İkinci hissə
Содержание
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Страница 21 из 32 · 63%
Dağlar qoynunda Afşinin ordugahı.
Yerə üç barmaq qalınlığında dəmir tikan səpilmişdi, tikanlı sahə qurtaran yerdə xəndək qazılmışdı və xəndəyin kənarında hündür hasar ucaldılmışdı və bu üçqat maneə xətlərinin arxasında Afşinin böyük ordugahı yerləşmişdi.
Ordugah mərkəzində isə nəhəng bir qübbə kimi Afşinin qara çadırı ucalırdı.
Gecədən xeyli keçmişdi və Afşin içəridə üzünü qibləyə tərəf tutub – günün birinci və axırıncı namazı olan Yatsu namazını qılırdı. Afşinin arxasında yer almış qoşun başçıları da leşgər əmirilə bərabər namaz ayinində iştirak edirdilər.
Və bu vaxt hardansa yuxarıdan, dağlardan uçub gələn bir qadın nəğməsi əllərini göyə qaldırmış, dodaqları dua pıçıldayan bu adamların qulaqlarında əks edərək cingildəyirdi. Və indi əgər arxada namaz qılanların üzləri tutqun idisə, əksinə, öndə namaz qılan Afşinin yalnız dodaqları dua pıçıldayırdı, ürəyi bu duada iştirak etmirdi və gözləri bu qadın nəğməsindən duyduğu bütpərəstcəsinə bir zövq parıldayırdı...
Ordugahın uca hasarları.
Afşinin ordugahdakı türk kələmənləri uca hasar üstünə qalxıb bir-birinin yanında cərgələnmişdilər və yuxarıda, təpə üstündə yüzlərlə nizələrin uclarında yanan kiçik məşəllərə tamaşa edərək, ordan gələn musiqi və qadın nəğməsinə qulaq asırdılar...
Və o vaxt ki, musiqi kəsildi, nəğmə susdu, hasar üstündə dayanmış türk kələmənlərindən biri uca səslə car çəkdi:
– Ey hey kafir xürrəmilər, çox çalın, çox oynayın, amma bilin ki, axırınızdır, çünki biz Cəfər ibn Dinarın adamlarıyıq və gəlmişik, gətirmişik bir əjdaha...
Və bütün hasar üstü bir ağızdan nəqərat kimi təkrar elədi:
– Gəlmişik, gətirmişik bir əjdaha!
Dərhal yuxarıdan təpə üstündən xürrəmilərdən biri uca səslə car çəkdi:
– Ey hey xəlifənin kələmənləri, Buğa Əlkəbir də özünü əjdaha sanırdı və indi gedin Afşindən soruşun ki, o hardadır? Çünki qovmuşuq, itirmişik bir tülkünü!
Və dağ başındakı bütün xürrəmilər bir ağızdan nəqərat kimi təkrar elədi:
– Qovmuşuq, itirmişik tülkünü!
Afşinin çadırı.
İndi qaşları çatılmış Afşin namazını qurtarıb əllərini saqqalına çəkdi və üzünü girəcədən asılmış pərdəyə tərəf tutub bağırdı:
– Ya Divdad!
Divdad dərhal pərdəni sıyırıb içəri girdi:
– Qulluğunuzda hazıram, ya əmir!
Afşin. Məgər mən əmr verməmişdim ki, o kafirlər hər gecə bizim ordugah ətrafında gəzişəndə, bizim qoşunlardan heç kəs onlarla ağız-ağıza verməsin?
Divdad. Ya əmir, o kafir qövmi ilə ağız-ağıza verən bu yeni müsəlmanlar, türk köləmənləridir ki, Allaha and olsun, nə hır qanırlar, nə zır...
Afşin. Get o xalqa söylə ki, lal olsunlar, yoxsa hər on nəfərdən birin qamçıladaram. Və çağır, Buğa əl Kəbri ilə qardaşım Fəzl hüzuruma gəlsinlər.
Divdad pərdə arxasında yox oldu və çadırın ikinci qismində oturmuş Buğa ilə Fəzl ayağa qalxıb Afşinin hüzuruna gəldilər. Buğanın başı-gözü sarıqlı idi, Fəzlin isə sol qolu boynundan asılmışdı. Afşin bir müddət Buğanı süzdü, sonra dedi:
– Ya Buğa əl Kəbir, hanı mənim qəhrəman Canaxım?
Buğa. Ya əmir, şəhid oldu.
Afşin. Tədbirli, təmkinli ibn Cauşan hanı?
Buğa. Ya əmir, şəhid oldu.
Afşin. Mosil əmiri Əbdülrəhman hanı?
Buğa. Ya əmir, əsir düşdü.
Və Afşin bağırdı:
– Və bir gecədə 7 min atlını bada verib, indi durub üstümə gəlmisən ki, təzədən sənə qoşun verim?
Buğa. Ya əmir, özün bilirsən ki, mən saçımı-saqqalımı müharibələrdə ağartmışam, amma bu kafirlə apardığımız hər döyüşdə müharibə qanunları alt-üst olur. Və o övrətlər ki, yoxuş başında bizə rast gəldilər, birdən qılınclarını sıyıranda məlum oldu ki, cümləsi qadın libasında kişidirlər...
Afşin. Elə buna görə o yerdə ki, Tərxan sənin saqqalını yolub, o yerə qalxmaq üçün biz sənə əmr verməmişdik və qardaşım Fəzli mən sənin yanına göndərdim ki, hava qaralan kimi sənin qoşunların da qayıdıb ordugaha gəlsin və bu səbəbdən mən bütün qoşuna əmr vermişəm ki, gecələr at üstündə yatsınlar və at üstündən yerə düşməsinlər...
Türk qoşun başçılarından Cəfər ibn Dinar üzü danlanan həmyerlisinə qəhmər çıxaraq dedi:
– Ya əmir və ey Afşin, mənim bura gətirdiyim türk qoşunları səninlə Babək arasındakı bu gizlin-paç oyununa gəc baxır. Çünki qoşun görür ki, 17 gündür hava işıqlananda sən bütün ordunu götürüb gedirsən və Bəzz qalasını mühasirəyə alırsan və elə ki, hava qaraldı dərhal bütün ordunu geri qaytarırsan və gətirib bu ordugaha salırsan. Sonra hava qaralan kimi Babək bir ovuc qoşunu ilə gəlir və səhərə qədər ordugahı təlaşa salır... Beləliklə, bir aydır ki, gündüzləri sən o kafiri mühasirəyə alırsan, gecələri o kafir səni... Amma əmirəlmöminin bizi, türk qulamlarını bura cəng etməyə göndərmişdir, bu uca hasarlar, bu dərin xəndəklər və yerə səpilmiş bu dəmir tikan arxasında oturmağa göndərməmişdir...
Afşin. Ya Cəfər ibn Dinar, yadından çıxmasın ki, əmirəlmöminin sizi, türk qulamlarını bura, mənim ixtiyarıma göndərmişdir, mənim döyüş nizamımı pozmağa göndərməmişdir.
Cəfər. Ya əmir, əlbəttə ki, ordunun sahibi sənsən, amma biz ki, bu qədər yuxarı qalxmışıq və Bəzz qalasına iki addım yol qalmışdır, yenə də kafirlər bizə meydan oxuyurlar və hər gecə Yatsu namazında burda qulağımızın dibində çalıb oynayırlar və mən Cəfər ibn Dinar öz adamlarımın üzünə baxa bilmirəm və öz qoşunlarımdan utanıram...
Sol qolu boynundan asılmış Fəzl davam gətirməyərək bağırdı:
– Ey Cəfər, bura qədər sən özün qalxmamısan və səni bu nöqtəyə qədər qaldıran var və iki ildir ki, biz min-bir məşəqqətlə qarış-qarış yuxarı qalxmışıq və hər 10 nəfərdən doqquzunu qurban vermişik və indi əmirəlmöminin bayrağın Druz təpələrinə sancandan sonra sən gəlmisən ki, belə edərdim, elə edərdim...
Cəfər ibn Dinar əlini qılıncının üstə qoyaraq dedi:
– Ey Fəzl, unutma ki, mən bura əliboş gəlməmişəm və otuz min elə mahir türk oxcusu gətirmişəm ki, yerdə sürünən, yaxud yeriyən, göydə uçan, yaxud ağaca qonan canlı onların oxundan can qurtara bilməz! Və indi sənin kimilər gərək mənə dərs deməsin!
Fəzl. Ey Zəfər, şükr et ki, əmirin hüzurundasan və əgər burda əmirin hüzurunda olmasaydıq, Fəzl ibn Kavus sənə həddini göstərərdi.
Afşin təpiyini yerə vurdu, qardaşına və Cəfərə təpindi:
– Ey Fəzl, sus! Və sən də sus, ey Cəfər! Və məncə başını özü qırxmağı bacaran hər kəs deyə bilər ki, əlverişli yerdə mövqe tutub dayanmaq, əlverişsiz yerdə hücuma keçməkdən daha üstündür. Və o gün ki, casuslar xəbər gətirdilər ki, Bəzz qalasında bir ovuc döyüşçü qalıb və Babək indi orda tək oturmuşdur, o gündən mənim yuxum ərşə çəkilib, çünki Babəkin hərbi zəkasına hamıdan yaxşı mən bələdəm və mənə yəqin olub ki, o kafirin yenə nə isə bir şeytan ixtirası var... Amma mən də çörəyi burnuma yemirəm və bilirəm ki, qoşunsuz qalmış o qala daha qorxuludur və mən istəmirəm ki, aqibətim Tusinin aqibəti olsun və şair Əbu Tamam mənim ölümümə də mərsiyə yazsın və sonra o mərsiyəni aparıb od bahasına mənim varislərimə satsın...
Bu vaxt çadır arxasında səs-küy qopdu və Divdad həyəcan içərisində çadıra gəldi:
– Ya əmir, Babəkin yanından elçi gəlmişdir, amma bizim fədailər elçini öldürmək istədilər və fədailərin azançısı elçini sol qolundan yaralamışdır...
Afşin. Elçini burax, hüzuruma gəlsin! Sonra azançını soyundurub kürəyinə yüz taziyanə vurarsan!
Cəfər. Ya əmir, fədailər çox mütəəssib xalqdır və azançıya bu qədər ağır cəza o xalqı şurişə gətirər...
Afşin. Ey Divdad get əmrimi yerinə yetir!
Divdad çadırdan çıxdı və sol qolu sarınmış ibn Boyat sağ əlində böyük bir səbət içəri gəldi, Afşinə baş əydi:
– Ya həzrət! Xürrəmilərin ulu sərvəri burda təpə üstündə süfrə açmışdır və indi bu yer-yemişi öz süfrəsindən sənə sovqat göndərib və bu qovun-qarpızlar o bostandadır ki, o bostanı ulu sərvər öz əlilə becərib.
İçəridəkilər bir-birinin üzünə baxdılar, Afşin isə güldü və dedi:
– Biz Babəkin sovqatını qəbul etdik. Və mən ulu sərvərin səni nə məqsədlə bura göndərdiyini anlayıram. Əlbəttə ki, Buğanın başına gələn fəlakət bizi məyus etdi, amma özün görürsən ki, başımıza döyüb ağlamırıq. Yox, əgər Babək səni göndərmişdir ki, yeni gəlmiş türk qoşunlarına baxasan, saylarını öyrənəsən və gecələr də atdan düşməyib, at üstündə nə cür yatdıqlarını görəsən, əlinə məşəl alıb get ordugahı gəz və qorxma yanında keşikçi olacaq və nə gördün – görmüsən, sonra yanıma gəl ki, görmədiklərin barədə mən özüm sənə məlumat verim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.