Yandı canım hicr ilə, vəsli-rüxi yar istərəm,Dərdməndi-firqətəm, dərmanı-didar istərəm.

Bülbüli-zarəm.deyil bihudə əfğan etdiyim,Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.

Dəhr bazarında kasiddir mətai-himmətim,Bu mətai satmağa bir özgə bazar istərəm.

Fani olmaq istərəm, yəni bəlayi-dəhrdən,Rahəti-cismi-zəifü cani-əfkar istərəm.

Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,Neyləyim, çoxdur qəmim, dəfinə qəmxar istərəm

Çün bəqa bəzmindədir dildar, mən həm durmazam,Bu fəna deyrində bəzmi-vəsli-dildar istərəm.

Ey Füzuli, istəməz kimsə rizasilə fəna,Mən ki bundan özgə bilməm çarə, naçar istərəm

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви