Ayaqlarımbir cütyorğun öküzdü.Qamçılayıram, –yatmayın;Nə də tələsməyin,yolu qısaltmayın.Çəkin mənimqızıl öküzlərim.Gileylənməyin,təkcə siz yorulmamısınız,yorulub gözlərim,əllərim, ürəyim.Yorulub,əyilib kürəyim.Çəkin ayaqlarım,çəkin,dözəmgərək.Yükümüz arzudu,xatirədi – kövrəkdi.Çəkin,yükümüzaxırıncı dayanacağa kimigərəkdi.Sızıldayıb,gileylənirsiniz arada.Sızıldayır kürəyim də,qollarım da,Sızıldayırbu köhnə araba da.Sızıldamaq asandı,dözmək çətin.Yaxşı ki, diliniz yoxdu,çəkin öküzlərim,çəkin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов