Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz,
Qina qılsam tələb, əsbabi-cəm’iyyət təmam olmaz.
Dəhanından əsər görmən, miyanındən nişan, vəh kim,
Bəni-nakamə ömrümdən müyəssər hiç kam olmaz.
Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim,
Bu ahəngi-məlaləfzayə bundan yey məqam olmaz.
Müridi-saqiyəm kim, lütfi əhli-zövqə daimdir,
Nə hasil əhli-zöhdün şəfqətindən kim, müdam olmaz.
Dedim: üşşaqə cövr etmə; dedi ol xublar şahi:
Siyasət olmayınca eşq mülkündə nizam olmaz!
Ləbindən qətrə-qətrə qan içər könlüm kərahətsiz,
Şəkərdən olıcaq mey qətrəsi guya həram olmaz.
Füzulini məlamət eyləyən bidərd bilməzmi
Ki, bazari-cünun rüsvalarında nəngü nam olmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-teriqi-feqr-tutsam-teb-tabe-nefs-ram-olmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cəhan içrə hər fitnə kim, olsa hadis,Ona sərvi-qəddindir, əlbəttə, bais.
Ey qübari-qədəmin ərşi-bərin başinə tacEy qübari-qədəmin ərşi-bərin başinə tac,Şərəfi-zatinə ədnayi-məratib me’rac.
Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəcCan çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.
Münhərifdir, saqiya, ənduhi-dünyadən mizacMünhərifdir, saqiya, ənduhi-dünyadən mizac,Badə tut kim, illəti-ənduhə qəflətdir ilac.
Стихи других поэтов · О любви
Məni sevən kəsi sevə bilmədim,Sirli arzuların uçdum əlində.
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Əzəldən ta əbəd heydər gəlübdürƏzəldən ta əbəd heydər gəlübdür,Adam övladına sərvər gəlübdür.
Könlüm elə pünhandır, keysulər arasındaKönlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.