75-im
Bu il keçirilməyən yubileyiminşərəfinə yazılıb bu şeir
Könlüm evi eşim-eşim,Bir kimsəylə yoxdur İşim.Kimə nə var küncdə qalıbMənim yetim yetmiş beşim.
Danışıram pişim-pişim,Dodağımı kəsir dişim.Bu dünya – nərdxanasındaGöz çıxardır qoşa şeşim.
Hanı mənim iti şişim?Paxılın gözünü deşim.Vallah, bəxtəvər olmayıbNə bu günüm, nə keçmişim.
Lap yerlə-göylə əlləşim,Şərlə, yamanla güləşim.Qara buludla örtülüb,Görünməz olub Günəşim.
2005
¹ Bəyim bacı – şairin həyat yoldaşı
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-75-im
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Körpə ikən ağlamasan,Səni atıb-tutan olmaz.
Gərək özün qocalasanÖzün qocalasan gərək,Qocalıq nədir biləsən.
Daha bir gəraylıTələbəlik illərindən bacı bildiyimMəryəm xanıma
Xırdaca gəlinYol yoldaşım məndən əvvəl kupeyə gəlmişdi. Şoğu azalmış, kömürü qaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi. Gözünün ucu ilə də olsun pəncərəyə baxmırdı.Sonra bildim ki, əhd eləyibmiş, qatarda ilk gördüyü adamı bağrına basıb, qucaqlasın. Amma iki həftənin intizarı, on dörd günün iztirabı qollarının taqətini alıbmış. Üstəlik qatar gecikdiyindən bir az da ürəyi sancıb, gözləmə zalından tibb məntəqəsinə, ordan da şəfqət bacısının qolunda kupeyə gəlibmiş.