Nə mülkü mal mənə çərx versə, məmnunəm,

Nə mülkü maldən avarə qılsa məhzunəm.

Əgərçi müflisü pəstü mühəqqərü dunəm,

Dəmadəm öylə xəyal eylərəm ki, Qarunəm.

Könüldə nəqdi-vəfa gənci, leyk pünhani,

Gözüm xəzaneyi-lə’lü gühər, vəli fani.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов