Bu, Leylinin künci-qəmdə giryanlığıdır və Məcnunun vadiyi-eşqdə sərgərdanlığıdır
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Zar ağlar ikən bu rəsmə ol mah,Bir türfə səda eşitdi nagah.
Bir kimsə oxurdu şe'ri-Məcnun,Bu nüktə ibarətində məzmun:
"K'ey nəş'əyi eşqdən uran dəm!Məcnunu saqınma Leylidən kəm!
Məcnun ilə Leylini bərabərGər kimsə deyərsə, qılma bavər!
Leylidə əgərçi dərd çoxdur,Məcnuni-həzincə dərdi yoxdur.
Leyli əli ignədəndir əfgar,Məcnuna qılıclar eyləməz kar.
Leyli istər ki, əksilə qəm,Məcnun qəmin artırar dəmadəm.
Leylini edər hərir dilgir,Məcnuna verər nişat zəncir.
Məcnundur olan qəmə giriftar,Leyli kimə olmuş ola qəmxar?
Məcnuna yetər şikənceyi-təb,Leyli kimədir təbib, ya Rəb?
Məcnundur əsiri-dami-Leyli,Leyli kimə salmış ola meyli?"
Leyli tutub ol təranəyə guş,Öz nəğməsin eylədi fəramuş.
Təhqiq ilə bildi bu hesabıKim, yox şərərində şö'lə tabı.
Əlbəttə, bəlavü dərdi gərdunMəcnuna veribdir ondan əfzun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-38
Клавиши ← → для перехода, R — случайное стихотворение