Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz,Cigər pərkaləsində daği-pünhan olduğun bilməz.
Həbibim könlümü cəm’ eyləməz rüxsarı dövründə,Məgər zülfü kimi halim pərişan olduğun bilməz?
Qılır təqsir edib bir lütf hərdəm könlüm almaqdan,Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz.
Gözəllər dövləti-vəslin bulub, məğrur olan aşiqNişati-vəsldə ənduhi-hicran olduğun bilməz.
Dili-sədparədən bidad kəsməz qəmzeyi-məstin,Nə qafil padişəhdir, mülk viran olduğun bilməz.
Sanır zahid özün xali xəyalından, qələtdir bu,Bu heyran olduğundandır ki, heyran olduğun bilməz.
Макта — последний бейт с тахаллусом поэта. Füzuli xəstəyə düşmən sözilə dust cövr eylər,Zəhi sadə, müariz qövlə böhtan olduğun bilməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-fegan-kim-bagrimin-ol-lalerux-qan-oldugun-bilmez
Клавиши ← → для перехода, R — случайное стихотворение