III. Ümidə qarğış
Ümid yaman yerdə aldatdı məni,Ümidin ümidi qırılsın görüm!Ala gözlərini alıb apardı,Əcəlin gözləri kor olsun görüm!
Bu son ayrılıqmı, necə bilmədim?Quş olub yanına uça bilmədim,Yetimlik əlindən qaça bilmədim,Taleyin qapısı vurulsun görüm!
Sinəmə çəkilən ata dağıdır,Təsəlli bir azca kədər dağıdır,Hardan biləydim ki, vida çağıdır,Ölümün öz yeri kor olsun görüm?!
Dekabr, 1978
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-iii-umide-qargis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
Xudunun əziz xatirəsinə*Usanıb şəhərin küy-kələyindən
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
QalacaqDünyada dördəlli tutmaynan pulu,Dünyada dünyanın malı qalacaq.