Содержание
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Страница 27 из 32 · 81%

Bəzz qalası. Böyük darvaza üstündə meydança.

Darvaza tağı üstündəki meydançada Babək ilə Tərxan yanaşı dayanmışdılar. Afşinin atlı bölükləri isə bir-birinin arxasınca qara dalğalarla darvaza qarşısından keçərək, şimala doğru, Azinin mühasirə olunduğu qaya altındakı lağıma doğru çapırdılar.

Tərxan dedi:

– Qara xəyanət öz işini gördü, ey Babək və indi Afşin bütün atlı bölüklərini mühasirəyə aldığı Azinin üstünə göndərir və aydındır ki, Azini məhv etməmiş qala üstünə qəti hücuma keçməyək, – ona görə izin ver, mən öz dəstəmlə qaladan çıxım və əmr elə, arxamca darvazanı bağlasınlar.

Babək. Fikrin nədir, ey Tərxan? “arxamca darvaza bağlansın” – nə deməkdir?

Tərxan. Dəstəmdən neçə nəfər salamat qalmışdır, özün bilirsən. Və onlardan heç biri geri dönməyəcək və axırda bir nəfərimiz salamat qalsa və özünü yetirib o saqqallı ilanın başın əzsə, yalnız bu yol ilə xilafət ordusuna çaxnaşma salıb, Azini mühasirədən qurtarmaq olar...

Babək uzun-uzadı Tərxana baxdı və batqın bir səslə dedi:

– Ey Tərxan, sən elə bir iş görmək istəyirsən ki, bu işin yüzdə doxsan doqquzu ölümdür.

Tərxan. Başqa çarə yoxdur, ey Babək bu son döyüşdür və 20 il əvvəl Gəzəc qalasın aldığım vaxt, mənə verdiyin o qırmızı bayraq altında bu son döyüşə getmək üçün mənə ixtiyar ver.

Babək ilə Tərxan bir-birini qolları arasına aldılar.

Aşağıda Bəzz qalasının böyük darvazası açıldı və əllərində sıyrılmış qılınclar olan 50 nəfər atlı Tərxan ilə bərabər qaladan çıxdı və dördnala yuxarıya, Afşinə doğru çapdılar...

Dağ təpəsi. Afşinin qərargahı.

Təpə başında, kürsü üstündə oturmuş Afşin aşağıya baxırdı və heyrətlə gözlərini döyürdü...

Aşağıda isə şiddətli bir döyüşün səsi-küyü getdikcə artırdı və xürrəmilərdən ibarət bir ovuc atlı, qarşılarında sof-səf dayanmış düşmənin piyada dəstələrini yarırdı, yamac ilə yuxarıya doğru qalxırdı, lakin atlılar bir-birinin ardınca düşmən piyadalarının nizə və qılınc zərbələrindən sağrısı üstə geri çökürdü və adamlar at üstündən yerə aşırdılar, dəstə getdikcə əriyirdi və əridikcə sağ qalanlar daha artıq bir şiddətlə vuruşurdular...

Və nəhayət, bu ölümçü dəstədən salamat qalmış yeganə atlının özünü Afşinə yetirməsi üçün beş-on addımlıq bir məsafə qaldı, yeganə atlı isə Tərxan bu adamı tanıyarkən qeyri-ixtiyari əlini alnına çəkdi, lakin yerindən idi və Afşin tərpənmədi... və bu vaxt Tərxanın atı büdrəyib səndələdi və dərhal qabaq ayaqları qılınc zərbəsilə doğrandı və at başı üstə yerə aşdı...

Tərxan isə sıçrayıb ayağa qalxdı və indi Tərxan ilə Afşinin gözləri bir-birinə sataşanda, Afşin yalnız məzəmmətlə başını buladı və döndü yanında dayanmış qardaşına baxdı.

Sol qolu boynundan asılmış Fəzl sağ əlində qılınc özünü yuxarıdan Tərxanın üstünə atdı... və Tərxanın başı bədənindən qopub yerə düşdü.

Fəzl əyildi, Tərxanın başın yerdən götürdü və yuxarıya Afşinin ayağı altına atdı. Afşin köksünü ötürdü və dedi:

– Ey Fəzl, bu adam çox böyük igidbaşı idi, amma özünü çox uşaqcasına məhv etdi... İndi bu başı nizəyə keçirin və nizəni yanımda yerə sancın ki, Babək ordan – darvaza üstündən görə bilsin!

Dərhal Tərxanın başını uzun bir nizəyə keçirdilər və nizəni gətirib Afşinin yanında yerə sancdılar...

Afşin aşağıya, darvaza üstündə dayanmış Babəkə tərəf baxaraq pıçıldadı:

– Bax, yaxşı bax, ey qardaşım, sağ qolun kəsildi, indi qaldı sol qolun... o qolun ki, onu mühasirə kəməndi ilə bağlamışam...

Bəzz qalası. Darvaza tağı üstündə meydança.

Babək darvaza tağı üstündəki meydançada arxasını daş divara söykəyib hərəkətsiz dayanmışdı, gözləri yuxarıda – təpə üstündəki bir nöqtəyə zillənmişdi, o nöqtəyə ki, orda Tərxanın başı nizə ucunda qaralırdı və Babəkin gözlərini örtən yaş arxasında dağlar dumanlanırdı...

Handan-hana kiminsə bərk-bərk əlini sıxdığını hiss elədi.

Döndü baxdı və Cunayı ayaqları yanında dizi üstə oturmuş gördü. Cunay iki əlilə Babəkin əlindən tutmuşdu və başını Babəkin ayaqlarına söykəmişdi.

Qalanın dərə tərəfdəki hasarları altında bərk hay-küy qopdu. Afşinin qoşunlarından ayrılmış bir dəstə fədai başları üzərində iki qara bayraq, əllərində yalın qılınclar və çiyinlərində bir çox nərdivanlar qala divarına doğru yüyürürdülər.

Səs-küyə Cunay da ayağa qalxdı və nərdivanları qala divarlarına söykənən düşmən fədailərinə tərəf baxdı. Babək yavaşdan dedi:

– Ey Cunay, qardaşım Abdulla ilə Muaviyə burda, içəridə öz istehkamlarında oturublar və hər birinin ixtiyarında 250 döyüşçü var, amma mən onlara əmr etmişəm ki, düşmən bu darvazadan içəri girməmiş, öz yerlərindən çıxmasınlar...

Cunay dedi:

– Ey xudavənd, xürrəmi qızları ölməyiblər, hasarlar üstünə çoxlu daş yığmışıq və neçə-neçə qulplu qazanlarda qətran qaynayır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 ч 15 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов