Təşneyi-cami-vüsalın abi-heyvan istəməz,Mayili-muri-xətin mülki-Süleyman istəməz.

Zülməti-zülfün giriftari dəm urmaz nurdən,Talibi-şəm’i-rüxün xurşidi-rəxşan istəməz.

Eyləməz meyli behişt üftadeyi-xaki-dərin,Sakini-künci-qəmin seyri-gülüstan istəməz.

Cövrdən ah etmə, ey aşiq ki, eyni-lütfdür,Dust əsbabi-kəmali-hüsnə nöqsan istəməz.

Eşqdən vəhm etməsin aşiq, yıxar könlüm deyib,Hiç sultanəm deyən mülkünü viran istəməz.

Aşiq isən rindü rüsvalıqdan ikrah etmə kim,Eşq sirrin iqtizayi-dövr pünhan istəməz.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, müttəsil, dövran müxalifdir mana,Qaliba, ərbabi-iste’dadı dövran istəməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви