Bu, Leylinin bahar əyyami seyri-gülzar etdigidir və gülzarda muradına yetdigidir
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Bir gün ki, bahari-aləmarayZövq əhlinə oldu rahətəfzay,
Ayineyi-dövrdən gedib jəng,Dövr etdi zəmini asimanrəng.
Feyzi-şəbi-kimiya əsərdən,Tə'siri-şəmameyi-səhərdən
Açıldı xəmi-bənövşədən tab,Şəbnəm gülə saçdı lö'löi-nab.
Gülzarə həva əbir tökdü,Səhrayə qübari-mişk çökdü.
Yağdırdı səhab jalə daşın,Ol daş ilə yardı qönçə başın,
Zəxminə urub şükufə mərhəm,Pambıq yenilər ona dəmadəm.
Səbzə gülə verdi mişk bacın,Gül səbzəyə mülkünün xəracın.
Xoş rəng ilə yığdılar təcəmmüt,Firuzəvü lə'lü səbzəvü gül.
Dərk eylədi qönçə rəmzü iyma,Gül adına açdı min müəmma,
Məzmuni-rübaiyi-ənasirFeyz olduğu xəlqə oldu zahir.
Susən vərəqi uçub həvayə,Hər səbzəyə kira, salardı sayə,
Ol səbzəyə uğrayıb axan cu,Fuladə əgər verəydi bir su,
Fulad dəmində can bulurdu,Şəmşirsifət zəban bulurdu.
Arayişi-səbzədən zəmanəBənzətdi zəmini asimanə.
Xurşid, çiraği-çeşmi-aləm,Göydən yerə düşdügündə hər dəm
Təhqiq edibən çıxıb gümandan,Bilməzdi zəmini asimandan.
Gülzarlar oldu işrətabad,Hər yerdə olundu bəzm bünyad.
Hər guşədə hər kim aldı bir kam,Hər büq'ədə hər kim içdi bir cam.
Leylinin anası gördü mütləqYox Leyliyi-natəvanda rövnəq,
Meyli-gülü sərvü səbzə qılmaz,Min qönçə açıldı, ol açılmaz.
Sərf etdi şükufətək dirəmlər,Cəm' eylədi nazənin sənəmlər,
Səhrayə çıxardı ol nigarı,Qıldı gülə ərz növbahan,
Ta qüssəvü qəmdən ola azad,Bir dəm gülə, oynaya, ola şad.
Ol bir neçə bikri-pakdaman,Həmrah olub oldular xuraman,
Üzdən götürüb ədəb niqabın,Rəf eylədilər həya hicabın.
Hər kim nə bilirsə lə'b ya ləhv,İzharə gətirdi etməyib səhv.
Gah eyləyibən sürudlər saz,Bülbüllərə oldular həmavaz.
Gah göstərib oynamaqda halət,Şümşadə yetirdilər xəcalət.
Lakin həvəs eyləməzdi Leyli,Olmazdı bu ləhvü lə'bə meyli.
Artırmış idi bahar dərdin,Gül zövqü rüxi-nigar dərdin.
İstərdi fərağət ilə bir dəm,Tənha tuta bir bucaqda matəm.
Ayrılmayıb ol pəriliqalər,Artırdı bəlasına bəlalər.
Çün eylədi kəsrət onu diltəng,Neyrəng ilə verdi onlara rəng:
"K'ey sərvlər, eyləmən iqamət,Ta evdə çəkilməyə nədamət!
Durun, qılalım tərəf-tərəf gəşt,Seyr eyləyəlim həvaliyi-dəşt
Sancıb belə nazənin ətəklər,Cəm' eyləyəlim gözəl çiçəklər!
Çox dərməgə hər kim olsa qadir,Oldur bu sənəmlər içrə nadir."
Bir yaniye getdi hər pərivəş,Dağıldı şərər, tutuşdu atəş.
Tənha qalıb etdi naləvü zar,Qıldı gözün əbrvəş gühərbar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-36
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saqi , mədəd et ki , dərdməndəm !Ğəm silsiləsinə payibəndəm .
RübailərEy nəş'əti-hüsni-eşqə tə'sir qılan!Eşqifə binayi-kövni tə'mir qılan!
Bu, həzrəti-izzətdən həmd ilə istimdadi-mətalibdir və asari-şükr ilə istid'ayi-sətri-laibdirƏlhəmdü livahibil-məkarim,Vəş-şükrü lisahibil-mərahim.
Bu, şükufeyi-gülzari-tövhiddir və növbaveyi-bustani-təmciddirEy munisi-əhli-zövq yadın,Əbvabi-oraəl kilidi adın!
Стихи других поэтов · О природе
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Vətənimizə bir neçə sözBahar oldu, ey sinədağlı çəmən!Göz aç qəmdən, ey xaki-paki vətən!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.