Xəm qədilə ağlaram ol türreyi-tərrarsız
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Xəm qədilə ağlaram ol türreyi-tərrarsız,
Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.
Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni,
Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız.
Saxlamazdım navəkin dildə, bəlasın çəkməsəm,
Su verib ol nəxli bəslərdimmi olsa barsız?
Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,
Zinhar, ol kuyə varma ahi-atəşbarsız.
Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,
Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız.
Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay,
Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.
Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya,
Pənd çox verdim, eşitməz, arsızdır, arsız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-xem-qedile-aglaram-ol-turreyi-terrarsiz
Клавиши ← → для перехода, R — случайное стихотворение