مرحبا ای قلم شمع شبستان خیالنامی نامیه پیغمبر معراج خیال

دستگیر فقرای ادب آموز ملوکمرجع اهل دل و ملجاء ارباب کمال

حسن معشوقه صورت ز تو عنبر گیوستچهره شاهد زیبا ز تو مشکین خط و خال

قد بر افراخته ساخته زیور حسنطره بر تافته یافته زیب جمال

ای ز ریحان تو گلزار صحایف مملووی ز یاقوت تو دامان نسخ مالامال

ضاعف الله لک القدر لنا فی الایامفتح الله بک الباب لنا فی الامال

یار هرکس که شدی مژده دولت دادیای صریر نی تو رونق بزم اقبال

چه سبک روح کسی کز پی انجام امورمی دوی پای ز سر کرده بسرعت مه و سال

لازم طبع تو فیضیست ولی فیض عمیمروش کار تو سحریست ولی سحر حلال

بس بود شاهد اقبال تو این حسن قبولکه شدی محرم سرو چمن جاه و جلال

یوسف مصر وفا خضر ره اهل صفاآصف پاک گهر سرور پاکیزه خصال

وقت آنست که در مجلس آن عالی قدرکنی از راه کرم یاد من شیفته حال

راز پنهان من نامه سیه بر ورقیبنویسی و برو عرض کنی بی اهمال

دیده بودی که چه سان سلوکم زین پیشچه روش داشت فلک با من و چون بود احوال

زلف محبوب بکف داشتم و جام طربنشئه جام طرب داشتم و ذوق وصال

بنگر بر من و بر صورت حالم حالاکه رسیدست بر آیینه من گرد زوال

از که پرسم ره این بادیه که گردانمبکه گویم غم دل مانده ام از حیرت لال

نیست امیدگهم بهر مرادی جز خواننیست هم مشورتم از پی فتحی جز فال

هست زین واقعه آزار معبر کارمهست زین واسطه شیوه جفای رمال

من ندانم بچنین درد و بلا استحقاقمن ندارم بچنین محنت و غم استهمال

همه خلق برینند که جز آصف عهدهیچ کس نیست که طی گردد ازو این اشکال

بسته ام دل چو فضولی بنهانی قلمشچشم دارم که شود بار دران طرفه خیال

آه اگر بخت کند سستی آن طایر قدسگردد از حال خسته بمن فارغ بال

دارم امید که آن ده هر سایلسوی غیری ندهد راه بمن بهر سؤال

Mərhəba, ey qələm, ey şəm’i-şəbüstani-məqal,
Namələr xaliqi, peyğəmbəri-me’raci-xəyal.

Füqəranın köməyi şahə verən dərsi-ədəb,
Əhli-dil yoldaşı, məhbubeyi-ərbabi-kəmal.

Surəti-hüsn sənin ətrin ilə ənbərbu,
Dilbəri-mə’ni sənin zövqün ilə mişkinxal.
Qədinin yüksəlişindən yaranır qaməti-hüsn,
Tellərindən yaranır zülfdə min hüsn-camal.

Doludur səfheyi-gülzar sənin xəttinlə,
Yaqutunla doludur daməni-dil, malamal.

Qoy səninlə ucala qədrimiz aləmdə bizim,
Aça ağuşunu ta bizlərə hər bir amal.

Kimə yar oldun isə dövlətə çatdırdın onu,
Sənin ilə bəzənir, qürrələnir hər iqbal.

Gör necə yüngül ayaqsan, hamıya xidmət üçün
Başı üstündə gəzirsən, dolanırsan məhü sal.

Feyzdir təb’i-səlimin bu cahan içrə sənin
Sehridir işlərin, amma necə bir sehri-həlal.

Bəxtinin dilbərinin hüsnünə bu kafirdir,
Olmusan mərhəmi-sərvi-çəməni-cahü cəlal.

O vəfa Misrinə Yusif və səfa əhlinə fəxr,
Asəfi-pakgühər, sərvəri-pakizəxisal.

Indi çatmış elə bir dəm ki, o aliqədrə,
Lütfilə söylərsən ki, necədir məndəki hal.

Yazasan gizli qalan sirrimi bir ağ kağıza,
Ona çatdırmaq üçün etməyəsən heç ehmal.

Sən bilirsən ki, necəydi keçən əyyamda işim,
Necə idi fələyin zülmlərindən əhval.

Dilbərin zülfü əlimdəydi, könül məcnundu,
Nəş’eyi-cam ilə başımda dolu zövqi-vüsal.

Indi gör surəti-halım necə bərbad olmuş,
Tutmuş ayinəmi bir qəm tozu, bir gərdi-zəval.
Qaldım avarə bu səhradə, kimə üz tutaraq,
Qəlbimin dərdin açım ki, dilim olmuşdur lal.

Yuxudan başqa yoxumdur mənim ümmidgahim,
Məşvərət eyləməyə mən açıram hər işə fal.

Yuxumu hər kəsə açdımsa, əziyyət verdim,
Daha da dərdimi artırdı cəfayi-rəmmal.

Mən belə dərdü bəla görməmişəm ömrümdə,
Heç zaman dərdə, qəmə düşməmişəm bu minval.

Hamı söylər ki, bunu həll edəcək Asəfi-dövr,
Belə olduqda mənim halımı bil, dərdimə qal!

Qələmə bağlamışam, xəstə Füzuli, ürəyi,
Var ümidim, verəcək bar nəhayət bu nihal.

Ah əgər bəxtim üzündən ola laqeyd mənə,
Tapmaya dərdi-dili-zarimi təhqiqə məcal?

Var ümidim ki, özü dərdə qalıb eylər əlac,
Razı olmaz ki, edəm başqasına ərzi-sual.


Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви