Mən Adəməm.Məhəbbət acısı,çörək dərdi,ağlı-qaralı günlər olmasa,adam doğulmasa, adam ölməsə,darıxaram,rahatlıqdan ölərəm,İşsizlikdən çürüyüb tökülərəm.Ütülü, kraxmallı mələklərinəsnəyə-əsnəyə oxuduğu nəğmələr,bülbüllərin cənnətin şərəfinəvurduğu zəngulələr, nalələrmeyvə bolluğundan dadsız olur.İnsan ölümsüz olandahəyatsız olur, adsız olur.Mən Adəməm.Nə Allaham,nə də Allahın oyuncağı.Mənə torpaqsığınacağı lazımdı,Prometey odu,insan ocağı.Mən əkməliyəm, –boylu qadınlar kimizəmilər yırğalansın.Əkdiklərim gül açsın,sünbül açsın,dil açsın.mən Adəməm,cənnət adlı konslagerindənqov məni;yoxsa özüm qaçaram.Mən Adəməm,özüm bütün kilidlərə açaram.Şeytan məni aldatmayıb,

Mən şeytanı aldatmışam.Elə iblislər yaratmışam, –fitnə göyərdər daş içində,dərya dibində.Fitnələrin lap son dəbində.Aləmi elə qarışdırar ki,di gəl, yaxşıyla, pis şeyi tanı.Öz fərsizliyindən utanıbbaş götürüb qaçarAllahın şeytanı.Mən Adəməm,yarı sevincəm, yarı qəməm, –bir üzdə iki göz kimi,gecə kimi, gündüz kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов