İkinci hissə
Содержание
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Страница 11 из 32 · 31%
Məmun. İzin verildi, ya Mötəsim, söylə.
Mötəsim. Ya əmirəlmöminin, Azərbaycan məmləkətində müdhiş bir qiyam baş vermişdir.
Məmun. Gah Azərbaycanda, yaxud Curzanda və yainki Ərməniyyədə və ya Mavəraielnəhrdə həmişə qiyamdır, ya Mötəsim və mən sükanı əlimə aldığım zaman bütün xilafət od tutmuş bir gəmi kimi idi...
Mötəsim. Lakin bu başqa bir qiyamdır, ya əmirəlmöminin – bu aşağının üsyanıdır yuxarı üstünə. Və bu üsyanın başçısı ucqarlarda asi olmuş bir vali deyil, Ceyhun çayının o tayındakı bir ixşid deyil, Ərməniyyədəki bir batrik deyil, Misirdəki bir xariciyun deyil və Kufədəki bir ələvi şiyəsi deyil...
Məmun. Demək məcusi və atəşpərəstdir?
Mötəsim. Daha müdhiş bir dinin sahibidir, ya əmirəlmöminin, Bəzzeyn dağlarında zühur etmiş Babək xürrəmdin adlı bir kafirdir ki, əyri dinini əlində silah edib, islamın üstünə qılınc qaldırmışdır. Və o məmləkətdəki bütün xərac divanları darmadağın edilmişdir. Vergi toplayan təhsildarlar qətl olunmuşdur. Dehkanların malikanələrinə od vurulmuşdur. Şəhərdəki məscidlər qarət olunmuşdur. Və indi məmləkətin cümlə kübarları və əşrəfləri qaçıb Marağa şəhərində qalabənd olublar...
Vəzir irəli çıxdı, xəlifəyə təzim edib dedi:
– Ya əmirəlmöminin, o tanrı düşməninin təlimi budur ki, islam dini nəyi haram buyurubsa, halaldır və gərək bütün dünyanın nemətləri bütün insanlar arasında tən bölünə...
Məmun. Bizim tərki-dünya zahidlər və xaçpərəst rahiblər də xalqa moizə edirlər ki, gərək varlı öz sərvətini yoxsullara paylasın... Və islam dini göydən ona görə nazil olub ki, zəifi qüvvətliyə müsavi qılsın...
Baş qazi irəli çıxdı və xəlifəyə təzim edib dedi:
– Ya əmirəlmöminin, heç kəs ki, öz halal malından könüllü olaraq fəqirə bir pay verirsə, əlbəttə ki, bu savab işdir. Amma o məlun zorla varlının ətəyin kəsib yoxsulun cın-cındırına yarmaq vurur və deyir ki, dünyadakı bütün cinayətlərin iki səbəbi var, biri sərvətdir, biri qadın və onun fasiq əqidəsinə görə dünyanın cəmi övrətləri və kişiləri hər gecə bir yorğan altına girib yatmalıdırlar...
Məmunun gözlərində uğursuz işıltılar alışdı:
– Ya sərəsgər, ya ibn Müaz, hardasan, irəli çıx!
Xilafətin adlı-sanlı sərkərdələrindən biri irəli çıxdı və Məmuna təzim edib dedi:
– Qulluğunuzda hazıram, ya əmirəlmöminin.
Məmun. Ya sərəsgər, burdan evinə yox, birbaş ordugaha gedərsən və nə qədər sənə ləşkər lazımdır, özün bilərsən və səhər açılanda üç qara bayraq altında kafir Azərbaycan dağları üstünə yürüş edərsən. Və o gizli dinin adamları ki, yenə zihur ediblər, cəmi kişilərini qılıncdan keçirərsən və boyu beş qarışa çatmış oğlanlarına belə rəhm etməzsən və sonra arvad-uşaqlarını əsir edərsən və gətirib burda qul bazarında satarsan və nə qazandın, beşdə biri xəzinənindir və qalan beşdə dördü halal xoşun olsun!
İbn Müaz baş əyib dedi:
– Ya əmirəlmöminin, buyruq sənin, itaət bizim və axırıncı hökm Allahındır.
Məmun məclisə xitab elədi:
– İndi əyləşin, ey həzərat və acı sözlər eşitdik – kifayətdir...
Məmun keçib məclisin başında öz yerində oturdu və bütün qonaqlar da öz döşəkçələri üstündə əyləşdilər. Xəlifə üzünü məclisdəki müğənniyə tutub dedi:
– Ya ibn Cami, ey Bağdad əndəlibi, indi cəngi əlinə al və bizə bir qəzəl oxu ki, şirin sözlərindən məst olaq...
Və xilafətin məşhur müğənnisi mizrabını ipək qotazlı cəngə vurub oxudu:
– Yenə mey dolu piyaləmdə xəyalımı gördüm...
Bir-birinin ardınca açılan qırmızı bayraqlar küləklərə çarpıb dalğalandı və qızaran bir fəzada yazı başladı:
“Qızıl bayraqlı azəri xürrəmiləri ilə qara bayraqlı İslam orduları arasında gedən müharibələrin 13-cü ili idi. Bu müddət ərzində xəlifə Məmunun bir-birinin ardınca üsyançılar üstünə göndərdiyi 6 böyük ordu Bəzzeyn dağlarında darmadağın edilmişdi... və indi əmirəlmöminin əmrilə xilafətin ən məşhur sərkərdələrindən Tusi çox böyük bir ordu ilə Babəkin üstünə gəldi”.
Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
Yaz gecəsi idi. Cavidan qəsri qarşısındakı meydan piyadə və atlı dəstələrilə dolmuşdu və səf-səf düzülmüş bütün silahlı dəstələr yürüş əmrinə hazır dayanmışdılar...
Qəsrin yuxarı qatında – Babəkin qərargahında işıqlar yanırdı. Tağ altında həsirlərlə döşənmiş böyük bir otaqda Babək – yuxarı başda döşəkcə üstündə bardaş qurub oturmuşdu, dərin fikrə getmişdi, başını aşağı salmışdı və köndələninə dizləri üstə qoyduğu qılınca zillənmiş gözləri yol çəkirdi. Qoşun başçılarından Tərxan, Rüstəm və daha gənc komandanlardan Azin ilə Muaviyə də içəridə idilər. Babəkin sağında və solunda əyləşmişdilər və hamısı cəng libasında idi, başlarında dəmir tolğalar, əyinlərində zirehli kaftanlar vardı...
Babəkin qardaşı gənc Abdulla içəri gəldi, başıaçıq idi, uzun saçları boynuna tökülmüşdü və ağ köynəyi üstündəki kəmərindən sədəf dəstəkli xəncər asılmışdı. Abdulla dedi:
– Ey Babək, ey ulu sərvər, qala içində tutulmuş düşmən casusu qapı arxasındadır.
Babək. Buraxın gəlsin içəri.
Və iki silahlı xürrəmi ələ keçmiş düşmən casusunu içəri itələdilər, özləri isə qapı ağzında ayaq üstündə dayandılar. Casus dizləri üstə yerə çökdü və başını sinəsinə əyib dayandı.
Babək. Ey çox bilmiş kişi, salamat qalmaq istərdinmi?
Casus. Əlbəttə ki, istərdim, ya həzrət, amma nə bahasına?
Babək. Suallarıma düzgün cavab versən, səni edam etdirməyəcəyəm. Bəzz qalasında 7 min müharibə əsiri müsəlman var. Sən də onlardan biri olarsan.
Casus. Ya həzrət, mən bura gəlmişdim ki, Bəzz qalası haqqında bilgi yığam və indi əksinə, sən məndən bizim qoşunlar haqqında söz soruşursan – yaxşısı budur ki, əmr elə cəllad boynumu vursun!
Babək. Üstümüzə gələn 6-cı xilafət ordusu haqqında səndən bilgi almağa ehtiyacımız yoxdur, bilirik ki, Tusi xəlifənin ən şücaətli sərəsgəridir... və dünən xilafət ordusunda neçə nəfər zükam olub ondan da xəbərimiz var... Sən ancaq mənim bir sualıma cavab ver. Əgər sağ və salamat Tusinin yanına qayıtsaydın, nə deyəcəkdin öz əmrinə?
Casus. Ya həzrət, Tusi göndərmişdi ki, öyrənim görüm Bəzz qalasında çaxnaşma başlanıbmı və sənin qoşunların içində pərişanlıq nişanələri varmı? Amma Bəzz qalasının övrətlərinə iynə-sap satanda ağzımı bir az boş qoydum və çox tez ələ keçdim və indi Tusi qarşısında üzüm qaradır.
Babək. Əlbəttə ki, çox tez ələ keçdiyin üçün təəssüf etməyə haqqın var. Çünki tez ələ keçməsəydin, bəlkə öyrənə bilərdin ki, düzdür, qoşun içində heç bir təşviş yoxdur, amma bəzi qoşun başçıları bir az pərişanlığa qapılıblar.
Və Babək sağında və solunda oturanlara iti və çəpəki bir nəzər saldı. Casus gözlərini döydü. Babəkin qoşun başçıları isə dönüb heyrətlə bir-birinin üzünə baxdılar. Babək silahlı xürrəmilərə dedi:
– Aparın, əsirlər düşərgəsinə salın və ayaqlarına buxov vurun ki, qaçmasın!
Casusu apardılar. Babək ayağa qalxdı, dərhal qoşun başçıları da ayağa qalxdılar. Babək dedi:
– Oturun və süfrə açdırın! Süfrədə İberiya şərabı, xurma nəbizi və bal şərbəti olsun. Və hava ki, çox bürküdür, tolğalarınızı başınızdan açın... Və o kəs ki, süfrəmizə qonaq gələcək, mən özüm onu məclisimizə dəvət etməyə gedirəm...
Babək qərargahdan çıxdı, işarə elədi, Abdulla da onun arxasınca getdi. İçəridə bir müddət bir-birinin üzünə baxdılar. Coşqun təbiətli Azin dedi:
– Ey Tərxan, nə olub bu gecə ulu sərvərə? O nə söz idi ki, düşmən casusuna dedi? Necə yəni bəzi qoşun başçıları içərisində pərişanlıq var? Və bir halda ki, bölüklər çoxdan yürüşə hazır dayanıblar, bu şərab süfrəsi nə deməkdir? Və yaxud o məchul qonaq kimdir?
Tərxan. Ey Azin, müşgül suallarına cavab verə bilmərəm. Amma onu bilirəm ki, Babək yenə təşəbbüsü Tusiyə verib xilafət ordusunu bir az da yaxına buraxsa, hər iki tərəf uçurum qırağında döyüşən iki qoç vəziyyətində qalacaq və tərəflərdən biri mütləq məhv olacaq. Və nə isə çox cəsarətli, digər məhv olacaq. Və nə isə cəsarətli, digər tərəfdən çox qorxulu bir addım atmaq istəyir ulu sərvər...
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.