Birinci hissə
Страница 46 из 47 · 96%
– Bir söz de a qurbanın olum, bir söz de, bilim nə deyirsən, nədi arzumanın elə baxırsan?
Və qoca ağlamağa başlamışdı. Cunay da evin yeganə qadın xeylağı kimi ağı deməyi özünə borc bilərək “yeddi gün yeddi gecə ağlayacağam, ay dədə, atımı çöllərdə bağlayacağam ay dədə” – deyə hönkürmüşdü.
Barsis isə ağlamamışdı, çünki dili söz tutmayan atasının baxışları ona demişdisə hamısını eşitmişdi. Və atası ona: “evimin böyüyü oğul, ağlamazsan, – demişdi. – Başına döyüb vaylanmazsan, – demişdi. – Böyüyərsən, igid yaşına dolarsan, – demişdi. Atanın qanını düşmənin qara qanı ilə yuyarsan”, – demişdi.”
Sonra o vaxt ki, atası baxışlarıyla sözünü deyib qurtarmışdı birdən gözləri şüşələnmişdi və Barsis aşağı əyilmişdi, atasının gözlərini qapamışdı.
...Və o gündən Barsisin qoca babası bütün günü yatıb qaldığı yatağa yaxın düşməmişdi. Gecəli-gündüzlü ocaq qırağında gah mürgüləmişdi, gah oyanmışdı, gözlərinin dərinində qara bir işıltı alışıb-yanmışdı. Və nəhayət bir gecə Barsisi yuxuya verəndən sonra Cunayı yanına salaraq pay-piyada dünyanın o başına yola düşmüşdü ki, hardasa böyük şəhərlərin birində qız nəvəsini ərə verəcəkdi, əvəzində kəbin haqqımehriyyə alacaqdı və geri dönüb Barsisi aclıqdan qurtaracaqdı.
Amma Barsis o çörəyə əl vura bilməzdi, Cunayın göz yaşları bahasına babasının evə gətirəcəyi əppək tıxanardı boğazında qalardı və əppəyin hər tikəsi ağu olardı, burnundan tökülərdi.
Buna görə idi ki, iki gün sonra səhərin alaqaranlığında sərçələr tut ağacında şivən salanda Barsis kənddən çıxmışdı. Boz quş dağlarından aşağı enmişdi və karvan yolu ilə baş alıb gedərək arxaya baxmışdı ki, orda qalanlar — yeraltı uçuq bir qazmadan, dibində bir ovuc arpa unu qalmış bir torbadan, göbələk papağına oxşar qara bir sacdan, sapı sınıq qədim bir xışdan, dişləri korşalmış bir oraqdan, boşqab boyda bir kirkirədən, gil yamaqlı bir su səhəngindən və hər il pıtraq kimi bar verən bir tut ağacından ibarətdi. Bundan sonra həmişəlik olaraq qara bir viranənin məskəni yiyəsiz qalacaqdı...
...İndi isə hava qaraldıqca qaralırdı. Şəhərin şam bazarı izdihamla dolmağa başlamışdı. Və inadkar kəndli ilə sövdəsi baş tutmayan o əcuzə yenə çəliyini tıqqatıq yerə döyərək şam bazarından çıxarkən Barsis də gözləri heç bir şey görməyən, amma hara isə baş alıb gedən yuxulu gəzərlər kimi o qarının arxasınca düşmüşdü. Çünki özünü inandırmışdı ki, yazıq babası da bu kəndlilər kimi Cunayı bu şam bazarına gətirmişdi, Cunayı bu qırmızı kilgəli qarı alıb aparmışdı. Və indi Cunay bu qarının evində qaravaşdırsa, qarı gedib öz qapısını döyən kimi içəridən Cunayın “gəldim” deyən səsi eşidiləcək və Cunay qarı üçün qapını açanda o bir anlığa Cunayın üzünü görəcəkdi.
Amma qaranlıq və darısqal bir döngədə qarı birdən-birə yoxa çıxmışdı, çəliyinin tıqqıltısı kəsilmişdi və Barsis o qaranlıq döngədə tək qalmışdı. Və döngə elə bil dərin bir dağ kimi Barsisin başı üstündə göyə ucalmışdı, arxasındakı çökək həyətləri də gizlətmişdi. İndi o səhəri dirigözlü burda açacaqdı. Hava işıqlananda bu döngədəki bütün qapıları döyəcəkdi. Əgər Cunay bu döngədəki evlərin birində, qarının yanında qaravaş idisə, o da qalabənd olub bu şəhərdə qalacaqdı. Məscidlərə su daşıyan uşaqlara qoşulacaqdı. Bir qarın çörək pulu qazanacaqdı və bir gün fürsət tapıb Cunayı qarının evindən qaçıracaqdı. Gecələr karvan yolu ilə Boz quş dağlarına doğru gedəcəkdilər, gündüzlər yoldan çıxıb dağda-daşda gizlənəcəkdilər... Birdən səksənmişdi. Yaxında çox alçaq bir qapı açılmışdı, qaranlıq dalana titrək bir işıq düşmüşdü. Sonra o qarı özü əlində uzun və qırmızı bir şam o alçaq qapıdan çıxmışdı və qapı ağzındakı üstü mişarlanmış girdin kimi çox hamar olan dəyirmi bir daş üstündə oturmuşdu.
Və bu andan Barsis geniş açılmış gözlərilə elə bil bir röya görməyə başlamışdı ki, qırmızı bir şamla işıqlanmış o qaramat röyada başları ağ çadralı bir qatar qız bir-birinin ardınca başlarını aşağı əyərək qarının çox alçaq və yaşıl rəngli qapısından döngəyə çıxmışdılar və gəlmişdilər. Barsis nəfosini dərməmişdi. Gözləri dörd olmuşdu. Qaranlıqda üzlərini yaxşı seçə bilmədiyi o qızlar içində doğma bir simanı görəcəyi ümidilə ürəyi döyünməyə başlamışdı, amma sonra çox tez ayırd eləmişdi ki, o qızların hamısı Cunaydan bir boy ucadılar. Və əgər içlərində Cunay olsaydı, başı o qızların çiyinlərindən çox aşağı qalardı.
Bu vaxt döngə başında ayaq səsləri eşidilmişdi və orda olan bir qaraltı çalxalana-çalxalana, gah sağa, gah sola ləngər vura-vura üzü bəri gəlmişdi. Bir başqa qapıya doğru yönəlmişdi, salamsız-kalamsız qarının əlindən şamı qapmışdı və qırmızı şamla bir-bir qızların üzlərini işıqlandıraraq birincidən ikinciyə və ikincidən üçüncüyə keçərək getmişdi, qızların ağ cərgəsinin axırına çıxmışdı. Sonra ordan geri qanrılaraq birnəfəsə demişdi:
– Ey küpəgirən imansız, eşitdim keçən həftə şam bazarında taza gül almısan. Və mən ki, üzümün üstünə bir üz qoyub bura gəlmişəmsə, sən gərək o gül rənanı mənə göstərəsən!
Qarı başma bir qazan qaynar su tökülmüş kimi ayağa sıçramışdı və quyruğu tapdanan bir ilan kimi fişıldamışdı ki:
– Belə sən çox qələt eləyib bura gəlmisən, çünki bura gələn bir kəsin gərək mərifəti olsun. Yox əgər qaysavadan pay uman kimi bura gəlmisənsə, dediyin o gül sənin o çopur burnun üçün deyildir.
İndi də məst-xumarın başına elə bil bir badya soyuq su endirilmişdi. Və bir an nitqi batmışdı, gözlərini döyə-döyə qalmışdı, sonra ağzından gövhər saçan bu əcuzəyə yaltaqlanmağa başlamışdı:
– Əl aman ey qarı, başma and olsun ki, mənim dilim bir az zinakərdir, amma, ürəyim tərtəmizdir və demək istədiyim o idi ki, əgər o qönçəyə yad nəfəsi dəyməyibsə halalım olardı və mehriyəsi nə qədərdir, sən deyərdin, mən əsirgəməzdim.
Bir anda bir çəngə küləş kimi alışmış qarı indi bir çəngə küləş kimi də tez sönmüşdü. Qayıtmışdı öz yerində oturmuşdu və demişdi:
– Onda öz bəxtindən kis, çünki çox gecikmisən, və o gül ki, hələ açılmamış idi, apardım bu ilin hesabına valinin baş hərəminə peşkəş verdim.
– Evin başına uçulsun, qarı, kim inanar ki, valinin baş hərəmi o ilin və ya bu ilin hesabına səndən peşkəş alır?
– Əlbəttə ki, heç kəs inanmaz. Amma cəmi şəhər bilir ki, əgər valinin o həşəri arvadına mən hər ilin üç bayramında bir qədəri-qüvvə peşkəş aparmasaydım vali çoxdan tifaqımı dağıtmışdı və bu halal kəsbkarlığım əlimdən getmişdi.
– Qulaq as qarı, xəlifə Məmun keçib gəldiyi bütün şəhərlərdə yekşənbə günləri şikayətçiləri hüzuruna qəbul eləyir, özü də hamıdan əvvəl o şəhərin zənən xeylağından sənin kimi Nuhu taxtda, Süleymanı qundaqda görmüş bir qarının şikayətinə qulaq asır, indi ki valı sənə zülm eləyir...
– Annamaz bir tifil kimisən, oğlan. Xəlifə hamıdan əvvəl qəddi bükülmüş, beli əyilmiş o qarıya qulaq asır ki, şəhər hakimi əvvəlcədən o qarının dərsini verib xəlifənin hüzuruna buraxır.
– Və həqiqətən sənin bilmədiyinə qor düşər qarı, elə isə bunu da bil ki, mən qumarda uduzduğum haram pulu savab işə sərf etmək üçün and içmişəm... Ona görə elə indi ki, bura gəlmişəm, qoy elə bu qaranlıq döngədə bu ağ cücələrdən biri məni öz xoşumla qarət eləsin.
– Elə isə atan rəhmətlik, oğlan. Axır ki, gəldin mətləb üstünə. Hərçəndi yenə bir az da yöndəmsiz danışırsan, amma elə qədimdən rəvayətdir ki, “verdiyin sənindir, vermədiyin özgənin”. Çünki nə verəcəksən əlinlə gedəcək səninlə. Bayaq özün əlinə şam alıb öz gözünlə gördün ki, mənim cücələrimin hamısı qızıl dinar kimi bir-birindən göyçəkdilər, indi də gərək sən özün əlini pul kisəsinə salıb dən çıxardasan ki, o cücələrdən biri sənə rəğbət eləsin.
– Başa düşdüm ey çox bilmiş qarı. Bilirsən ki, kisəm doludur? Nə olar? Buyur bu daş, bu tərəzi, bax, bu meydan, bu da şeytan...
Və məst-xumar boğazı büzməli, qıraqları gül muncuqlu pul kisəsini dartıb qurşağı altından çıxarmışdı. Amma kisənin ağzını açmağa macal tapmamışdı ki, birdən divar boyu düzülmüş o qızların hamısı yerlərindən qopmuşdular və gecə qonağını elə bir sarğı içinə salmışdılar ki, qadın nəfəsinin yaxınlığı məst-xumarın ixtiyarını əlindən almışdı, pul kisəsini əlindən buraxmışdı və o ağ çəmbər içindən qarını səsləmişdi:
– Qulaq as, ey əcuzə. Mənim ki, yeddi göydə bir ulduzum yoxdur, və yerdə ənisim¹ ancaq boz bir çəyirtkədir, qoy bu ağ cücələrin cümləsi bu gecə elə topdan mənim olsun, çünki əslində mənim başqa bir təmənnam yoxdur. Və əgər varsa, başımı yumşaq diz üstə qoyub ağlamaqdı muradım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.