İkinci hissə
Содержание
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Страница 30 из 32 · 91%
Bəzz qalası. Böyük darvaza qarşısında.
Afşin ilə Fəzl atlarını sürərək, Bəzz qalasının böyük darvazasına doğru getdilər. Afşin başını aşağı salmışdı və çox fikirli idi. Fəzl qardaşına dedi:
– Ey qardaşım nə üçün üzün açılmır ki, nəhayət, Babəkin ulduzu söndü və Babək aman istədi və bu sənin çaldığın qalibiyyətlərin ən böyüyüdür...
Afşin başını qaldırdı və dedi:
– Ey Fəzl, ən böyük qalibiyyətim ən böyük bir dağ kimi üstümə uçub və indi mən bu dağ altından çıxmağa yol axtarıram...
Divdad yanında iki nəfər carçı arxadan çapıb gəldi və həyəcan içərisində Afşinə dedi:
– Ya əmir, arxa darvazadan Bəzz qalasına hücum edən Fərqanə bölükləri Cəfər ibn Dinarın döyüşçüləri qalaya girməyə müvəffəq olublar və indi küçələrdə, bağlarda və evlərin içində şiddətli döyüşlər gedir.
Fəzl diksindi və davam gətirməyərək bağırdı:
– Ya əmir və ey qardaşım, heç rəva deyil ki, işin qurtardığı bir zamanda bu Fərqanə bölükləri və yaxud Cəfər ibn Dinarın döyüşçüləri sənin qalibiyyətindən bu qədər çox qapışdırsınlar. Ona görə əmr elə, ərradələr irəli çəkilsin və böyük darvaza sındırılsın və bütün ordu Bəzz qalasına girsin və qarətdə hamı müsavi olsun!
...Və dərhal irəli çəkilən iki Ərradə növbə ilə bir-birinin ardınca Bəzz qalasının darvazasına “kəllə vurmağa” başladı və tezliklə darvaza sarsıldı, sonra hər iki layı qopub düşdü və Afşin qoşunlarının başında Bəzz qalasına daxil oldu...
Bəzz qalası, dik yoxuşlu küçə.
Xilafət qoşunları bir-birinin ardınca başları üzərində qara bayraqlar, dik yoxuşlu küçə ilə Cavidan qəsrinə doğru hərəkət edərkən, Muaviyə ilə Abdullanın döyüşçüləri öz istehkamlarından çıxdılar və qala içində küçə döyüşü başlandı...
Afşin bağırdı:
– Ey Divad, əmr elə, nəffatinlər irəli keçsinlər!
Və dərhal yanğınçı nəffatinlər dəstəsi irəli keçdi və atəşli neft atan qurğuların ağzını xürrəmilərə tərəf çevirdilər...
...Artıq qaranlıq qovuşmuşdu və Bəzz qalası od tutub yanırdı.
Gecə. Meşə yolu.
Gecə idi yaman, Bəzz qalasının işıqlandırdığı meşə cığırında Babək ilə Cunay at üstündə gedirdilər...
Sonra dan yeri ağaranda, səhər açılanda, iki nəfər atlının – Babək ilə Cunayın arxasınca 5 min atlının çapdığı göründü...
Və o vaxt ki, atlarını dördnala çapan Babək ilə Cunayın qarşısına yarğan çıxdı, Babəkin atı yarğan üstündən sıçradı, Cunayın atı isə yarğan qırağında şahə qalxaraq fırlanıb geri çökdü və dərhal düşmən atları Cunayın başının üstünü aldılar və bir nəfər Cunayın atının cilovundan yapışdı...
Babək yarğanın o tayında atının cilovunu çəkdi, sonra geri döndü və Cunaya doğru gəlməyə başladı.
Gözləri geniş açılmış Cunay çağırdı:
– Xudavənd, nə edirsən mən yoxam, xudavənd, görmürsən ki, mən yoxam? Yoxam, mən ey xudavənd və əlvida, ey Babək!
Və Cunay barmağındakı üzüyün qaşını dişləri arasında şaqqıldatdı, zümrüd qaş sındı, içindəki zəhər boşaldı və Cunay at üstündən yerə sərildi...
Babəkin atı dayandı və Babək at üstündə donub qaldı və bu zaman yarğan üstündən şığıyan bir kəməndin halqası ilan kimi qıvrılaraq Babəkin başından keçdi və bir göz qırpımında hər iki qolunu sıxıb bədəninə pərçim elədi...
Bərzənd qalası. Afşinin çadırı qarşısında.
Çadır qarşısında ta uzaqlara qədər silahlı döyüşçülər sağda və solda səf çəkib dayanmışdılar.
Və bu cərgələr arxasında, sağda və solda dövrəsi çərbəndli iki düşərgə vardı ki, Bəzz alınarkən xilas edilmiş müsəlman əsirləri indi bu düşərgələrdə yerləşdirilmişdilər.
Afşinin carçısı üzünü sağa və sola tutaraq car çəkdi:
– Ey kafir Babəkin əlindən qurtulmuş müsəlman əsirləri, əmirimiz Afşin hər tərəfə xəbər göndərib ki, qohumlarınız və əqrəbalarınız burda, Bərzənd qalasına gəlsinlər. Və o vaxt ki, hər birinizin kim olduğu iki nəfər müsəlmanın şəhadəti ilə təsdiq olundu, hamınız bir-bir azad ediləcəksiniz. Amma içinizdə qul və kəniz varsa, gərək öz sahiblərinə qaytarılsın!..
Uzaqda qoşun cərgələri arasıyla Babəkin gəldiyi göründü. Başı açıq idi, əynində ağ bir köynək, ayaqlarında qısaboğazlı çəkmələri vardı və arxasınca əllərində yalın qılınc olan iki nəfər gəlirdi...
Babək ətrafına baxmadan qoşun cərgələri arasıyla keçərək Afşinin çadırına doğru addımlayırdı və o vaxt ki, əsirlərin yerləşdikləri düşərgələr qarşısına çatdı, birdən hər iki tərəfdən qoşun cərgələri arxasından müsəlman qadınları çığırışmağa və ağlaşmağa başladılar...
Babək diksindi və bir an ayaq saxladı, döndü sağa baxdı, döndü sola baxdı, keçmiş əsirlərini tanıdı, lakin bu qadınların nə üçün ağladıqlarını anlamadı və yenidən qoşun cərgələri arasıyla Afşinin çadırına doğru yönəldi...
Və bu ağlaşma səsinə Afşin öz çadırından çıxarkən düşərgədəki qadınlar artıq sinələrinə daş döyərək elə fəryad qopardılar ki, Afşin davam gətirməyib üzünü qadınlara tərəf tutub bağırdı:
– Ey allahın saçdan uzun, ağıldan naqisləri! Dünən axşam fəryad edirsiniz ki, neçə ildir ki, Babək sizi Bəzz qalasında əsir saxlamışdır və indi haman Babəki əsir görəndə yenə başlamısınız ulaşmağa və görüm bütün cinsiniz lənətə gəlsin!
Düşərgədən ucalan bir qadın səsi Afşinə cavab dedi:
– Ey əmir, o əsirlərlə xoş rəftar edirdi, bizi incitmirdi, bizi ac saxlamırdı və indi ki, onun dar günüdür, qoy Allah özü onun imdadına çatsın!
Afşin dedi:
– Elə isə susun və bilin ki, bir olan uca Allah həqiqətən onun imdadına çatıbdır və burda, bu çadırın astanasında onun fəlakət yolu qurtarır.
