Содержание
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Страница 7 из 32 · 19%

Araz qırağı. Taxıl zəmiləri.

Başı ağçalmalı biçinçilər zəmilərə yayılıb qan-tər içində taxıl biçirdilər.

Babək ilə Tərxan da bir-birilə yanaşı taxıl biçə-biçə gəlib narvənd ağacı altına çıxdılar.

Tərxan dikəldi və dedi:

– Toxta, dərziləri bağlayaq, hər 12 çəngədən bir dərz... və xətrinə dəyməsin ki, biçinçilikdə bir az təcrübəsizsən...

Hər ikisi biçilib sağa və sola atılmış çəngələrdən dərz bağlamağa başladılar və Babəkə dedi:

– İrad tutdun, qəbulumdur. Amma pis-yaxşı, bir gün işləmişəm, nə düşür payıma?

Tərxan. Bir ovuc arpa.

Babək. Xəsis olma.

Tərxan. Düzü budur, çünki buralarda, bu Araz qırağında əvvəllər hər 20 pəncədən 3 pəncə biçinçin idi. Amma bu il bığı xınalı bizim dehqanlar və beli gümüş kəmərli Arran batrikləri dilbir olub cirəmizi yarıbayarı kəsdilər.

Babək. Belə də olmalıdır.

Tərxan. Nə üçün?

Babək. Çünki varlı getdikcə varlanmalıdır və yoxsul getdikcə yoxsullaşmalıdır.

Tərxan. Və sonra bu işin axırı nə olur?

Babək. Və sonra bu işin axırı həmişə partlayış və intiqam olur.

Tərxan. Gün əyildi, gedək ağac altına... Biçdin və biçinçilərlə danışdın. İndi qalır o söz ki, dalını qurtarmaq lazımdır.

Hər ikisi gəlib narvənd ağacı altında oturdular. Tərxan su dolu cürdəyi götürüb Babəkə uzatdı. Babək sol əlini tərli alnına basıb, sağ əlilə cürdəyi başına çəkdi. Sonra cürdəyi Tərxana verib dedi:

– Söz, yoldakı sözdür... Sən o vaxt demişdin ki, burda Varsan şəhərində köhnə cəng dostların var.

Tərxan. Və az deyil.

Babək. Etibarlı adamlardır?

Tərxan. Hamısına vəkil ola bilmərəm, amma elə igidlər var ki, öl desəm – ölərlər.

Babək. Lazımdır ki, hazır olsunlar. Vaxt çatıb. Mehrcan gecəsi yarıdan aşanda, o böyük işə iqdam edəcəyik. Siz burda aşağıda, biz orda yuxarıda.

Tərxan sol əlini tərli alnına basaraq cürdəyi başına çəkdi, sonra dedi:

– Bəzz qalası möhkəmdir?

Babək. Qala çox da möhkəm deyil, amma elə möhkəm bir yerdə qərar tutub ki, hər yerdə xilafət ordusu üstümüzə gələndə, Bəzzeyn dağları yavaş-yavaş dəyirman kimi üyüdəcək onları...

Tərxan. Demək, uzun müharibə?

Babək. İldırım kimi alışıb, ildırım kimi sönən qiyamlar çox olub... Bizim müharibəmiz, gecə müharibəsi olacaq. Gecələr qəfildən şəbxun vuracayıq, gündüzlər qaranlıq meşələrdə əlçatmaz qayalar arxasında yox olacayıq.

Hardasa, yaxında qara kəhər kişnədi. Babək ilə Tərxan ayağa qalxdılar.

Tərxan. Sağlıq olsun. Bəzz qalasında görüşərik əgər burda mehrac gecəsindən salamat çıxsam...

Babək. Və eşitsən ki, o gecə mən orda məhv olmuşam, yenə Bəzz qalası səni gözləyəcək, çünki mənim vəzifəm məndən sonra sənin boynuna düşür...

Və dostlar xudahafizləşdilər...

Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.

Axşam idi, meydan izdihamla dolmuşdu. Ağköynəkli gənc xürrəmilər, qırmızı tumanlı xürrəmi qızları, qocalar və uşaqlar – hamı böyük bir intizar içində nəyi isə gözləyirdi.

Qəsrin yuxarı artırmasında dayanmış Zərnisə isə uzaq yollara baxırdı və bu gün o, geyinib-keçinmişdi, başında zümrüd daşı ilə bəzənmiş ipək araqçın vardı...

Nəhayət, aşağıda uğuldayan izdiham içərisindən bir nəfər çıxıb qəsrə doğru yönəldi, içəri keçdi, daş pilləkənlə yuxarı qalxdı, artırmaya gəldi və Zərnisəyə baş əydi:

– Alqış, ey Zərnisə banu!

Zərnisə diksinib geri döndü:

– A, sənsən, ey Rüstəm? Alqış və gün aydın.

Rüstəm. Axşamdır, ey Zərnisə banu və hamı Cavidanın qəbri üstünə təzə torpaq atıb borcunu verdi. İndi uzaqdan və yaxından gəlmiş cavidanilər bilmək istəyirlər ki, ustadımız son nəfəsində nə dedi?

Zərnisə. Gözləsinlər, çünki mən özüm də gözləyirəm.

Rüstəm. Kimi gözləyirsən ki, ey banu, hava qaralır və məxluq bir yerə yığılanda çox səbirsiz olur.

Zərnisə qaralan uzaqlara baxaraq ixtiyarsız olaraq inildədi:

– Bu günə vədə vermişdi, dünən ay tamam oldu... və bu gün yollar qaraldı, gəlib çıxmadı.

Rüstəm. Eşitmədim, ey banu.

Zərnisə. Deyirəm ki, hava qaraldı, məşəlləri yandırsınlar, gəlirəm.

...Babək qara kəhər üstündə özünü Bəzz qalasına çatdıranda hava çoxdan qaralmışdı və indi o qalanın dik yoxuşlu küçəsilə yuxarıya, Cavidanın qəsrinə doğru çapırdı.

Ağ köpüklər içində olan qara kəhər tindən burulub özünü qəsrin qarşısındakı meydana atarkən, önündəki mənzərədən ürküb kənara sıçradı...

Meydanı doldurmuş adamların başları üzərində indi çoxlu məşəllər yanırdı və hamının gözü qəsrin aşağı artırmasında, iki daş sütun arasında dayanmış, qırmızıtumanlı, ağköynəkli Zərnisəyə zillənmişdi. Yenə orada iki nəfər gənc xürrəmi Zərnisənin sağında və solunda dayanaraq əllərində məşəl tutmuşdular və Zərnisənin zümrüdlü araqçını bu məşəllərin işığında yaşıl işıltılar saçaraq alışıb yanırdı...

Və indi Babək də izdiham kimi gözlərini Zərnisədən çəkə bilmədi və sehrlənmiş kimi atın üstündə donub qaldı. Elə bil indi orda tamamilə başqa bir Zərnisə dayanmışdı və meydan üzərində ucalan səsində atəşgah kahinlərinin cadusu vardı...

Babək aşırıldı atdan, yerə düşdü və alnını atın boynuna söykəyib hərəkətsiz qaldı... İndi vəcdə gəlmiş bir qadının ehtiraslı səsi gah ona yaxınlaşır və yalnız ona müraciət edərək qulaqlarında qızğın bir pıçıltıya çevrilir, gah uzaqlaşır, hardasa böyük bir izdihamı sehirləyirdi:

...Və üçüncü gecə Cavidan dedi ki, vədə tamamdır və gecənin ki, axırında mən gedirəm, o vaxt ölməz ruhum sinəmdən uçub o şəxsin ruhuna qovuşacaqdır ki, onu mən çox gözləmişdim və nəhayət, ulu Şirvinin ruhu onu mənə rast gətirdi və o şəxsin adı Babək xürrəmidindir... Və onu, dedi Cavidan – yalnız onu, ruhumun seçdiyini özümdən sonra öz yerimdə qoyub, bütün cavidanilərə sərvər edirəm...

Çünki o, və yalnız o, – dedi Cavidan, – sizdən ən aşağıda olanları ən yuxarı mərtəbəyə qaldıracaq və sizi indiyə qədər heç kimin nail olmadığı bir məqama çatdıracaqdır. Çünki o, və yalnız o, zalimləri məhv edəcək, başımız üstündən bu qaranlığı qovacaq, ağ və ayaz dinimizə rövnəq verəcək və ulu Şirvinin vəd etdiyi qardaşlığı yer üzərində həqiqətə çevirəcək və o zaman dünyanın bütün nemətləri bütün insanlar arasında tən bölünəcək...

Budur, Cavidanın vəsiyyəti, ey xürrəmilər və əgər mənim borcum demək idisə, mən dedim, borcumu yerinə yetirdim və indi sizin də borcunuz bu vəsiyyətə sədaqətdirsə, and için və tabe olun o dilavərə, taki Cavidanın ruhu şad olsun!

Və Zərnisənin sanki bütün qüvvəsi tükəndi, ayaq üstündə səndələdi, yıxılmamaq üçün daş sütuna söykəndi, və önündə dayanmış böyük bir izdihamın sükutu qarşısında, qorxunc bir şey görmüş uşaq kimi gözlərini yumdu...

Lakin ona sonsuz görünən bu sükut partladı və bütün meydan bir ağızdan nəğmə oxumağa başladı, o nəğməni ki, xürrəmilərin duası, sirudi və çağırışı idi:

Ulu Şirvinin ruhu, səni gözləmişik, səni
gözləyirik,
Ulu Şirvinin ruhu, bizi bu dünyada, öz dünyamızda
şad et!

Sonra meydan susanda, nəğmə qurtaranda, izdihamın ön sıralarında dayanmış Rüstəmin səsi eşidildi:

– Ey Zərnisə banu, nə qədər ki, Cavidan sağ idi, biz onun heç bir əmrindən boyun qaçırmamışdıq və indi ki, cismi getmişdir, ruhu qalmışdır, biz onun vəsiyyətini qəbul edirik.

Və gözləri qapalı Zərnisənin üzünə sevinc dolu bir işıq yayıldı...

Lakin eyni zamanda izdiham arxasından ucalan və göylərə xitab edən bir səs eşidildi:

– Ey ulu Şirvinin ruhu! Cavidanın ruhu kimin sinəsində qərar tutubsa, sən özün ona iman ver ki, özü sidq-ürəkdən buna inansın və özü buna etiqad etsin!

Və Zərnisə diksindi, üzündəki işıq söndü, Babəkin səsin tanımışdı və ürəyi bu səsdəki təlaşı hiss edərkən, bütün bu adamlara təlqin etdiyi iman və etiqada rəxnə düşəcəyindən dəhşətə gələrək, daş sütundan qopub irəli atıldı və qəzəbdən alışıb-yanan gözlərilə izdihamın arxa sıralarında Babəki axtararaq və Babəkə meydan oxuyaraq səsini ucaltdı:

– Ey arxadan gələn tənha səs! Ulu Şirvinin ruhuna and olsun ki, sən gecikmisən... Çünki o gecə, o gecə ki, zaman dayandı, Cavidanın ömrü qurtardı, o gecə Babək inandı və inanmalı idi Cavidanın ölməz ruhu artıq onun sinəsindədir... Və indi də görür ki, bölük-bölük xürrəmilər arxasınca aparmaq üçün, nifaqə, ikitirəliyə, pərişanlığa yol verməmək üçün, bu gün bu saat yeni bir Cavidan lazımdır... Və siz də, cavidanilər, çağırın o dilavər hardadırsa, meydana çıxsın, çünki o burada, mənim arxamda, bu qəsrdə deyil, orda, sizin içinizdə və sizin sıralarınızdadır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 ч 15 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов