İşıqlı pəncərələrGöz yumub qaralanda,Ay işığı sərilibDamlar üstə qalandaDəniz nağıl danışırElə bil ulduzlara.

Mən yatıram, unudubDüşüncəmi, fikrimi.Soyunub yorğunluğuÖz iş paltarım kimi, –

Özüm də heç bilmirəmTullayıram mən hara.

Bəzən axır yuxumaBir cır xoruzun banı.Hürküdür kirpiyimdəMürgüləyən zamanı.Durub ayaq izimiDüzürəm mən yollara.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов