تا مرا مهر تو در دل رخ تو در نظر استدل ز غم مضطرب و دیده به خونابه تر است

آب چشمم نگر و خون دلم ده که مرادل بلای دگر و دیده بلای دگر است

تا مرا سوخت غمت پاک ز خاکستر مندیدهٔ اهل نظر طالب کحل بصر است

اثر آتش عشق است درین خاکستر منگر شود کحل دهد نور بصر زان اثر است

در شبستان تمنای خطت حاصل منبر سر هر مژه صد قطره ز خون جگر است

هست سوز جگرم یک شرر از آتش دلاین همه شمع برافروخته زان یک شرر است

هر طرف تیر تو بر سینه گشاده‌ست دریتا بدانند که ماوای دل در به در است

می‌رساند به فلک دل همه دم ناوک آهسبب اینست که پیوسته ازو در حذر است

چه توان یافت ز آزار فلک جز آزارشیشه‌ای را که شکستی همه‌اش نیشتر است

کس نمی‌کرد نگاهی به رخ کاهی منتا به خاک رهت افتاد چو زر معتبر است

کیمیاگر عمل از خاک رهت گیرد یادزانکه در ساختن خاک کمال هنر است

منم آن شمع شبستان ملامت که مرانه غم از سوختن و نه الم از قطع سر است

شیوه عاشقی از شمع بباید آموختزانکه هر چند ببرند سرش زنده‌تر است

آه ازین غم که نیاسود دلم یک ساعتزیر این گنبد دیرینه که جای خطر است

کند شد تیغ زبانی که مرا بود کنونناوک طعنه هر بی هنری را سپر است

گهر اشک مرا پیش کسی قدر نماندمردم چشمم ازین واسطه بسیار تر است

ره ندارم به سرا پردهٔ مقبول کسیاین بلا شاهد ناموس مرا پرده در است

چشم بستم ز تماشا چه کنم می‌ترسمدیو طبعی پی هر سرو قد سیم‌بر است

مانع فایدهٔ اهل دلند از خوبانآه ازین قوم کزین قوم مرا صد ضرر است

طلب کام درین وادی حرمان جهل استنخل امید درین خاک سیه بی ثمر است

نیست یاری که بگویم غم اغیار به اوزین دیارم به همین واسطه میل سفر است

به که گویم غم دل پیش که بگشایم رازیار هرکس که شدم از غم من بی خبر است

چه نمایم همه را چشم بصیرت کور استچه سرایم همه را گوش نیوشنده کر است

بجز آن سرور صاحب نظر صایب رایکه دل روشن او جامع حسن سیر است

آن زکی طبع که در حسن لطافت او راکس ندانسته که از جنس ملک یا بشر است

جلوهٔ شاهد لطفش همه را ذوق رسانطایر قوت طبعش همه جا تیر پر است

ملک اطوار فلک مرتبه عبدالرحمنکه در رفعت او سجده‌گه ماه و خَور است

پایه قدر سخن از نظر اوست بلندآنکه صراف بود عارف قدر گهر است

ای که در دایره درک همین قطب توییهر که گرد تو کند دور ز تو بهره‌بر است

گاه پرواز به توفیق هواداری بختمرغ ادراک ترا چرخ برین زیر پر است

مشو از حال دل زار فضولی غافلز ره لطف و کرم زانکه ز خُدّام در است

کرده این عهد که تا هست به قدر امکانبکشد خوان سخن پیش تو وین ماحضر است

به ولای تو کزین رفع لوای کلماترفع حال دل زارست نه مقصود جر است

هست امید که تا خادم دوران فلکمجلس آرای شب و شمع فروز سحر است

ره احسان تو مسدود نگردد هرگزکه من و صد چو مرا فایده زین رهگذر است

Gözdə rüxsarın durur, könlümdə mehrin hər qədər,
Könlüm olmuş həm əsiri, gözlərim qan-yaş tökər.

Könlümün al qanına, göz yaşıma bax, bil mənim
Gözdə bir başqa qəmim, könlümdə var başqa kədər.

Yandırıb xakistərə döndərdi qəmlər cismimi,
Mə’rifət əhli gülümdən gözlərə sürmə çəkər.

Eyş odundan bir əsər vardır könüldə mütləqa,
Sürmə olduqda külüm gözlərdə parlar bu əsər.

Hasilim hüsnün təmənnasında olmuş ey pəri,
Kirpiyimin hər ucunda qətreyi-xuni-cigər.

Qəlb odundan bir şərərdirmi cigər qanım mənim
Bunca şəm’i yandırıb yan-yanə düzmüş ol şərər.

Yüz qapı açmış sinəmdə ox kimi kirpiklərin,
Ta görünsün harda sakindir bu qəlbi-dərbədər.

Yağdırır hərdəm fələk bağrına təb’in ah oxu,
İllət oldur kim, fələkdən eyləyir, canım həzər.

Çərxi incitməkdən hasil yox əziyyətdən səvay,
Şişəni qırsan olar hər parəsi bir niştər.
Kimsə baxmazmı saman rəngi alan rüxsarıma,
Düşdü xaki-payinə oldu qızıltək mö’təbər.

Kimyagər asitanımdan gərəkdir dərs ala,
Çün samandan saf qızıl hazırlamaqdır bir hünər.

Mən məlamət bəzminin bir şəm’iyəm, fərq eyləməz,
Ya məni yandır və ya kəs başımı ey simbər.

Şiveyi-eşqi gərək öyrənsin aşiq şəm’dən,
Badə getdikdə başı dirçəlsin, olsun xuncigər.

Heyf kim, bir ləhzə könlüm qəmdən azad olmadı,
Izlədi bu köhnə dünyada onu min fitnə, şər.

Kütləşib artıq qılınc tək doğrayan kəskin dilim,
Tə’n oxuna bihünərlər cismimi etmiş sipər.

Göz yaşımın gövhərinə yoxdur artıq müştəri,
Toplanıb qalmış bəbəklərdə o qiymətli göhər.

Qorxudan göz yummuşam didarına dilbərlərin,
Hər pəri ardınca bu dünyada yüz şeytan gəzər.

Qoymayırlar əhli-zövqü kamə çatsın dəhrdə,
Bu inad əhli mənə hər anda vermiş min zərər.

Yə’s vadisində kami-dil təmənna eyləmə,
Bu şoranlıq çöldə ümmid ağacı verməz səmər.

Yar yoxumdur ki, ona əğyar zülmündən deyim,
Qalmışam naçar edim bu ölkədən meyli-səfər.

Qəlbimin sirrini, şərhi-halımı ərz etməyə,
E’tibarlı dost çox gəzdim, tapılmaz bir nəfər.

Cümləsi kordur, pərişan halımı kimlər görər,
Cümləsi kardır mənim fəryadımı kim dinləyər?
Təkcə o, həşmətli sərvərdir ki, sabit rə’ylə,
Pak qəlbilə olubdur bir günəş tək cilvəgər.

Lütfü ehsanü səxavətdə elə şöhrət tapıb,
Kimsə bilməz kim, mələkdir, yoxsa övladi-bəşər.

Cilvə saçmış, feyz vermiş aləmə lütfü onun,
Təb’inin qüvvət quşu açmış bütün dünyadə pər.

Əbdürrəhman ki, fələk-şövkət, mələk-qüdrətlidir,
Dərgəhini səcdəgah etmiş onun Şəmsü Qəmər.

Sayeyi-lütfündə şe’rin artdı qədrü qiyməti,
Şe’r qədrini necə zər qədrini zərgər bilər.

Mərkəzi-idrakdə bir qütbsən, ey sərvərim,
Qərq olar nurə kimə lütfilə salsan bir nəzər.

Bəxtin imdadiylə şəhpər açsa idrakın quşu,
Xidmətinə, sərvərim, çərxi-fələk bağlar kəmər.

Bu Füzuli dərgəhin xadimlərindəndir sənin,
Hali-zarından onun, lütf eylə, olma bixəbər,

Əhd qılmışdı ki, vardır hər qədər cismində can,
Qarşına söz süfrəsi açsın öz imkanı qədər.

Məqsədim könlümdəki dərdə təsəllidir mənim,
Yoxsa verməzdim sənə bu sözlərimlə dərdi-sər.

Istərəm ki, hər qədər dövri-fələk xidmətçisi,
Hər gecə məclis düzəldib yandıra şamü səhər.

Heç zaman bağlanmasın ehsan yolun bu dəhrdə,
Mən və yüz mən kimi yolçu olsun ondan bəhrəvər.


Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе