Heyrət, ey büt, surətin gördükdə lal eylər məni
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən, surət xəyal eylər məni.
Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,Sayə tək sevdayi-zülfün payimal eylər məni.
Zəfi-tale, manei-tovfiq olur hər necə kim,İltifatın arizməndi-visal eylər məni.
Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,Arizi sərgəşteyi-fikri-məhal eylər məni.
Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.
Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.
Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,Bu fəzilət daxili-əhli-kəmal eylər məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-heyret-ey-but-suretin-gordukde-lal-eyler-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Haqq işinə qarşı getmə,Məni oda atma, ana.
Ləbini açsa o gül məhfilə şəkkər tökülürLəbini açsa o gül məhfilə şəkkər tökülür,Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.
Yanağun bir gül durur ki sâye perverdür begüYanağun bir gül durur ki sâye perverdür begüLeblerün âb-ı hayâtı havz-ı kevserdür begüm
Mənə nəvazişlə dedin bu axşamMənə nəvazişlə dedin bu axşam:Bir az cavanlaşıb, yaxşılaşmışam.