Şikayətnamə
Maliki-mülkarayi-aləm və hakimi-hikmətfəzayi-əqalimi-hikem mə'mureyi-cəhani vəqfi-ərbabi-istirzaq edib, tövliyətin müluki-ədalətşüar və hükkami-merhəmətdisarə təfvİz etdikcə və xanogah-təngnayi-ersəyi-İmkanda asari-ərbabHstehqaq olub, hər fərdinə miqdarmca xəzaneyi-qeybdən vəzifeyİ-müstəmirrə yetdikcə, ol mümliyi-ərqami-dvvam-xilafətin qələmİ-mişkbarlan miftahi-künuzi-ərzaqi-əshabİ-istehqaq ola. Ve ol naqili-ə'lam istehkami-bünyani-səltənətin rəqəmi-ənbərnisarlarmda hədayiqi-əhdaqi-ərbabi-nəzər bəsarət bula. Şərhi-şəmmeyi-səna və rəfi-şiymeyi-duadan sonra:
Ərz edər xakisari-bimiqdar,
Bəndeyi-kəmtərin Füzuliyi-zar
Ki, müqimi-məqami-üzlət ikən,
Sakini-guşeyi-qənaət ikən,
Başıma düşdü cah sevdası,
Zövqi-əhli-təmə' təmənnası.
Həvəsi-kəsbi-nəngü nam etdim,
Tələbi-rif'əti-məqam etdim;
İstədim kim, ülüvvi-qədr bulam,
Məzhəri-lütfi-padşahi olam.
Bilmədim kim, şikəstəhal oluram,
Həsəd əhlinə payimal oluram.
Təmə' əşrara xadim olmaq imiş,
Süfəhaya mülazim olmaq imiş,
Kim ki, Allahdan iba eylər,
Qeyr dərgaha iltica eylər,
Hasili zillətü xəsarət olur,
Rəxti-ümmidi yə'sə qarət olur.
Əlhasil, fərqi-iqüdarımı əfsəri-qənaət ilə, qalibi-e'tibarımı xəl'əti-üzlət ilə müzəyyən qılıb və təmliki-əvalimi-mə'nayı təsxiri-əqalimi-surətdən yeyrək bilib, padişahi-mülki-istiğnavü hakimi-ələlitlaqi-məmaliki-fəqrü fəna ikən, cövhəri-zatım iqtizayi-təkmil edib və surəti-sülukimdən rəngi-təvəkkül gedib, aləmi-himmətdən bir süruşa mülhəm oldum və bu ilhamı isğa qıldım ki:
- Ey qafil, aləmi-surət məzhəri-sifati-ilahidir və məhbiti-ənvari-hüzuzati-namütənahidir. Hər ayinə mülki-mələkutdan münfəkk olmaz və xəsaisi-mülkdən bəhrəmənd olmayan sərairi-mələkuta dəstrəs bulmaz. Lacərəm, hükkami-mülkə təvəssül mucibi-hüsuli-məvahibdir və müluki-əsrə təvəssül baisi-vüsali-mətalibdir. Və hədisi-səhihdir ki: "Əssultanü zillüllahi" və ondan istiğna xətadır. Və xəbəri-sərihdir ki: "La rütbətə fövqə rütbətis-sultani illa li-nəbiyyin mürsəlin ov mələkin müqərrabin", 2Və ondan inhiraf narəvadır. Xüsusən bizim padişahımız ki, rütbeyi-səltənəti mə'nidə payeyi-xilafətdir və səriri-hökuməti həqiqətdə masnədi-imamətdir.
Qit'ə
Padişahi-bəhrü bərr Sultan Süleymani-vəli,
Ol ki, məhzi-ədldir zati-vilayətpərvəri.
Xali ondan olmasın, ya Rəb, vilayət ta əbəd
Kim, vilayətdən degil xali səfayi-cövhəri.
Əlqissə, bu təhrik ilə dərgahi-müəlladan bir nəsibə talib olub və ərkani-dövlətdən səadəti-imdad və şərəfi-is'ad bulub doqquz əflaka payi-istiğna unurkən övqafdan doqquz ağça vəzifəyə qənaət qılıb ərz aldım. Və bərat üçün dərgahi-aləm-pənaha irsal edib, vüsulinə mütərəssid oldum. Müddəti-tərəssüd münqəzi olduqda və oyyami-intizar sərəncam bulduqda mübəşşirlər ki, müjdeyi-hüsuli-məqsəd yetirdilər, mənə bir misali-meymun və bərati-hüımayun gətirdilər. Hilyəyi-maarif ilə arastə və ziyvəri-əvatif ilə pirastə. Ənbəri-səvadində sibğəti-"vəlleyli İza səca" və kafuri-bəyazında səfvəti - "vəssübhi iza təcəlla".4 Səhifəsində xətti səhaibi-əmtari-məvahib və xütutində əfradi-nuqət kəl-kəvakib, ənvəri-mətalibi məsabeyi-sədəfi-dürr idi, lö'löi-sirab iIə məmlüv dəryayi-məkarim təməvvüc edib kənara salmış. Və müşabehi-nafeyi-mişknab ilə dolub qaidi-izzü ehtiramla varid olmuş. Fatiheyi-ünvani kərimeyi-"hüvəl-həqqül mübin", xatimeyi-tarixi: "əl-aqibati lil-müttəqin",2 qayəti-məzmuni "zalikə fəzlül-lahi yö'tihi mən yəşaü vəl-lahü-zül-fəzlil-əzim".3 Nihayəti-məfhumi "in-nəhü min Süleymanə və innəhü bismillahir-rəhmanir-rəhim".4 Zəhi misali-şərifü nişani-alişan!
Zəhi mürasileyi-zövqbəxşü feyzrəsan!
Zahi lilali-sipehri-əvatifü əşfaq!
Zəhi kilidi-künuzi-mərahimü ehsan!
Zəhi səhifeyi-safidilü səfaəngiz!
Zəhi cərideyi-ənbərnisarü mişkəfşan!
Həqqa ki, ol ulu ayeti-rəhmət nüzulindən xatiri-fatirə bir növ məsərrət sirayət etdi ki, vəsfi qabili-təqrir degil və xarici-ihateyi-təhrirdir. Ol sərmayeyi-dövlət vüsulunda qəlbi-münkəsirə bir sürur yetdi ki, zikri mafövqi-ehtimali-təqrirdir.
Beyt
Nəfsə onunla yetən zövqdən oldura agah,
Qültü inni ləki, qalət hüvə min indəllah.
Mücmələn ümmidi-tamam ilə ixtiyarsız durdura. Və ibrazi-hökm üçün mütəvəlliyi-övqaf hüzurinə üz urdum. Əlhəqq, mütəvəlli mülaqatına fürsət düşmədi. Və onun daməni-mülazimətinə dəsti-neyl irişmədi.
Əmma divani-bəlağətə təhəccüm etdim. Çün ənhəsi-övqatda və əzMəfi-halatda hüzurlarına getdim, bir cəm' gördüm, hekayətləri pərişan. Nə səfadan onda əsər, nə sidqdən onda nişan var. Cəmiyyətləri dami-hiyəl, hüzzari-məclisləri "ülaikə-kəl-ən'ami bəlhüm əzəllü", hərəkati-nahəmvarları məsabeyi-suhani-rub və kəlimati-pürazarları müşabeyi-əmvaci-tufani-Nuh.
Salam verdim - rüşvət degildir deyü almadılar.
Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.
Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm'i sualıma cavab verdilər.
Dedim:
Ya əyyühəl-əshab! Bu nə fe'li-xəta vü çini-əbrudur?
Dedilər:Müttəsil bizim adətimiz budur.
Dedim:Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki, övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam. Dedilər:
Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb, namülayim sözlər eşidəsən.
Dedim:
- Bəratımın məzmunu nə üçün surət bulmaz?
Dedilər:
- Zəvaiddir, hüsuli mümkün olmaz.
Dedim:
- Böylə övqaf zəvaidsiz olurmu?
Dedilər:
- Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?
Dedim:
- Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.
Dedilər:
- Ağçamız ilə satın almışız, bizə həlaldır.
Dedim:
- Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
Dedilər:
- Bu hesab qiyamətdə alınır.
Dedim:
- Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.
Dedilər:
- Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.
Gördüm ki, sualıma cavabdan qeyri nəsnə verməzlər və bu bərat ilə hacətim rava qılmağı rəva görməzlər, naçar tərki-mücadilə qıldım və mə'yusü məhrum guşeyi-üzlətimə çəkildim.
Mən bəratimdən ihanət çəkdigim üçü münfəil, bəratim məndən faidasiz əzab verdigi üçün xəcil. Ol, şahidi-məcruh kimi təqrirdən peşiman, mən müddəiyi-kazib kimi təşni'dən pərişan. Ol ayəti-mənsux kimi məmnuül-əməl, mən ümməti-mənsux kirai məqtuül-əməl.
