Demiş hər qönçəyə aşiqligim razın səba derlər,El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.

Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox əmmaBizüz məşhur olan, Leyli sənə, Məcnun mana derlər.

Sənin mehrü vəfa göstərdigin əğyarə çox gördüm,Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər.

Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər,Zəhi imanı yoxlar küff söylərlər, xəta derlər.

Mənə derlərdi əvvəl: bir mələkdir sevdigin, halaGörənlər, mən fəqirə göydən enmiş bir bəla, derlər.

Mərizi-eşq iqdi-zülfün eylər arizu, ziraMüaliclər bu mühlik dərdə müşkildir dəva derlər.

Макта — последний бейт с тахаллусом поэта. Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə,Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви