Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək,Sakin olmaq seyrdən yey, nöqteyi-pərgar tək.
Ün verir can riştəsi, xəm qamətimdən çəksəm ah,Yel dəgib çəng üstidə, avazə gəlmiş tar tək.
Sinəmi ney oxların dəldi dəm urduqca könül,Ün verir hər bir dəlikdən nalə musiqar tək.
Arizin üstə xəmi-zülfün anıb, dün ta səhər,Dolanırdım hər tərəf odlarə düşmüş mar tək.
Cismi-zarım tiği-bidadindən oldu çak-çak,Tünd sudən rəxnələr peyda qılan divar tək.
Bilməyib behbudimi cövründən etdim ictinab,Təlx şərbətlərdən ikrah eyləyən bimar tək.
Xatirin cəm’ eylədin, əhli-vəfa könlün pozub,Bir imarət yapmağa min ev yıxan me’mar tək.
Bibəqadır nəş’eyi-mey, zövqin etdim imtəhan,Hiç zövqi-baqi olmaz nəş’eyi-didar tək.
Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, xatiri-əhli-səfa ayinədir,Çərx cövründən əsər, ayinədə jəngar tək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-ey-konul-cox-seyr-qilma-gunbedi-devvar-tek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Nigara*Mən bayquş olub
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.