Səbr
Səbrin canı-qanı yoxdur,Amma, ürəkdə təpəri,dizdə taqəti var.Hər millət səbirli olmaz,Səbrin də öz milləti var.
Səbrin qolu-budağı yoxdur, amma,Kökü var, rişəsi var.Səbrin zülmü parçalayanKülüngü var, tişəsi var.
Səbr – gözə görünmür,özü görünmür,amma, dözümü var.Dözüm öyrədir bizə,Dünya mat qalıb, vallah,bizim səbrimizə.Tükənməz deyil ha!Səbr heç nəyə bənzəmir,Dayanıb, durub bir qıraqdaməğrur, tənha.Hətta son ayaqdaSəbrin göz yaşı da var.Hardasa ümid adlıbir qardaşı da var.Yaşatsa bu millətiyenə səbir yaşadar.bir də Sabir yaşadar,Yaşa millət!Yaşa millət!Ümid qalıb ümidə,Gələ səbri əridə.
Avqust, 2003
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-sebr
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Replika)*Onun qəlbində Vətənə qarşı məhəbbət vardı. Bu cür deyilməz. Bu cümlə sadəcə «qarşı»sız deyilməliydi.
Bir daha «qarşı» sözünə qarşıSöz də adam kimidir. Ağıllısı var, dəlisi var. Yerlisi var, gəlməsi var. Yerlisi var, yersizi var. Sözün də halal-haramı, çölü-içi var.Sözə ehtiyatla yanaşmaq, sözü yerində işlətmək, düzgün tələffüz etmək gərək, yoxsa söz səndən inciyər. Kim düz danışa bilmirsə öz savadsızlığını, nadanlığını büruzə vermək istəmirsə qoy danışmasın, ağzına su alıb, otursun evdə.
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlərHələ XX əsrin əvvəllərində böyük Cəfər Cabbarlı demişdi:«…Söyləmişəm bu sözü məxluqa mən,
Bu yer məşğuldur(Replika)*Çox işlənən bir sual-cavabdı bu!