Hər hübabi-əşkimə bir əks salmış peykərim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Hər hübabi-əşkimə bir əks salmış peykərim,Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.
Əhli-qədrəm yanalı eşq oduna pərvanəvəş,Sürmeyi-çeşm eyləmişlər şəm’lər xakistərim.
Cismimi yaqdınsa, pamal etmə könlümdən, saqın,Gülxənəm, əksik degil xakistərimdə əxgərim.
Eşq sərgərdaniyəm, köksümdə min-min dağılər,Bir sipehri-sairəm, sabit cəmii-əxtərim.
Çeşm tari-cismimə düzmüşdü əşkim gövhərin,Ah kim, çərx üzmüş ol tari, dağılmış gövhərim.
Nola hər saət od üstündə durarsam dud tək,Udi-bəzmi-eşqəm, atəşdir büsatü bəstərim.
Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, çox məlamətdən məni mən’ etmə kim,Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-her-hubabi-eskime-bir-eks-salmis-peykerim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Yari-vəfadarım, gəl halallaşaq,Hökm gəlib Naxçıvana mən gedim.
Bir gözəl qamətli yari-lalərəngi sevmişəmBir gözəl qamətli yari-lalərəngi sevmişəm,Yarə istiğnası şirin şuxü şəngi sevmişəm,
نار است شعله شعله، رخ دلبرم ز تابمار است عقده عقده، دو زلفش بر آفتاب
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.