Qit'ə
Mən ona fitnə, ol mənə afət,
Mütanəffir mən ondan, ol məndən.
Mən ona qüssə, ol mənə möhnət,
Mütənəkkir mən ondan, ol məndən.
Əlqissə, şiddəti-hirman kəmala yetdikdə və dəryayi-heyrətim tüğ-yan etdikdə xatirimə bu yetdi və qəlbimə bu mə'ni sirayət etdi ki, əlbəttə, mətlə'i-məkarimdən tale' olan aftabi-məkrəmet ehticabi-səhabi-tirə qəbul etməz. Və mənbə'i-mərahimdən tərəşşöh qılan zülali-mərhəmət girdabi-təzəlzüidən qubari-fəna tutmaz. Ənqərib maneinə mane, bulunur və dafeinə dafe' zahir olur.
Qit'ə
Haşalillah kim, fərağət küncünün sükkanına
Mətrəhi-məkr ola dərgahi-xilafat dəstgah,
Haşalillah kim, qənaət gəncinin müştaqına
Əjdəri-bidad ola tuğrayi-hökmi-padişah.
Xudavənda! Məxfi buyrulmaya və məstur olmaya ki, varid olan bərati-hümayun məzmuni irsal olunan ərzə mütabiq olmayıb ibarətində ləfzi-zəvaid zaid vaqe' olmuşdur və ləfzi-zəvaiddir ki, onun mizani-təsərrüffində miqdarin naqis qılmışdır.
Filvaqe' əgər ləfzi-zəvaiddən qərəz bu isə ki, vəzaifi-xüddam və rəvabiti-ərbabi-təqaüd və ixracati-əliqi-dəvabb, ələfi-əvamil və mayəhtaci-həfrü binadan sonra bəndəyə bir faidə mütərəttib ola, həqiqətdə dərgahi-müəlladan böylə işarət olunmaqdadır ki, bəndeyi-vacibüt-təqsir Füzuliyi-fəqir iste'dadi-təqəddüm və istehqaqi-təkər-rüm də'vasın qılır ikən və kəndisin əksər ərbabi-isthqaqdan müqəddəm bilir ikən məkrəməti-mülukanəm və mərhəməti-xosrovanəm zühurə gətirib bu bərati-səxavətayəti verdim. Və buyurdum ki, minbə'd rütbeyi-iqtidarın və payeyi-e'tibarın cəmi'i-gədalərdən, bəlkə bəhaimdən, daşdan və topraqdan əxəssü edna bilə. Və bihudə təsərrüfi-bərat qılmayıb, mərtəbəsindən xəbərdar ola. Bitəkəllüf bu mərtəbəyə qənaət etmək səhldir və bu inayətə məmnun olmaq nəhayəti-cəhldir.
Həqqa ki, bu vaqiədən mənim çəkdigim rəncü məlamət və etdigim xərcü xəsarət üçün degil.
Məhza təhrirində həzrətiniz çəkdigi əmək üçündür ki, zaye' oldu. Nedəlim? Əldən nə gəlir? Xəzaneyi-qeybdən əvəz müyəssər ola və qələmi-qəza tədarük qıla.
Nəzm
Sərvəra, gərdişi-sipehri-kəbud
Daim olmaz müvafiqi-məqsud.
Bağlamaz hər şükufə meyveyi-tər,
Əksəri bitdigi yerində itər.
Gərçi ənduhü möhnətim çoxdur,
Hiç kimdən şikayətim yoxdur.
Taleimdir mənə cəf'a gətirən,
Hər bir anında min bəla gətirən.
Yoxsa dərgahi-padişahi-zəman
Lütfə mənbə'dürür, mürüvvətə kam.
Var ümidim ki, ol büləndməqam
Ola payəndə ta zəmani-qiyam.
Sərfəraz ola cümlə a'yani,
Bitəzəlzül cəmi'i-ərkanı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-sikayetname
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.
Çərx hər ay başına salmış qaşından bir xəyalÇərx hər ay başına salmış qaşından bir xəyal,Bu cəhətdəndir hər ay başında olmaq bir hilal.
Demiş hər qönçəyə aşiqligim razın səba derlərDemiş hər qönçəyə aşiqligim razın səba derlər,El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.
Ey könül, çox seyr qılma, günbədi-dəvvar təkEy könül, çox seyr qılma, günbədi-dəvvar tək,Sakin olmaq seyrdən yey, nöqteyi-pərgar tək.
Стихи других поэтов
Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Qız və romanGüllü sarmaşıqlar içində yalqızYaşıl bir eyvanda sevdalı bir qız.
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,