Содержание
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Страница 32 из 32 · 97%

Gözlərini döyən xəlifə yenidən bağırdı:

– Ey Hacib, bu məxluq kimdir və nə edir bu adamlar?

Və əgiş-ügüş adamlar hamısı birdən ayağa qalxıb xəlifəyə sarı döndülər və Mötəsim ixtiyarsız olaraq bu adamlar qarşısından bir addım geri çəkildi – çünki bu şikəst adamların hamısının əlləri qanlı, üzləri qanlı və saqqalları qanlı idi və onlardan biri gülümsəyərək xəlifəyə dedi:

– Ya əmirəlmöminin, biz fədailərik ki, kafiristan dağlarında kafir qövminin övrətləri başımıza daş yağdırıb, bizi kor etdilər, şil etdilər, şikəst etdilər və o vaxt biz də əhd eləmişdik ki, gərək bir gün kafir Babəkin qanı ilə dəstəmaz alaq...

Salonun uzaq küncündə bir-birinə qısılmış bir neçə oğlan uşağı vardı, və indi onlardan ən kiçiyi üzləri qanlı adamlardan qorxub ağlamağa başladı.

Hamı döndü, uşaqlara tərəf baxdı və bu əgiş-ügüş adamlar içərisindəki qanlı üzündə gözləri parıldayan azançı bağırdı:

– İlan balaları! İlan balaları hələ sağdırlar.

Xəlifə dedi:

– Ey cəfakeş möminlər, siz haqlısınız! Və ey cəhənnəm zəbaniləri o ilan balalarını da məhv edin ki, Babək nəslindən bu dünyada əsər-əlamət qalmasın!

Xilafətin baş qazisi qoca Əbu Davud dəhşətə gələrək bağırdı:

– Dayan, ya əmirəlmöminin, çünki onlara ölüm düşmür.

Xəlifə diksinib geri döndü:

– Ya Əbu Davud sən islamın baş qazisi, kafir balalarını qanadın altında alırsan?

Qoca qazı xəlifə qarşısında diz çökdü, lakin möhkəm bir səslə dedi:

– Ya əmirəlmöminin, mən İslamın baş qazisi, bir olan Allaha sığınıb bir daha deyirəm ki, o kiçik yaşlı uşaqlara ölüm düşmür.

– Mötəsim boğuldu və nə deyəcəyini bilməyərək dartdı köynəyini əynindən çıxartdı və qıllı bədəni açıqda qaldı və xəlifə çığırdı:

Ya Əbu Davud, necə ki, bu köynəyi əynimdən çıxartdım, eləcə də səni baş qazilik vəzifəsindən çıxarıb rədd edirəm...

– Üzü qanlı azançı gülümsəyərək dedi:

– Ya əmirəlmöminin, baş qaziyə zülm etməkdən nə hasil ki, özün qəflət yuxusundasan və sən öz qanadın altındakı kafirdən xəbərin yoxdur.

Heyrətdən xəlifənin ağzı bir müddət açıq qaldı, sonra xırıldadı:

– Ey bədheybət, indi ki, sənin əcəlin yetib – çünki əmirəlmöminə böhtan atırsan, əvvəlcə də görüm sən özün kimsən?

Azançı. Ya əmirəlmöminin, mən o azançıyam ki, kafir Babəkin casusunu öldürmək istədiyim üçün sənin kafir əmirin mənə 300 taziyanə vurdu və əgər indi mən köynəyimi də çıxartsam, kürəyimdə kafir əlilə çəkilmiş 300 qırmızı rəsm görərsən.

Mötəsim. Mənim kafir əmirim? Və göstər o əmir kimdir, əgər istəmirsən ki, başın kəsilib itlərə atılsın!

Azançı. Ya əmirəlmöminin, başına tac qoyduğun, boynundan həmayillər asdığın bir kafiri barmaqla göstərməyə ehtiyac varmı?

Mötəsim. Afşin?! Ey bədbəxt, sübut!

Azançı qoltuğundan çıxartdığı bir məktubu xəlifəyə uzatdı:

– Sübut üçün bu məktubun təkcə bir cümləsi kifayətdir. Bəzz qalasında Babəkin qəsrini qarət etdiyimiz vaxt əlimə keçdi... Oxu və gör ki, sənin bu atəşpərəst əmirin tanrı düşməni Babəkə nə hiylələr, nə desisələr öyrədir...

Mötəsim əlində məktub döndü və Afşinə dedi:

– Ey Afşin, oxuyum?

Ayaq üstündə durmağa taqəti qalmamış Afşin xəlifənin ayaqlarına qapandı və qorxunc bir səslə fəryad elədi:

– Əl aman, ya əmirəlmöminin, əl aman! Və öldür məni, amma oxuma!

Xəlifə əyri bir təbəssümlə gülümsədi:

– Və nəhayət ki, bu gün Əbu Sərəyya fəryadını eşitdim!

Yeraltı zindan. Gecə.

Divardakı taxçada, çox yuxarıda qara bir çıraq tüstüləyirdi. Saçı-saqqalı bir-birinə qarışmış, ordları batmış, gözləri çuxura düşmüş Afşin birdən diksindi və uzandığı küləş üstündən dik atıldı və dəli bir ifadə almış gözləri zindanın kəllə divarına zilləndi...

Orda yenə Babəkin xəyalı zahir olmuşdu...

Və Afşin dizin-dizin o xəyala doğru sürünməyə başladı və qara qızdırmaya tutulmuş kimi gah pıçıldadı, gah səsin ucaltdı:

– Yenə gəldin, və hər gecə gəlirsən, və bir tikə çörək gətirmirsən və bilirsən ki, bütün günümün cirəsi bir qırıq cad əppəyidir və görürsən ki, o əlcənin də hər gün bir az qırağından kəsirlər və hər gün mənim alçaq yalvarışlarım artır və hər gecə öz naləmdən öz qulaqlarım batır və cücülər rəhmə gəlib məni ziyafətə çağırır, amma cəlladım bu cücü ziyafətini də mənə çox görür və hər axşam, hər səhər əlində yoluq bir süpürgə gəlir və qarabığlar yan-yörəmədə qaynaşanda o halal ruzimi qapıb əlimdən alır və indi inan ki, mən dəli olmamışam və bilirəm ki, sən də yox olmamısan və o zaman ki, sən ölüm bataqlığına qədəm qoydun, dirilmiş ayaqların altından qalxıb hüzurunda durdu və sənin ki, ruhun cismin uğrunda alış-veriş etmədi və mənim ki, ruhum özünü müzayiədəyə qoymuşdur ki, cismimi xilas eləsin və mən ki, gecəli-gündüzlü bu barədə çox düşünmüşəm, nəhayət, bu gecə sənə elan edib bildirirəm ki, mən şirə oxşayırdım, amma şir deyildim. Mən çox qələbə çaldım, amma qəhrəman deyildim, mən böyük üsyan hazırladım, amma üsyankar deyildim və indi ey böyük kölgə, mən ki, ölmək istəmirəm, amma çoxdan ölmüşəm, niyə gəlmisən və nə istəyirsən ki, mən artıq özüm iyrənmişəm öz ölümümdən...

Və Afşinin başı zindanın daş divarına dəydi, Afşin dərindən içini çəkdi, başını geri atdı, iri gözləri bir an geniş açıldı, yuxarıda taxçadakı qara çıraq qırmızı bir tüstü içində boğuldu və sonra Afşin arxası üstə yerə sərilərkən, sönən şüurundan son səhnələr süzüldü:

Babək qırmızı çullu bir fil üstündə qara bayraqlar arasıyla yol gedirdi...

Son.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 ч 15 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов