Görkəmli bəstəkarQara Qarayevə həsr edirəm

Bir ağız Osvensim fəryadı,Bir tutam yaslı bulud,Sonra Günəşin addım səsləri,Sonra tufanqabağı süküt.Dalğaların parçalanması,Qayaların ovulması,Bir də Dədə Qorqud,Sonra Kərəm yanğısı,Sonra çilik-çilik sınan su.Tanış çiçək qoxusu,doğma yurd.Sonra da bir sual:Saçları qarışmış dünyamızıRaket ucları darayacaqmı,Yoxsa kotan dişləri?Sonra Rodenin fikirli insanı,nigarançılıq.Sonra da sonuncu akkord –ümid!

Bakı, 1967

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов