Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən
Что такое мурабба?
Мурабба: стихотворение из строф по четыре строки.
Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən,
Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən,
Hər qəbavü pirəhən geysəm misali-qönçə mən,
“Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,
Gorum olsun bu qəba əynimdə, pirahən kəfən”.
Gərçi sevdayi-səri-zülfindənəm zarü zəlil,
Keçmən ol sevdadən olduqca mənə ömri-təvil,
Sanma tərk edəm bu sevdayi, gər olsam həm qətil,
“Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il
Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən”.
Qalib oldu sübhdəm şövqi-güli-ruyin mana,
Seyri-bağ etdim ki, buyi-gül verə təskin mana,
Gül görüb, yadınla dürri-əşk saçdım hər yana,
“Düşdü şəbnəm, bağə gir, ta gül nisar etsin sana,
Səbzənin hər bərginə bir dür ki, tapşırmış çəmən”.
Der idim, ey dil, gətirmə hiç dərd əhlinə şək,
Ta səni həm salmasın bir dərdə dövrani-fələk,
Almadın pənd, imdi aşiqsən, işin ah eyləmək,
“Ey könül, eşq əhlinə hər şəb gülərdin şəm’tək,
Mən deməzmidim ki, danla ağlayasıdır gülən”.
Xah sincab eyləsin fərşin, Füzuli, xah kül,
Hicr ilə mütləq yuxu görməz göz, əglənməz könül.
Yarsız eşq əhlinin dinlənməgi mümkün degül,
“Necə dinlənsin Həbibi sənsiz, ey əndami gül
Kim, batır cisminə təndə hər tük olmuş bir tikən”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-texmis-1-ta-cunun-rextin-geyib-tutdum-fena-mulkun-veten
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Я скован, я пленен, с тех пор как увидал тебя.Губ ослепительный цветок так украшал тебя!
Vətənimdir vətənimdir vətənimdir vətənimPənbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndirPərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir.
Razi-eşqin saxlaram eldən nihan, ey sərvinazRazi-eşqin saxlaram eldən nihan, ey sərvinaz,Getsə başım şəm tək, mümkün deyil ifşayi-raz.