(Qocalıq şeiri)

Min səkkiz yüz doxsan dördəm,Yetmiş səkkiz yaşım mənim.Bu müddətdə, məsafədə,Nələr çəkib başım mənim.

Cavanlığım bahar, yazım,Əldən gedib xoş avazım,Yasa batıb telli sazım,Qəm olub sirdaşım mənim.

Dosta çatmır bir nişanam,Az qalıram oda yanam,Bacım, balam, atam, anam,Ellərdi qardaşım mənim.

Xəzan vurub yerə salıb,Yaşıl yarpağım saralıb,Alan yoxdu düzdə qalıb,Qiymətli daş-qaşım mənim.

Gələn dünya mehmanıdı,Vəli gedər bir canıdı,Məhəbbətin fərmanıdı,Mənalı göz yaşım mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов