Bu, Leylinin əbr ilə izhari-niyazıdır və eşq babında kəşfi-razıdır
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Əbr ilə təkəllüm etdi ağaz:
"K'ey ahim ilə həmişə həmraz!
Göz yaşın ilə göyə yetərsən,
Sanma məni-zardən betərsən!
Ərz eyləmə rə'dü bərqü baran,
Bəhs etmə mənimlə ruzi-hicran!
Fəryad qılıb dəmi-səhərgah,
Əflakə çəkəndə şö'leyİ-ah,
Seylabi-sirişk edəndə cari,
Gəl gör məni-zari-biqərari!
Ey əbr, hər əksiləndə suyin,
Dəryalərə tökmə abi-ruyin!
Al suyi bu çeşmi-xunfəşandan,
Dəryalərə həm bağışla ondan!
Ey əbr, mənə dəmi vəfa qıl,
Düşdü sənə hacətim, rəva qıl!
Var ol üzü gül nigarə məndən,
Zar ağla və söylə yarə məndən:
K'ey türfə nigari-nazəninim,
V'ey arizuyi-dili-həzinim!
Gəl gör ki, qəmində necə zarəm,
Sənsiz necə zarü biqərarəm!
Gəl gör ki, nədir qəmində halım,
Rəngi-rüxi-zərdü əşki-alım!
Can bari-bədən götürməz oldu,
Göz rəngi-vücudu görməz oldu.
Canım canı, gözümün çırağı,
Rəhm eylə ki, gəldi rəhm çağı!
Mən bilməz idim, belə imiş eşq,
Bir dərdli macəra imiş eşq.
Derdin ki: "Bəla yolunda fərdəm,
Eşq içrə sənə şəriki-dərdəm.
Saldın məni-xəstəyi bu halə,"
Dərdə məni eylədin həvalə!
Hər dərd ki var, Leyli aldı,
Mə'lumdurur, sənə nə qaldı.
Ey, mərd mənəm, - deyə uran laf,
İnsafmıdır bu? Qanı insaf!?
Tut kim, xəsü xari-rəhgüzarəm,
Torpaq kimi yolunda xarəm.
Xurşudi-cəmalın, ey məhi-növ,
Toprağa nola buraxsa pertöv?
Barani-vüsalın, ey düri-nab,
Qılsa xəsü xarı nola sirab?
Olma meyi-qəflət ilə mədhuş;
Həmsöhbətin eyləmə fəramuş!
Ey yari-müvafiqü vəfadar!
Ey mən kimivü mənə səzavar!
Gəl yanimə, kəsmə aşinalıq,
Yaxşımı olur bu bivəfalıq?
Derlər səni aşiq, ey nikuru!
Aşiqlərə böyləmi olur xu?
Hər kim gərək öz işində kamil,
Aşiq nə rəva ki, ola kahil,
Aşiq gərək olmayıb qərarı,
Tövf edə müdam kuyi-yarı.
Düşməz bu yana sənin güzarın,
Var ola məgər br özgə yarın?
Yarın mən isəm, mənə nəzər qıl!
Gahi bu yanayə bir güzər qıl!
Gər səndə olan fərağəti-dil,
Bir dəm mənə olsa idi hasil,
Geysuyi-müsəlsəlü girehgir
Boynumda gər olmasaydı zəncir,
V'ə bağlamayaydı bəndi-xəlxal
Qeyd ilə əyağımı məhü sal,
Eyb ilə çəkilməsəydi adım,
Billah, bu idi həmin muradım
Kim, sayə misalı səndən, ey nur,
Olduqca vücudum, olmayam dur!
Əmma nə edim? Əsiri-qeydəm,
Bir boynu, əyağı bağlı seydəm.
Bildirməgə möhnətü məlalım
Bu şe'r yetər bəyani-halım:"
Bu qəzəl Leyliyi-dilpəzirindir
Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam?
Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim,
Künci-qəmxanəyə bir surəti-divar olubam.
Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,
Öylə kim, arizeyi-hicrilə bimar olubam.
Həzərim tə'nədən ol qayətə yetmişdir kim,
Yarə əğyar olub, əğyarım ilə yar olubam.
Deməzəm dəxi: "Sənə aşiqəm", ey gül! Zira
Sənə aşiqligim izhar edəli xar olubam.
Əqlü səbrü dilü din getdi, bihəmdillah kim,
Səfəri-sahili-dəryayə səbükbar olubam.
Yox, Füzuli, xəbərim mütləq özümdən, bəs kim,
Valehi-nəqşi-xəyali-rüxi-dildar olubam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-37
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Xalqlar üz-üzə dursa da,Eşq-məhəbbət ölməyəcək...
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.