İkinci hissə
Содержание
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Страница 13 из 32 · 38%
Qala darvazası.
Gecə yarıdan keçmişdi, ikinci xoruz banı idi. Bəzz qalasının darvazası açıldı və ibn Cüneyd iki nəfər məşəlçinin müşayiətilə qaladan çıxdı və atını çaparaq bir an sonra qaranlıqda yox oldu...
Babəkin qərargahı.
Qoşun başçıları artıq ayaq üstündə idilər. Babək tolğasın başına qoydu, qılıncını yerdən götürdü və səsləndi:
– Ey Azin, içəri gəl!
Və bir an yubanmadan Azin içəri girdi, qapı ağzında dayandı. Babək dedi:
– Yaxın gəl!
Azin yaxın gəldi, Babəkin əlindəki qılınca baxdı. Başını əydi və dedi:
– İndi ki, qurtardın alverini, vur!
Və Babək coşğun hərəkətlə Azini qucaqlayıb sinəsinə basdı və dedi:
– Çoxlu kəndir və nərdivan götür və birinci sənin dəstən hərəkət edir...
Zərnisənin otağı.
Babək cəng libasında Zərnisənin otağına gəldi.
Taxçada şamlar yanırdı, Zərnisə taxt üstündəki yatağında uzanmışdı, böyrünə qısılıb yatmış qızı dərindən nəfəs alıb fısıldayırdı. Yerdə xalı üstündə isə bir-birinin yanında iki oğlan uşağı yatmışdı – biri Cavidanın oğlu idi, 13 yaşında, digəri Babəkin oğlu idi, 12 yaşında.
Babək yaxınlaşdı, Zərnisənin yanında taxt üstündə oturdu. Zərnisə pıçıldadı:
– Gedirsən?
Babək. Gedirəm... gəldim ki, uşaqlara baxım və səninlə xudahafizləşim.
Zərnisə. Oğlanları oyadım?
Babək. İstəməz, qoy hələ doyunca yatsınlar, elə ki, üç ildən sonra pərvaz oldular...
Zərnisə yatağından qalxıb oturdu:
– Üç il? 13 il bəs olmadı? Hələ üç il də?
Babək. Üç il, on il, otuz il... bəlkə ömrümüzün axırına qədər... nə qədər ki, onlar var, biz də varıq...
Zərnisə. Yox, sən başladın bu müharibəni, sən də qurtaracaqsan... Nəyim vardı sənə qurban verdim, gəncliyimi, gözəlliyimi... və indi onlar qalıblar mənə və hər ikisi mənimdir.
Babək körpə qızına baxaraq gülümsədi:
– Hər ikisi sənin olanda, onda mənə nə qalır? Kəpənəyə oxşar bu zərif varlıq?
Zərnisənin bəbəklərində qara qığılcımlar alışdı:
– Təzə arvadın Şuşan sənin üçün oğul doğar.
Babək. Şuşan Arazın o tayında mənim nümayəndəmdir, Arran batriklərini cilovda saxlamaq üçün. Və bu, ittifaq xatirinə izdivacdır və Şuşan mənim qoşunlarıma taxıl göndərir.
Qısqanclıq növbəsi ilan kimi Zərnisənin ürəyindən çaldı:
– Gecə qaranlığında ağ yasdıqlar bir-birinə yaxın olanda, qaba istək var, od tutub yanan yorğan-döşək var, ittifaq, siyasət və taxıl, – hamısı, hamısı boş sözdür və üç uşaq əmizdirəndən sonra sən məndən soyudun, yaxud səndən aldığım mükafat – unudulmaq oldu.
Babək ayağa qalxdı:
– Hər dəfə sənin yanına gələndə mənə hava çatışmır və haqlı imiş Adəm peyğəmbər ki, bir gün Həvvayə dedi: ey qadın, ey göylərin bəlası, nə sənsiz yaşamaq mümkündür, nə səninlə yaşamağa təhəmmülüm var...
Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
Dan yeri təzəcə ağarmışdı, xilafət qoşunlarının bölükləri dağ ətəyində sıraya düzülmüşdü və bütün ordu yürüş əmrinə hazır dayanmışdı...
Tusi, yanında ibn Cüneyd öz çadırından çıxdı və rikabdarlar dərhal ağ atın üzəngisini tutdular və əmiri-leşgər atına mindi. İbn Cüneyd də öz atına süvar oldu. Tusi atını irəliyə, orduya doğru sürdü və əlini qaldırdı. Dərhal münadilər car çəkdilər:
– Ey müsəlmanlar, sükut! Ordu sahibi əmir həzrətləri sizə xitab edir.
Və Tusi dedi:
– Ey mənim əsgərim və camaatım, nəhayət ki, son mənzilə yetişdik. Və bu gün dumanlı Bəzzeyn dağlarında ova başlayırıq. Çünki bu dağlarda bir mağara var və o mağarada bir pələng yatır və pələngin ki, canı bərk olar, biz ona altı zərbə vurmuşuq, amma hələ də kafirin canı çıxmamışdır... və bu gecə o tanrı düşməni ibn Cüneydi mənim yanıma elçi göndərib ki, İslam qoşunu burda-yerində qalsın, amma elçilər yuxarı dırmaşıb aşağı ensin və bu minval ilə yaralanmış macal tapıb bir az nəfəsini dərsin... Və indi, siz ey müsəlmanlar, bir olan Allaha sığınıb, o kafirin üstünə hərəkət edin və mənim təkbirimə müntəzir olun! Və o vaxt ki, mən təkbir dedim, cümləniz qəti hücuma keçin və inşallah qalibiyyət bizimdir!
Dərhal nəhəng təbillər gumbuldadı, qara bayraqlar dalğalandı və Tusinin böyük ordusu hərəkətə başladı...
Dağ yolu. Seyrək duman.
Dağ yolu dikinə yuxarı qalxırdı və xilafət ordusunun hissələri bu yol boyu o qədər uzanmışdı ki, ön səflər yuxarıda duman içində yox olurdu, arxa səflər aşağıda duman içində sıyrılıb çıxırdı və sanki bu ağ duman içində nəhəng qara bir ilan qıvrılırdı və durmadan yuxarıya doğru şütüyürdü...
Ordunun mərkəzində Tusi ilə ibn Cüneyd atları üstündə yanaşı gedirdilər. Tusi dedi:
– Ya ibn Cüneyd, sən bilən, pələngin mağarasına qəti hücum məsləhətdir, yoxsa mağara ağzında dayanıb kafiri aclıq kəməndilə boğmaq daha əlverişli olar?
İbn Cüneyd. Ya əmir həzrətləri, əsir düşmüş, rüsvay olmuş ibn Cüneydin sənə məsləhət verməyə ixtiyarı yoxdur. Mən ancaq onu deyə bilərəm ki, İslamın qılıncı az qala dünyanın yarısın fəth eləmişdir, amma ərəblərin çoxu yenə acından ölür... Və indi zorla bu dağları da müsəlman etmək, bilmirəm bizə nə verəcək və hansı dərdimizi rəf edəcək?
Tusi. Vay olsun sənə, ey ibn Cüneyd, vaxtilə siz ərəblər İranı da qılınc gücünə müsəlman etmişdiniz, amma indi biz iranlılar siz ərəblərdən daha mömin müsəlman olduğumuzla fəxr edirik...
Və Tusi bərkdən güldü...
Dərhal sanki Tusinin gülüşünə cavab olaraq ordunun duman içində itən ön səflərdən sürəkli qəhqəhə səsləri ucaldı və bu qəhqəhə susmayaraq, qoşunlar irəlilədikcə arxadan səflərə də sirayət etdi və sol tərəfdəki qayalarda əks-səda verdi, sonra dərin dərələr üstündə guruldadı...
Tusi ilə ibn Cüneyd heyrət içində bir-birinin üzünə baxdılar, sonra ordunun mərkəzi ilə bir az yuxarı qalxmışdılar ki, bu dəfə yanlarındakı qoşun hissələri içində qəhqəhə qopdu və ibn Cüneyd əlini yuxarı qaldırıb haranı isə Tusiyə göstərdi...
Yol kənarında, hərəkət edən qoşunların başı üstündə dik və sıldırım bir yamac qırağında miskin və zavallı bir daxma vardı – dövrəsinə qaratikan kolundan çəpər vurulmuşdu, həyəti iki ləkdən ibarət bir torpaq idi və bu ləklərdə əkilmiş lobyalar qarğılara dırmaşmışdı. Yuxarıda daxmanın qalın ot basmış yastı damı üstündə bir keçi dayanmışdı, aşağıda daxmanın səkisində isə əyri ayaqlarında dar şalvar və əynində cır-cındır arxalıq olan bir qarı əlindəki paslı bir gordaya söykənib durmuşdu, və belini qabarmış bir pişik qarının ayaqlarına qısılmışdı...
Və indi yuxarıya “pələng ovuna” qalxan zəhmli bir ordu – əlində paslı bir gorda ilə onu qarşılayan bu miskin qarıya baxıb kişnəyirdi...
Ordu mərkəzindəki oxçu əsgərlərdən kiminsə əli dinc durmadı – vıyıltı ilə şığıyan bir ox daxma üstündə dayanmış keçinin boğazına sancıldı, keçi dam üstündən aşaraq qarının ayaqları altına düşdü...
Qarı dinmədi və yerindən tərpənmədi.
Tusi bu səhnəni gördü, qaşları çatıldı, sonra cibindən çıxardığı pul kisəsini mülaziminə verdi və başıyla qarıya tərəf işarə elədi, mülazim atını çapdı və pul kisəsini yuxarıya, qarının ayaqları altına fırlatdı.
Qarı dinmədi və yerindən tərpənmədi.
Və birdən ordu arxasında qorxunc bağırtılar qopdu. Tusi diksindi, dönüb geri baxdı...
Arxada qalmış qızıl qayaların, qara ağızlı kahaların sanki beçə verən arı pətəkləri idi və bir-birinin arxasınca aşağı kahalardan çıxan əli qılınclı xürrəmilər özlərini yuxarıdan aşağı düşmən qoşunlarının səfləri üstünə atır, yuxarıdakı kahalardan çıxanlar isə aşağı sallanmış kəndirlərlə bir göz qırpımında sürüşüb yerdə bənd alır və dərhal nərə çəkərək İslam qoşunu üstünə hücum edirdilər...
Bu zaman irəlidən, duman içində gözdən itmiş pişdarlar firqəsi tərəfindən də, müdhiş bağırtılar eşidən Tusi, böyük bir ordunun tələyə düşdüyünü anladı və dönüb məzəmmətlə ibn Cüneydə baxdı və dedi:
– Evin yıxılsın, ya ibn Cüneyd, kafir bizə hiylə gəldi və bütün fikri-xəyalı arxadan bizə zərbə vurmaq imiş.
Və Tusi almaslı qılıncını sıyırıb “təkbir” deyə bağırdı, təbillər guruldadı və ordu mərkəzindən avaz ilə səslənən “Allah-əkbər, Allah-əkbər” nidaları göyə ucaldı...
Lakin çox tez bir zamanda ön səflər pozulub geri axdı, arxa səflər gah irəli, gah geri oynadı və böyük bir ordu Tusinin gözləri qarşısında zəlzələdən sarsılmış bir bina kimi uçulub tökülməyə başladı...
Və bütün bu hərc-mərclik içərisində Tusi gah irəliyə, gah geriyə çapır, gah dərələrə enir, gah yamaclara qalxır, bağırır, təhdid edir, yalvarır, lənət oxuyur və fəryad edirdi:
– Ey islam camaatı, geri dönün!
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.