Və əsirlər düşərgəsi dərhal kiridi. Babək isə gəlib Afşinin qarşısında dayandı. Afşin bir müddət diqqətlə Babəkin üzünə baxdı, sonra əlini atıb qoynundan qızıl möhürlü bir məktub çıxartdı və dərhal məktubu öpüb gözləri üstünə qoydu, sonra məktubu iki əli üstündə Babəkə uzadaraq dedi:
– Al sən də öp gözlərin üstə qoy və sonra qəbul et nicatını!
Babək qeyri-ixtiyari məktubu aldı və dedi:
– Nədir ki, bu?
Afşin. Aç oxu! Əmirəlmöminin sənə göndərdiyi aman kağızıdır. Və doğrusu, mən əmirəlmömindən bunun gözləmirdim və gümanım yoxdu ki, o səni əfv eləsin!
Babək məktubu açmadan Afşinin üstünə atdı və məktub yerə düşərkən dedi:
– Ey Afşin, elə şeylər bəlkə bir gün sənə lazım oldu. Babək isə xəlifələr amanına möhtac deyil.
Ətrafa dərin bir sükut çökdü. Afşin bir an dondu, yerində qaldı. Babəkə zillənmiş baxışlarında heyranlıq və çaşqınlıq bir-birini əvəz edirdi.
Sonra birdən Afşin diksindi və cəld əyildi, məktubu yerdən qaldırdı, yenidən öpdü və gözü üstə qoydu və bütün qoşun eşitsin deyə, uca səslə bağırdı:
– Ey Allahın bəlası, indi ki, öz nicatını özün rədd etdin, yürü son mənzilinə-ölümünə doğru! Amma bir daha dinlə məni, Babək xürrəmi, yaxud Babək şad ürəkli. O dəhşət ki, səni gözləyir, qırılacaq iradən, sarsılacaq şir ürəyin! Və tamam! Vidalaş bir nəfərlə! Sonra arxamca at çapacaqsan gecə-gündüz, ta xəlifənin hüzuruna qədər...
Afşin dönüb getdi, hamı çadırdan çıxdı və Buğday çadır ağzında göründü.
Babək uzun bir sükutdan sonra:
– Mən Afşinə demişdim ki, Bəzz qalasının xarabasını mənə göstərsin, – dedi, – son dəfə vidalaşmaq üçün... Nə üçün o səni, miskin bir varlığı mənə göstərir? Yaxud sən özün o hadisədən sonra – bayrağına, əqidənə, döyüş yoldaşlarına xəyanətdən sonra, nə üzlə özünü mənə göstərirsən.
Buğday:
– Ata, sən həmişə mənə qarşı zalım olmusan, – dedi.
– Mənə daha artıq irad tutmaq olardı, – dedi Babək, – çünki mən tuluqda zeytun yağı satan bir kişinin oğlu idim. Amma sənin atan Babək Xürrəmdin idi dünənə qədər. İndi yox. Çünki mən daha sənin atan deyiləm, mənim oğlum yoxdur və sən mənim belimdən gəlməmisən.
– Ata...
– Bu da yolun sonu! Daha nə qaldı mənim üçün? Ölüm! Bu dünyaya mərd gəlib mərd gedənlərin son silahı – Babək geri dönüb Buğdayı ağır-ağır süzdü. Niyə dayanmısan burda. Yox ol ki, gözüm səni görməsin.
– Üzüm qaradır ata, öldür məni!
– Gecdir.
– İndi ki, ölümə də layiq görmədin məni – əlvida, ata.
Buğday çıxdı və o saat çadır arxasında səs-küy qopdu.
Afşin içəri gələrək:
– İndi oğlunla həmişəlik vidalaşa bilərsən – dedi. Mühafizə nəfərinin kəmərindən xəncəri qapıb öz həyatına qəsd elədi. Ölümcül yaralanmış Buğdayı içəri gətirdilər. Buğday:
– Alın yazım belə imiş ata, keç günahımdan, bağışla məni.
Babək dizi üstə yerə yıxıldı, Buğdayın başını qaldırıb dizləri üstə aldı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.