nəfəsimizə qədər ağ və ayaz dinimiz uğrunda vuruşaq!

Rüstəm geri çəkildi və ağ köynəkli xürrəmilər bir-birinin dalınca gəlib eyni and mərasimini təkrar etməyə başladılar...

Meydan. El ziyafəti.

İndi qəsrin qarşısındakı meydanda böyük bir tonqal yanırdı, tonqalın dövrəsində böyük bir el süfrəsi açılmışdı. Xürrəmilər, qadınlıkişili, bu süfrə başında oturmuşdular, xürrəmi qızları süfrədəki piyalələrə şərab doldururdular.

Zərnisə isə süfrə başında, nimdar üstündə təkbaşına oturmuşdu, əlində bir dəstə reyhan, qarşısında iki boş piyalə vardı. İki xürrəmi qız gəldi və hər iki piyaləni şərab ilə doldurdular.

Zərnisə piyalələrdən birini əlinə aldı və el süfrəsi başında oturanların hamısı Zərnisəyə tərəf baxaraq piyalələrini qaldırdılar və birdən Zərnisə sol əlindəki reyhan dəstəsini sağ çiyni üstündən arxaya atdı...

Və dərhal qaranlıqda çıxan Babək reyhan dəstəsini havada tutdu və gəldi Zərnisənin başı üstündə dayandı. El süfrəsindən sədalar qopdu:

– Ey igidbaşı, mübarək olsun! Ey Zərnisə banu, mübarək olsun!

Və Babək ilə Zərnisənin nigah mərasimi tamamlandı.

Zərnisə ikinci piyaləni qaldırıb başı üzərində dayanmış Babəkə verdi, Babək və bütün xürrəmilər ayaq üstündə öz piyalələrini içdilər. Sonra Babək Zərnisənin yanında və hamı öz yerində oturdu...

Və musiqi başlandı.

Bir dəstə qız-oğlan, Babəkin ilə Zərnisənin qarşısında dayandı. Oğlanlardan birinin əlində nar çubuğu vardı, Babəkə verdi, qızlardan birinin əlində qırmızı qərənfil vardı, Zərnisəyə verdi.

Babək ilə Zərnisə ayağa qalxdılar.

Və qara zurnanın fəryadı altında, böyük tonqalın dövrəsində yallı dəstəsi dövrə vuranda, Babək ilə Zərnisə oğlan və qızların başında rəqsə başladılar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 ч 15 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов