Содержание
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Страница 14 из 32 · 41%

– Ey xəlayiq, səbr edin, sabit qədəm olun ki, fürsət sizindir.

– Ey müsəlmanlar, amanın günüdür, qeyrətə gəlin!

– Ey könüllü mücahidlər, ey anaları fahişələr, siz ki, şəhid olub cənab həqqə qovuşmaq üçün bura gəlmişdiniz!

Lakin hamısı əbəs idi... və nəhayət Tusinin atı büdrəyib dayandı. Tusi ətrafına baxındı, yanında bircə nəfər vardı – o da ibn Cüneyd idi. Tusinin başı sinəsinə düşdü və dedi:

– Ya ibn Cüneyd, böyük bir ordu tar-mar oldu, fürsətdir, sən də qaç, başını qurtar!

– Ya Tusi, – dedi ibn Cüneyd, – bir dəfə qaçdığım üçün hələ də tanrıdan utanıram, sonra əsir düşdüyüm üçün Allah qarşısında üzüm qaradır. Və indi səninlə qalıb özümü rəbbimin ixtiyarına verirəm, zira məni diri qılan və öldürən odur...

Tusi başını qaldırdı və irəlidə təpə döşündə bir dəstə müsəlman ilə bir dəstə xürrəmi arasında qızğın döyüş getdiyini gördü. Tusinin gözləri işıqlandı və dedi:

– Ya ibn Cüneyd, arxamca gəl, haqq təala həzrətləri şəhid olmaq üçün bizə fürsət verdi.

Və hər ikisi qılınclarını sıyırıb atlarını döyüşən dəstələrə doğru çapdılar. Tusi özünü vuruşan əsgərlərə yetirib bağırdı:

– Ey müsəlmanların ən yaxşıları, həyatınız – mənim həyatım, məmatınız – mənim məmatımdır və şəhid olanlara eşq olsun!

Və qanlı, müdhiş bir döyüş daha da şiddətləndi...

Birinci olaraq ibn Cüneyd sinəsinə sancılan bir mizraq zərbəsilə at üstündən yerə yıxıldı...

Sonra ayaqları qılıncla doğranan Tusinin ağ atı təpəsi üstə yerə gəldi və Tusi ayağa qalxmağa macal tapmamış sinəsinə sancılan bir nizə ilə arxası üstə yerə sərildi...

...Babək, başında kiçik bir dəstə təpə arxasından çapıb gələrkən, artıq təpə döşündə vuruşan hər iki dəstədən bir nəfər belə salamat qalmamışdı və hər iki tərəfin ölüləri bir-biri üzərinə qalaqlanmışdı.

Tusi bir anlığa gözlərini açdı və Babəkin işarəsilə bir nəfər atdan yerə sıçradı və çəkib, nizəni Tusinin sinəsindən çıxartdı. Tusi sol əlini qanı fışqıran yara yerinə basdı və başı üzərində dayanmış Babəkə baxaraq dedi:

– Ey şeytan kölgəsi, qəhrəman əsgərsən, buna söz ola bilməz, amma tanrı kölgəsilə vuruşursan, – iqbalın yoxdur.

Və Tusi gözlərini yumdu. Babək dedi:

– Ordusu tar-mar oldu, bütün əmirləri qaçdılar, amma bu adam qaçmadı və qəhrəman kimi ölən bu əsgəri qılıncı ilə bir yerdə dəfn edin!

Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.

Qara geyimli xristian rahib qapı ağzında ayaq üstə dayanmışdı. İmperator Feofil əlindəki məktubu oxuyub ayağa sıçrayan anda imperatriça Feodora salona daxil olmuşdu.

– Bravo Babək, bravo, – deyirdi imperator Feofil. – Bəzzeyn pələngi! Feodora, mən hesab açmışam. Bu yeddinci xilafət ordusudur ki, Azərbaycan dağlarında tar-mar olur. Və Tusi ki, xəlifə Məmunun ən şücaətli sərkərdəsi idi, döyüş meydanında həlak olub! Ey Rahib, sən elə bu gecə yola düşəcəksən – mənim təbrikimi Babəkə yetirmək üçün.

Feodora təəccüblə baxdı:

– İmperator, – dedi, – bu mümkün olan şeydirmi? Sən – Roma imperiyasının hökmdarı, bir kəndli üsyançısını təbrik eləyəcəksən?

– Nəinki təbrik edəcəm, mənə hərbi ittifaq lazımdır o qəhrəmanla, – xəlifə Məmun əleyhinə, xilafət əleyhinə, ümumi düşmən əleyhinə.

– İmperator, bu eşidilməmiş bir şeydir. Avropa nə deyər buna?

– Yəni kral Lüdovik nə deyər buna? O Lüdovik ki, qorxdu, xilafət əleyhinə mənimlə hərbi ittifaqdan boyun qaçırtdı. Və nəzərə almadı ki, oğlu bacım qızının nişanlısıdır? Bu gündən o nişanı ləğv edirəm.

– Feofil, özünə gəl, bu rüsvayçılıqdır.

– Feodora, saqın, kiminlə danışdığını unutma!

Feodora baş əyərək:

– Əfv elə cəsarətimi, imperator! – dedi.

Feofil üzünü rahibə tutdu:

– Yaxın gəl, rahib, – dedi. – Bir daha qulaq as! Monastır üçün çəkdiyin rəsmlərini görmüşəm və bəyənmişəm. Məktubu Babəkə çatdırandan sonra özün Bəzz qalasında qalacaqsan. Bəhanən bu olacaq ki, mənim əmrimlə mənim üçün Babəkin portretini çəkməyə başlamısan...

Feodora söhbətə qarışdı:

– İmperator, rahib mənim portretimi çəkir, – dedi, – monastır üçün.

Feofil:

– Rahib daha vacib işlər görməlidir, bizim üçün, – dedi və yenə rahibə müraciət elədi, – uzat orda işi! Qoy portret əlində bəhanə olsun, tez-tez Babəklə görüşmək üçün. Və əgər Babəkin ürəyində xristianlığa qarşı meyl oyada bilsən...

Rahib:

– Amin, imperatorum! – dedi. – Böyük məramını dərk edirəm. Əgər Azərbaycan və İran həzrət İsa ağuşunda nicat tapıb xristianlaşarsa, bu ən müdhiş zərbə olacaq islam xilafəti üçün.

– Yaxşı yol, rahib və bil ki, o gündən ki, sərhəd şəhərim düşmən əlindədir – Tarsus matəmi var ürəyimdə. Və nə qədər ki, xəlifə Məmunu o şəhərdən qovmamışam, yediyim-içdiyim haram olsun mənə – dedi imperator Feofil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 ч 15 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов