İkinci hissə
Содержание
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Страница 25 из 32 · 75%
– Sən də bunu qəbul edirsən və hətta sevinirsən ki, səni, Romey imperatorunun yeznəsini baldırı çılpaqların və dinsizlərin başçısı əfv eləyib?
– İmperator, mən çox kədərlənirəm ki, nədənsə bu gün mənə qarşı sən heç mərhəmətli deyilsən.
– Dayan Barsis, ilk dəfədir ki, sənin üstündə belə bir qılınc görürəm. Hardandır bu qılınc səndə. İmperator mənəm, amma mənim belə bir qılıncım yoxdur.
– Döyüşçülərim məni bu gecə ziyafətə dəvət ediblər, ona görə arvadım məni bu cür geyindirib keçindirdi. Bu qılıncı da hardansa çıxardıb gətirdi, belimdən asdı və dedi ki, qılınc imperator Nikifordan yadigar qalmışdır.
Feofil bağırdı:
– Nikifor əvvəllər donuz çobanı idi, sonra Romey taxtı-tacını oğurlayıb imperator oldu... Və o qılıncı ki, mən sənə hədiyyə vermişdim, sən o qılıncdan savayı belindən bir qılınc asmağa tənəzzül etməməli idin.
– Bağışla imperator, əlbəttə ki, səhv eləmişəm. Amma arvadı imperator bacısı olan bir şəxs, gecələr yatanda arvadının əridir, gündüzlər arvadının buyruq uşağıdır.
– Barsis, şulux eləmə ki, başınla oynayırsan.
– Elədir, çoxdan dar ağacımı çiynimdə gəzdirirəm. Amma nədir ki, ölüm? O vaxt ki, biz bu həyatdan gedirik, cismimiz anamız torpağın, ruhumuz atamız göylərindir.
– Bütpərəst, – dedi Feofil, – Ürəyini hələ də xürrəmilikdən qopartmamısan. Və deməli, hələ də həqiqi xristian deyilsən. Amma kifayətdir. Bayaq dedin ki, bağışla məni səhv eləmişəm... Halbuki səhvini düzəltmək üçün sən gərək Nikiforun o qılıncını dərhal mənim ayaqlarım altına ataydın!
– Gecikdiyim üçün üzr istəyirəm, imperator.
Barsis qılıncını belindən açıb Feofilin ayaqları altına atdı, imperator qızıl zəngi götürüb çaldı və dərhal içəri doluşan saray mühafizləri səssiz bir halda Barsisin arxasında düzüldülər və bir nəfəri Barsisin qılıncını yerdən qaldırdı. Feofil getdi, açarla divardakı gizli bir taxçanın qapısını açdı, ordan yaşıl rəngli bir piyalə götürüb geri döndü.
Barsis arxasındakı mühafizlərə işarə edərək Feofildən soruşdu:
– Bu nə deməkdir, imperator?
Feofil piyaləni Barsisə uzadaraq:
– İç bunu, Barsis, – dedi, – İç bunu ki, bu gecə mənim yuxum qaçmasın. İç, imperator özü sənə saqilik edir!
Barsis piyaləni alaraq:
– İmperator, – dedi, – səninlə dostluğumuz barədə Babək rahibə bir misal çəkib. O misalda deyilir ki, dəli o kəsdir ki, sirrini qadına etibar edir və yenə dəli o kəsdir ki, bilmək istəyir zəhərin dadı nə cürdür və daha artıq dəli o kəsdir ki, şahla, hökmdarla dostluq edir.
Sonra Barsis uzaqlara baxaraq:
– Haqlısanmış, Babək, – dedi, – həyat mənə son piyaləni namərd əlilə təqdim elədi.
...Və Barsis zəhərli şərab dolu piyaləni başına çəkib yerə yıxıldı...
Afşinin çadırı. Gecə.
Şamdanlardakı uzun şamlar qurtarmaq üzrə idi. Afşin isə başını əlləri arasına alaraq oturmuşdu, və yerindən qımıldanmırdı. Fəzl isə ayaq üstə dayanıb gözləyirdi və nəhayət dedi:
– Ya əmir, və ey qardaşım, atlı böyüklər və piyadalar bir-birinin dalınca hərəkət etdilər və o xəbis ki, bizim-qoşunlara bələdçilik edir, dan yeri ağaranda Babək öz müsibətindən xəbər tutacaq! Vaxtdır qalx ayağa ki, atın yəhərlənmişdir və sabah Druz təpələrində ən böyük qalibiyyət səni gözləyir.
Afşin başını qaldırdı və inildədi:
– İstəməzdim o qalibiyyəti ey Fəzl, və tanrı qarğımış o qalibiyyəti istəmirəm, çünki Babək büsbütün məhv olsun və yaxud sağ əlimin vurğusundan sol qolum kəsilsin, yanıma düşsün... Və bu saat sən Bəzz qalasına gedəcəksən, mənim son təklifimi ona yetirmək üçün...
Fəzl qorxu içərisində geri çəkildi.
– Amandır, ey qardaşım, xəlifə bu gizli görüşlərdən xəbər tutsa, beşikdəki körpələrimizə belə rəhm etməyəcək!
Afşin əlini qoltuğuna atıb əbasının astarını sökdü, sonra dartdı ordan bir məktub çıxartdı:
– Ver bu məktubu ona, – oxusun. Və görsün və agah olsun ki, mən bu məxfi sənədi ona göndərirəmsə, demək həyatımı və taleyimi ona etibar edirəm. Və sonra dil cavabı ona deyərsən ki, yayın ortasıdır və ağustos gecəsi çox qısadır və məhz bu gecə hələ qarşısında qurtuluş yolu var, amma dan yeri ağaranda gec olacaq...
Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
Babək qapı yerindən asılmış pərdəni qaldırıb içəri girdi. Taxçada mavi rəngli bir şam yanırdı. Taxta altında taxt üstündə uzanmış Cunay dərin bir yuxuda idi. Babək bir addım irəli atdı, sonra birdən diksinib dayandı.
Cunayın yastığına bir xəncər asılmışdı və xəncərin dəstəyinə bir məktub bağlanmışdı. Babək irəli atıldı, dartdı, xəncəri yastıqdan çıxartdı, sonra məktubu dəstəkdən açdı və xəncəri kənara ataraq, taxçadakı şam işığında məktubu oxumağa başladı...
Cunay diksinib oyandı, başı üstündə dayanmış Babəkin nə isə oxuduğunu gördü. Sonra gözləri yerə atılmış xəncərə sataşdı və dedi:
– Fikir vermə, xudavənd, bu üçüncüsüdür.
– Üçüncü?
– İki əvvəlki xəncər odur, orda taxçadadır. Və hər dəfə nazikanə bir hədə ki, ey afət, qardaşın Ruma getdi, qurtuldu, sən də diyari-Ruma get ki, qurtulsan. Yox, əgər qal olub qalacaqsan, bil ki, son libasını hazırlamışam... Amma sən fikir vermə, ey xudavənd və inan ki, mənə vız gəlir bu hədələr, və mən istəmirdim ki, sən bu barədə biləsən, çünki istəmirəm bu ağır günlərində üstəlik mən də sənin təşvişinə bais olam.
Babək yorğun bir halda taxt üstündə oturdu və dedi:
– Ey Cunay mən həyatımda çox qorxulara qalib gəldim və bundan sonra da qalib gələ billəm, amma səni görən gündən təkcə bir qorxu məni üstələdi və bu qorxu – səni itirmək qorxusu yenilməzdir... Və indi xain əllər yastığına üç xəncər sancırsa, və sən bu barədə mənə bir söz demirsənsə, ən əvvəl cəzanı sən alacaqsan və sabahdan gecələr də mənimlə bərabər at üstündə olacaqsan. O vaxt, gecə qaranlığında at sürmək və at üstündə yatıb eyni zamanda oyaq qalmaq, sənə ehtiyatlı olmağı tez öyrədəcək...
Cunay. Bu cəza mənə xoşdur, ey xudavənd, çünki nə olacaqsa, ayrılıq olmayacaq.
Pərdə arxasından Abdullanın səsi eşidildi:
– Ey Babək, düşmən ordugahından yenə elçi gəlib. Və niqablı bir şəxs gecənin bu aləmində səndən xəlvət istəyir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.