TV-lər
Gecə-gündüz efirdədir,Havayı xəbər üfürür.AzTV-lər, ORT-lər, NTV-lər,Xarici saqqız çeynəyən,Bu azman tele-dəvələr.
Reklam, reklam dalınca,Di, gəl ki, moltanıca.TV-ləri qarışdırma,Dili pəltək qəzetlə.Burda hər şey görünür,Açıq, aydın, aşikar.Əgər ki, həvəsin varBax, «qap-qara ləzzət»lə.Həzz alarsan, məst olarsan,Gör-götür dünyasıdı,Görərsən, götürərsən.Paltaryuyan tozun da«ağıllı»sı olurmuş!Reklamın da, demə varmışÖz dili, öz ləhçəsi.Burda da işə keçmir,Azərbaycan türkcəsi.
Səhər-axşam, axşam-səhər,Dingildəyir diringələr.Diringələr, diringələr,Nadanlara şirin gələr.Belə getsə meyar itər,Qonşuları təqlid, yetər!Hanı xalqın mahnıları?Hanı muğam?Nədir axı,bu müğənni xanımlarınmahnıları?!Hardan bilək?..Bağırırlar: «Çəkil, çəkil»,«Çıx get, çıx get!»Daha hara çəkilək?Onsuz da doğma yurddanbaş götürüb qaçanlar var.İrana, İraqa, Rusyətə, Dubaya,Kim baxacaq sizə, ayə!
Hardan tapıb gətirmisiniz,Bu pisdən pis filmləri?!Nə qədər olar, canım,«Oğru-polis» filmləri?!Kazino, qumar, yalan,Dəhşət, vəhşət, ölüm, qan!Saxta sevgi, məhəbbət,Açıq-saçıq xanımlar,Şəhvət, şəhvət və şəhvət.Əvvəllər kinolardazəif oynasalar da,əsl insan var idi.İnsan cildinə girmişCanavarlar var indi.Yalan-döğru, əyri-düz,Ağ-qara, gecə-gündüzQarışıb bir-birinə.Fırlanır dönə-dönəYenə, yenə və yenə.Fırlandıqca filmlər,Başımız gicəllənir,
Bu ucuz filmlərin,Bu uzun filmlərin,Dəxli yoxdur millətə,Dəxli yoxdur Vətənə,Canın yanırsa əgər,Düş bir hava aşağı,Ay Vətəndaş,ay qardaş!Gözümə kül üfürmə,pəncərəmə atma daş!Millətə bax!Zillətə bax!İş yeri tap,zavod işlət!Yoxsa ki, gecə-gündüzSənə kim deyib, balam,Haqqı dan,haqqı gizlət!
Bakı, oktyabr, 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-tv-ler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Replika)*Çox işlənən bir sual-cavabdı bu!
Müşviq, yoxsa müşfiq, əhməddə, yoxsa əhməd də və yoxsa ilə iki toponimMüşviq yoxsa Müşfiq?Sevimli şairimiz Mikayıl Müşfiqi kim tanımır ki? Di, gəl, bu başı bəlalı şairin adını aparıcılar, qəzetçilər, hətta müəllimlər də düz demir.
İki toponimBaba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.
Üç qat qala divarıNəcib Fazil QısakürəkTürk dünyasının bu görkəmli şairinin adını ilk dəfə mən 60-cı illərdə «Sovremennaya tureçskaya poeziya» kitabında gördüm. Şeirlər hətta rus dilində də öz türklüyünü, sadəliyini, hecalığını və məxsusiliyini qoruyub saxlamışdı.
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Mənim(Qocalıq şeiri)*Min səkkiz yüz doxsan dördəm,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"