Tutuşdu qəm oduna şad gördüyün könlüm
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Tutuşdu qəm oduna şad gördügün könlüm,
Müqəyyəd oldu ol azad gördügün könlüm.
Diyari-hicrdə seyli-sitəmdən oldu xərab,
Fəzayi-eşqdə abad gördügün könlüm.
Nə gördü badədə bilmən ki, oldu badəpərəst,
Mürid məşrəbü zöhhad gördügün könlüm.
Fəraqın odunu gördükcə mum tək əridi,
Səbatü səbrdə fulad gördügün könlüm.
Gətirdi əciz, görüb eşq müşkül olduğunu,
Qamu hünərlərə ustad gördügün könlüm.
Degildi böylə, dəmində bir əhli-işrət idi,
Bu qanlar içməgə möhtad gördügün könlüm.
Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum,
Əsiri-möhnəti-Bəğdad gördügün könlüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-tutusdu-qem-oduna-sad-gorduyun-konlum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Huri-hürriyyətə*Dil istər ibtisamını, gül, ey nigar, gül!
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Рубайят, 148ای بیخبر از غایت دلداری منفارغ ز دل ستمکش و زاری من
FüzuliEy Füzuli, eşq dolu bir badəyəm,Mən sənin söz mülkünə səccadəyəm.