Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş,Nola cürmi ki, asılmasına fərman olmuş.
Şahisən mülki-məlahətdə, sənə qullar çox,Biri oldur ki, varıb Misrdə sultan olmuş.
Rəhm edib aşiqini həşr günü yaqmayalarKi, bu dünyada əsiri-qəmi-hicran olmuş.
Dedilər qəm gedirər badə, çox içdim, sənsizQəmi-hicranə müfid olmadı ol qan olmuş.
Bağibani-çəməni-dəhrə xəyali-dəhəninSəbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş.
Adəm əvvəl səri-kuyin verib almış cənnət,Eşidib təni-mələk, sonra peşiman olmuş.
Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, mənim əhvalimə bir vaqif yox,Böylə kim, aləm onun hüsnünə heyran olmuş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-dil-ki-sermenzili-ol-zulfi-perisan-olmus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Sevirəm, axıAy gözəl bacı,Başımın tacı.
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.