Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.

Xoş keçər nəzzareyi-hüsnünlə ömrüm, var ümidKim, edib məqbuli-dərgahın məni hüsni-məaş.

Tövfi-kuyində ayaqdan başə irmiş bir mədəd,Nola gər qəddim büküb hərdəm, ayağm olsa baş.

Fitnə yayın qurmağa atəşmi olmuş ehtiyacKim, urarsan aləmə atəş, çatıb peyvəstə qaş.

Ey hübabi-əşk, nayab et təni-üryanımıKim, bu rüsva pərdəmi çak etdi, sirrim qıldı faş.

Parə-parə könlümün suzi-dərunə tabı yox,Göz yolundan qətrə-qətrə qan olub, çıxsaydı kaş.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, qərqi-xunab etdi göz mərdümlərin,Görəyim qüllabi-müjganə urulsun qanlı yaş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов