Содержание
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Страница 28 из 32 · 84%

Qaya altı. Lağım ağzı.

Azinin lağımda mühasirəyə alınmış döyüşçüləri dəstə-dəstə lağımdan çıxardılar və nərə çəkərək düşmən üzərinə atılırdılar. Yuxarıdan qaya üstündən isə başlarına ox yağdırılırdı, buna baxmayaraq, Azin lağım ağzındakı düşmən qüvvələrini geri atmışdı və indi döyüş meydanını getdikcə genişləndirirdi...

Və hər iki tərəfin döyüşçüləri avqust günəşi altında susuzluqdan yanırdılar...

Dağ təpəsi. Afşinin qərargahı.

Yerindən tərpənmədən təpə başında kürsü üstündə oturmuş Afşin döyüşün və günorta istisinin şiddətləndiyi bir zamanda, birdən mürgüləməyə başladı, sonra bir an oldu ki, gözləri qapandı və başı sinəsinə düşdü...

Və birdən aşağıda qopan və bütün digər səsləri batıran qorxunc bağırtılardan Afşin diksinib dik atıldı...

Bəzz qalasının dərə tərəfdəki divarları altından gələn bu bağırtılar elə dəhşətli bir ulayışa çevrilmişdi ki, Afşinin müxtəlif yerlərdə pusquda dayanmış ehtiyat hissələri – indi hamısı icazəsiz olaraq yerlərindən çıxdılar, dərələrdən yuxarı qalxan dəstələr ilə təpələrdən aşağı enən dəstələr bir-birinə qarışdı və Afşin gördü ki, ehtiyatla saxladığı qoşunlar hərc-mərclik içərisində çalxanıb nizamsız bir izdihama çevrilməkdədir...

Və Afşin sıçrayıb kürsüsündən ayağa qalxdı və bağırdı:

– Ey Divdad, bu nə çaxnaşmadır?

Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.

Dərə tərəfdəki qala divarlarının üstü xürrəmi qızları və gəlinləri ilə dolmuşdu. Və indi onlar nərdivanları aşırılmış və hasar dibində bir-birinin üzərinə yıxılmış düşmən fədailərinin başlarına yuxarıdan dolu kimi daş yağdırır və qaynar qətran dolu qoşaqulplu qazanları bir-birinin ardınca üstdən aşağı boşaldırdılar...

Birdən aşağıdan, hasar dibindən ucalan böyürtü və ulayış elə müdhiş bir nöqtəyə çatdı ki, yuxarıda hasar üstündəki xürrəmi qızları qızları qeyri-ixtiyari əl saxladılar, qorxub bir-birinə qısıldılar, sonra başlarını dik tutub günəşə baxdılar və hamısı bir ağızdan oxudular:

Ulu Şirvinin ruhu, səni gözləmişik,
səni gözləyirik.
Ulu Şirvinin ruhu, bizi bu dünyada,
öz dünyamızda şad et!

Dağ təpəsi. Afşinin qərargahı.

Hadisə haqqında Afşinə məlumat verən Divdad dedi:

– ...Və sonra fədailər yenə sənin intizamını pozaraq dərədən qalxıb qalaya hücum ediblər. Və vaxt ki, kafir qövminin qızları onların başına daş yağdırıb və qaynar qətran qazanlarını üstdən aşağı endiriblər, o tayfanın ulayışından bütün qoşun əhli vahiməyə düşüb...

Afşin dodaqlarından qaçan əyri bir təbəssümlə dedi:

– Çox qəşəng, ey Divdad və bundan sonra o möminlər daha öz sarsaq röyaları ilə mənim üstümə gəlməzlər, çünki nəhayət, bu kafiristan dağları Afşinin yox, o möminlərin öz başlarına daş yağdırdı...

Bu zaman çapıb gələn bir mülazim köpüklü atından yerə şıçradı və Afşinə dedi:

– Ya əmir, Azin ilə bizim qoşunlar arasında çox heybətli bir döyüş gedir və su yerinə qan axır və kafirlərdən əsir düşən yoxdur ya ölürlər ya öldürürlər... Və indi bizim qoşunlarda süstlük əlamətləri var, çünki hamı susuzluqdan fəryad edir:

Afşinin üzü tutuldu, qaşları çatıldı:

– Ey Fəzl, dərhal bütün şərabdarları Cəfər ibn Dinarın ixtiyarına göndər, şərbət, su və savik aparsınlar. Yox, bu azdır. Qızıl dinar dolu kisələri də göndər və qoy bütün əmirlər döyüş meydanında rəşadət göstərənlərin hər birinə bir ovuc qızıl dinar bəxş eləsin! Yox, bu da azdır... Cəvarihat dolu sandıqçaları da göndər ki, qolbaqlar, boyunbağılar, üzüklər və bilərziklər döyüşdə fərqlənənlərə paylansın! Yox, bu da azdır. Kilidariya rəisinə de ki, onun fəhlələrindən əlində balta döyüş meydanında görünən hər bir könüllü məndən 100 dirhəm mükafat alacaqdır. Yox, bu da azdır... Ey qulam, atımı çək, mən özüm döyüş meydanına gedirəm...

Bəzz qalası. Böyük darvaza qarşısında.

Babək təkbaşına at üstündə darvazadan çıxdı və arxasınca yüyürüb gələn Abdulla ilə Muaviyə, hərəsi bir tərəfdən irəli keçib, Babəkin qarşısını kəsdilər. Babək dedi:

– Çəkilin və yubandırmayın məni! Görüş üçün Afşinin yanına çapar göndərmək və çaparın geri qayıtmasını gözləməyə vaxt yoxdur.

Abdulla. Ey Babək, ey qardaşım, bu mümkün olan bir şey deyil ki, sən təkbaşına düşmən qoşunu içərisində düşmən sərkərdəsini axtarasan!

Muaviyə. Və səni ki, kölgəndən başqa heç kəs müşayiət etmir... əgər muradın ölümdürsə...

Babək. Nə ölümdən dəm vurursan, ey Muaviyə, mən aman istəməyə gedirəm və bu mənim üçün yüz ölümdən daha betərdir. Lakin Azini xilas etmək üçün Babəkin başqa bir çarəsi qalmamışdır...

Və Babək atını yaxındakı düşmən qoşunlarına tərəf çapdı...

...Yuxarıya, dağ kəndinə qalxan yolda Babək bir dəstə düşmən atlısıyla üz-üzə gəldi və atının cilovunu çəkərək dedi: Göstərin, Afşin hardadır?

Düşmən atlıları dayandılar, qarşılarındakı adama baxaraq gözlərini döydülər, sonra dönüb bir-birinin üzünə baxdılar və heç kəsdən səs çıxmadı.

Babək bağırdı:

– Eşitmədiniz, nə dedim? Dedim ki, mən – Babəkəm, dedim ki, Afşini axtarıram. Ya göstərin, əmriniz hardadır, yaxud yol verin ki, mən yubanmayım.

Düşmən atlıları yenə susdular və Babək atını irəli sıçradanda, hələ də nə edəcəyini bilməyən bu adamlar ixtiyarsız olaraq yarıldılar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 ч 15 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов