Qəmindən başə dün həsrət əlilə ol qədər vurdum
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Qəmindən başə dün həsrət əlilə ol qədər vurdum
Ki, sübh olunca mürdə cismimi toprağə tapşırdum.
Büküldü qəddim, ahim yetdi xurşidə, saqın, ey məh,
Ki, möhnət oxunu peykanladım, qəm yayını qurdum.
Demin Məcnunə aşiq kim, başında quş yuva tutmuş,
Mənəm aşiq ki, seyli-çeşmimi başımdan aşurdum.
Gümanından mürəttib eylədi bürhani-isbatın,
Nə sahib kəşfə kim, dürci-dəhanın sirrini sordum.
Təcərrüd seyrinə sayəmdən özgə bulmadım həmrəh,
Təriqi-eşq içində çoxlarilə durdum, oturdum.
Həvayi-eşq sərgərdanı olmuş girdi-badəm kim,
Savurdum göylərə toprağımı hər qanda kim durdum.
Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı.
Bihəmd-illah ki, can vermək təriqilə inandırdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qeminden-base-dun-hesret-elile-ol-qeder-vurdum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saqi, yenə qəsdi-can edər qəm,Ver cam ləbaləbü dəmadəm!
Bu, Məcnunun Növfəl ilə dərdi-dil ədasıdır və şərhi-təfsili-macərasıdırMəcnun dedi: "Ey yeganeyi-əhd!Tədbirimə çoxlar etdilər cəhd,
Bu, Növfəlin Məcnuna ümidvarlıq verdigidir və hüsni-müsahibətlə rizasına girdigidirNövfəl dedi: "Ey ədibi-kamil!Feyzi-nəzərimdən olma qafil!
Bu, Növfəlin Leyli həşəmətlə rəzm etdigidir və rəzmdə qalib olmayıb sülhə əzm etdigidirNovfəl ki, eşitdi bu cəvabı,Tərk eylədi şahidü şərabı,